Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbi uğurla davam edir
Tarix: 22.11.2017 | Saat: 10:29:00
Bölmə:Sosial | çapa göndər

Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbi uğurla davam edir.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən may ayında açılan BANM-in yeni kampusunda Layihə İdarəetmə Məktəbinin hər iki qrupunun növbəti modulları - “Layihə rəhbərləri üçün keyfiyyət” və “Risklərin İdarə edilməsi” təlimləri keçirilib.

“Stream 16” qrupuna keçirilən “Layihə rəhbərləri üçün iş keyfiyyəti” kursunu Stratex şirkətinin ən peşəkar təlimçilərindən olan Con Pelham keçib. Kurs zamanı iştirakçılara layihə keyfiyyət idarəçiliyi, layihə keyfiyyətini planlaşdırma, layihə keyfiyyətinə təminat, layihə keyfiyyətinə nəzarət kimi mövzularda təlim keçilib və onlar bu istiqamətdə çoxlu fikir mübadiləsi və qrup çalışmaları ediblər.

Eyni gündə “Stream 17” qrupuna Stratex şirkətinin xüsusi peşəkarlığı ilə seçilən təlimçisi Didye Estibal “Risklərin İdarə edilməsi” kursunu keçib. İştirakçılar bu kursda layihə risklərini idarə etmək üçün praktiki və səkkiz pilləli prosesdən istifadə, təhlükə və imkanları müəyyən etmək və onların layihədəki nisbi qiymətini müəyyən etmək, məhdud strategiyalardan istifadə etməklə çoxsaylı risklərə nəzarət etmək kimi aidiyyatı mövzuları mənimsəyiblər.

Sonda BANM-in rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin “Stream 16” qrupunun iştirakçılarına ilk üç kursu bitirməkləri və layihə idarəetməsi üzrə əsas baza təlimləri başa çatdırmaları münasibətilə Amerikanın Corc Vaşinqton Universitetinin və İngiltərənin Stratex şirkətinin birgə “Associate’s Certificate in Project Management” sertifikatlarını təqdim edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi