Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda şagird dəftərində Ermənistan bayrağı təsvir edildi - GÜNÜN TƏZADLARI
Tarix: 21.11.2017 | Saat: 19:45:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycanda məktəblilər üçün nəşr edilən dərs ləvazimatında daha bir biabırçılıq aşkarlandı. Hafta.az Avropa.info-ya istinadən xəbər verir ki, birinci siniflərə aid şəkilli 12 vərəqli dəftərlərin üzərində Ermənistan bayrağı təsvir edilib. Məsələ burasındadır ki, dünya dövlətlərinin bayraqlarının əks olunduğu dəftərin üzərində, nədənsə, Azərbaycan Bayrağı yoxdur. Qeyd edək ki, bir neçə il öncə Azərbaycan bazarlarında üzərində Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etməyən, hətta təhqir edən, yəni Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təbliğ edən qlobusların olduğu haqqında sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu dəfə isə məktəblilər üçün nəşr edilmiş dəftərlərin üzərində növbəti rəzillik öz əksini tapıb. Ümid edirik ki, bu cür dəftərlərin yığışdırılması üçün aidiyyəti qurumlar hərəkətə keçəcək.


2,5 mln. insan susuz qaldı


Yəmənin paytaxtı Səna şəhəri və Əl-Bayda əyalətinin eyniadlı mərkəzi ölkənin təmiz su olmayan yaşayış məntəqələri siyahısına qoşuldu. “Report” TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakmeyə istinadla “Reuters” məlumat yayıb.“Bu gün Səna və Əl-Bayda da siyahıya qoşulub. Su kəmərinin işinin dayanmasına Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə alınmasına görə nasos stansiyaları üçün yanacağın olmaması səbəb olub”, - deyə Jakme qeyd edib. Bildirilir ki, ölkənin sıx məskunlaşan şəhərlərində, təqribən, 2,5 milyon yəmənli içməli susuz qalıb.

 

İsrail generalı Səudiyyə Ərəbistanını “İsrailin səsi” adlandırdı


İsrailin sabiq müdafiə naziri Moşe Yalon İsraillə Səudiyyə Ərəbistanının İranı ortaq düşmən kimi qəbul etdiyini vurğuladı. Hafta.az Deyerler.org-a istinadla xəbər verir ki, Moşe Yalon belə bir açıqlama ilə çıxış edib: “Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyrin bizim dediklərimizi ərəbcə söyləməsi bir təsadüf deyil. Səuduiyyə Ərəbistanı bizim səsimizdir”. Qeyd edək ki, bundan əvvəl İsrailin enerji naziri Təl-Əvivin Ər-Riyad ilə gizli münasibətlərinin olduğunu söyləmişdi.


Bərzani Türkiyəyə minnətdarlıq etdi


Bir müddət öncə məlum 25 sentyabr “referenedumu” ərəfəsndə, az qala, Türkiyəyə qarşı təhdidlər, Azərbaycana qarşı belə, ərazi iddiaları ilə çıxış edən “İraq Kürdüstanı” rejiminin rəhbərliyi bu dəfə qardaş ölkəyə minnətdarlıq etdi. Hafta.az Türkiyənin “Ensonxeber” nəşrinə istinadla xəbər verir ki İraq Kürd Muxtariyyətinin Baş naziri Nəçirvan Bərzani belə deyib:“İraq-İran sərhədində baş verən zəlzələdən dərhal sonra, Türkiyə bizə yardım etdi. Buna görə təşəkkür edirik. Türkiyə zəlzələ baş verən andan bizə kömək göndərdi və Prezident Aparatından bizi xəbərdar etdilər. Bunu təqdir edir və özlərinə bir daha təşəkkür edirik. Əgər Türkiyəni ziyarət etmək imkanı olarsa, bundan çox məmnun qalarıq. Onları da burada görmək istərdik”.


“Buş” bazarı yandı


Əfqanıstanın paytaxtı Kabildə ABŞ-ın keçmiş prezidenti Corc Buşun (oğul) şərəfinə adlandırılmış bazarda yanğın baş verdi. Hafta.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, yanğının qarşısının alınması üçün çox sayda yanğınsöndürən cəlb edilib. Xəsarət alanlar barədə məlumat verilməyib. Qeyd edək ki, C.Buş adına bazar 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar zamanı yaradılıb. Əvvəlcə orada hərbçilər üçün məhsullar satılsa da, daha sonra orada geyim, elektron əşyalar satılmağa başlayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi