Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Məclisdə büdcə müzakirələri davam edir
Tarix: 22.11.2017 | Saat: 14:13:00
Bölmə:Gündəm | çapa göndər

 

Milli Məclisdə büdcə müzakirələri davam edir. Deputatlar vüzakirələr zamanı müxtəlif təkliflər irəli sürüblər. 

“Dövlət büdcəmizə münasibət dəyişməlidir. Söhbət büdcədən yox, ona münasibətdən gedir və mən də büdcəni yox, ona münasibəti tənqid etmişəm”. Bu sözləri deputat Yevda Abramov deyib.
O bildirib ki, ötənilki büdcədən sonra builki büdcənin optimist notlar üzərində olacağına çoxunun ümüdi yox idi: “Ancaq xalqın bir illik taleyi büdcənin nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Biz bilirik ki, iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Tələb və təklif qiyməti müəyyən edir. Dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi bir sıra ölkələrdə qiymətlərə elə də təsir etmir. Qonşu Rusiyada ən azı 18 məhsulun qiyməti dövlət tərəfindən tənzimlənir, bu da əhalinin rifahının qorunub saxlanılmasına xidmət edir. Ancaq bizdə təəssüflər olsun ki, neftin qiyməti 60 dollar olanda da qiymətlər eyni səviyyədə qalır. Azərbaycanda qiymət qalxdısa, onun enməsi çətin olur. İqtisadiyyat Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir”.

“Səhiyyə sahəsinə ayrılan vəsait çox azdır, bu vəsait artırılmalıdır”.

Bunu isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

O qeyd edib ki, səhiyyə sahəsində çalışanların əmək haqları olduqca aşağıdır: “Bölgələrdə müasir infrastruktura malik səhiyyə müəssisələri tikilir. Amma əmək haqlarının aşağı olması bu mərkəzlərin effektiv çalışmasına mane olur. Mən büdcəyə diqqət elədim, gələn il səhiyyə sahəsinə ayrılan xərclər azalıb. Əgər biz səhiyyə sahəsinə ayrılan vəsaitləri sabit saxlasaq və ya azaltsaq, gələcəkdə səhiyyə sahəsində problemlərlə üzləşə bilərik. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Səhiyyə sahəsinə ayrılan vəsait artırılmalıdır ki, adambaşına düşən səhiyyə xərcləri bu artıma uyğun olsun. Maliyyə Nazirliyindən bu cür ciddi məsələyə diqqət etməyi xahiş edirəm”.

Millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib.

Ç. Qənizadə bildirib ki, ölkənin iri şəhərlərində polis orqanlarında müstəntiqlərinin sayı azdır.

“Araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur. İşlərin sayının çoxluğu müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrin əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var”, - deyə deputat vurğulayıb.

Ç. Qənizadə eyni zamanda, ölkədə dəmiryol sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə əlavə vəsaitin ayrılmasını təklif edib: “Biz gələcəkdə Bakıətrafı dəmiryol sistemini bərpa edib, paytaxtda avtomobil tıxacının qarşısını almaq istəyiriksə, o zaman bu sahəyə əlavə vəsait ayırmalıyıq. Bu, təkcə paytaxta tıxacın aradan qaldırılması baxımından deyil, eyni zamanda ekoloji cəhətdən effekt verəcək. Bununla belə respublikanın digər dəmiryol sisteminin və parkının yenilənməsi üçün əlavə vəsaitə ehtiyac var”.

Deputat bazarda qiymət artımına da etiraz edərək, bu sahəyə nəzarətin artırılmasını təklif edib.

Ç. Qənizadə qeyd edib ki, Bakı-Astara dəmiryol xəttinin Lənkəran-Astaradan keçən hissəsinin təqribən 40 km. məsafəsi dənizə çox yaxın keçir ki, bu da turizmin inkişafına mane olur: “Ona görə də gələcəkdə bu yolun dənizdən bir az kənardan keçirilməsi üçün müvafiq dövlət qurumları müəyyən işlər görməlidir”.

Millət vəkili Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib. 

O deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkir: “Bizim komitəyə tələbələrdən çox müraciət daxil olur. Bu müraciətlərin çoxu onların təhsil haqlarını ödəyə bilməmələri ilə bağlıdır. Bilirsiniz ki, Gənclər Fondu yaradılıb və hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilirlər. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər”.

Millət vəkili “Azəristilik” ASC-nin fəaliyyətindən narazı olduğunu da qeyd edib. O bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb: “Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev