Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Tarix: 22.11.2017 | Saat: 13:28:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki, real sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb. Yaxın illərdə neftin qiymətləri ilə bağlı hansı prosseslərin gedəcəyinə heç kim təminat verə bilməz. Artıq son bir neçə ildə siyasi oyunlar fonunda neftin qiymətlərinin birdən-birə necə kəskin azaldığının və bu səbəbdən iqtisadiyyatı neftlə bağlı olan ölkələrin iqtisadi proqnozlarının necə alt-üst olduğunun canlı şahidi ola bildik”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Keçmiş maliyyə nazirinin sözlərinə görə, qlobal iqtisadi prossesləri nəzərə almadan nöbəti illər üçün nə iqtisadi, nə də maliyyə göstəriciləri üzrə düzgün proqnozlar tərtib emək mümkündür:

“Azərbaycan dünya iqtisadi müstəvisinin bir parçasıdır, iqtisadiyyatımız isə neftdən asılılıdır. Bu səbəbdən biz ən azından dünyada gedən iqtisadi prossesləri daha yaxından izləməyə borcluyuq. 2014-cü ilin ortalarından etibarən neftin qiymətlərində baş verən kəskin azalmalar - bu qiymətlərin daha çox siyasi səbəblərdən aşağı düşməsi sübut etdi ki, dünya iqtisadi müstəvisində baş verən prosseslər heç də həmişə iqtisadi amillərlə bağlı olmur. Bu səbəbdən yaxın 3 il ərzində hadisələrin necə inkişaf edəcəyinə indidən dəqiq proqnoz vermək mümkün deyil”.

Bəs belə olan halda ölkənin iqtisadi və maliyyə durumunu sabit saxlamaq, onu dünya iqtisadi müstəvisində baş verə biləcək təlatümlərdən sığortalamaq üçün nə etmək lazımdır? İqtisadçı ekspert deyir ki, belə olan halda yol birdir və bu yol ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edən addımlardan keçir:

“Hesab edirəm ki, qlobal iqtisadi müstəvidə baş verə biləcək “şoklardan” sığortalanmağın ən doğru yolu budur. Hökumətin bu istiqamətdə müəyyən etdiyi strategiya tədqirəlayiqdir. İndi əsas məsələ bu strategiyanı mümkün qədər tez və səmərəli reallaşdırmaqdan ibarətdir. Bir sözlə bu yolda indi daha kəskin addımların atılması zəruridir. Neftin qiymətlərinin son dönəmlərdə artması bizi qətiyyən arxayınlaşdırmamalıdır. Bu qiymətlərin artımından əldə olunan vəsaitlər ilk növbədə qeyri-neft sektorunun inkişafını təmin edəcək layihələrin reallaşdırılmasına yönəldilməlidir. Biz real sektordan ixracımızı dəfələrlə artırmaq hesabına ölkən iqtisadiyyatının və onun maliyyə durumunun neftdən asılılığını optimal həddə endirə bilərik. Hesab edirəm ki, növbəti illlərdə real sektorun inkişaf sürəti rekord hədlərdə təmin edilməlidir”.

Fikrət Yusifovun sözlərinə görə, 2017-ci ildə qeyri neft sektorundan ixracın ötən ilin eyni göstəricilərindən 17 faiz artıq olacağı gözlənilir. Bu yaxşı artım sürətidir. Lakin unutmamalıyıq ki, bu gün real sektordan ixracımız ümumu ixracımızın 10 faizindən çox deyil:

“Müqayisə üçün nefti, qazı olmayan Belarusiyanın 2017-ci ildə ixracının həcmi 28 milyard ABŞ dollarına yaxın təşkil edəcəkdir. Belarusiyanın ərazisi bizim ərazimizdən 2,4 dəfə böyük olsa da, əhalisinin sayı bizdəkindən yarım milyon nəfərə qədər azdır. Orta hesabla Belarusiya 15-20 gün ərzində bizim qeyri-neft sektorundan bir il ərzində ixrac edə biləcəyimiz qədər məhsul ixrac edir”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev