Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Livanın Baş naziri Hariri Beyruta qayıdıb
Tarix: 22.11.2017 | Saat: 12:28:00
Bölmə:Dünya | çapa göndər

Livanın baş naziri Saad Hariri iki həftə əvvəl Səudiyyə Ərəbistanda səfərdə olarkən istefasını elan etdikdən sonra ilk dəfə Beyruta gəlib.

Hariri Beyrut beynəlxalq hava limanında təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən qarşılanıb.
Haririnin Riyadda səfərdə olarkən istefa verməsi siyasi böhrana səbəb olub.

O, Səudiyyə Ərəbistanının onu İranla regional bir güc mübarizəsinin bir hissəsi kimi istefa verməyə məcbur etməsi fərziyəsini təkzib edib. Livan prezidenti Michel Aoun Haririnin istefasını şəxsən təqdim etməyənədək bu istefanın qəbul olunmayacağını deyib.

Hariri şənbə günü Parisə uçaraq vəziyyətdən çıxış yolu tapmaq istəyən prezident Emmanuel Macron-la görüşüb. Səfər zamanı Hariri deyib ki, çərşənbə günü müstəqillik mərasimlərində iştirak etmək üçün Livana qayıdacaq.

Beyrut hava limanına enişdən qısa müddət sonra ondan Livan xalqı üçün bir mesajı olub-olmadığı soruşulub. O isə "Təşəkkür edirəm" cavabını verib.

Saad Hariri daha sonra 2005-ci ildə öldürülən atası Rafiq Əl-Haririnin məzarını ziyarət edib.
Noyabrın 4-də qəfil istefa verən Hariri özünə qarşı sui-qəsddən qorxduğunu bildirib.
Hariri İranı bölgədə "qarışıqlıq, dağıdıcılıq və məhv etmə" yaymaqda günahlandırıb və Livanda İranın müttəfiqi olan Hizbullah qrupunun millətin sabitliyini pozduğunu iddia edib.
Hizbullah Haririnin keçən il yaratdığı milli birlik hökumətinin bir hissəsidir.
Haririnin Səudiyyə Ərəbistanı ilə sıx əlaqələri var. O, həm Livan, həm də Səudiyyə vətəndaşlığını daşıyır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi