Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gənc doktorantların fəaliyyəti stimullaşdırılacaq
Tarix: 22.11.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ölkəmizdə 35 yaşına kimi “elmlər doktoru” elmi dərəcəsini alanlara pul mükafatı veriləcək

Azərbaycanda gənc yaşda “elmlər doktoru” elmi dərəcəsi alanların sayı arta bilər. Çünki AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5 000 manat pul mükafat veriləcək. Bunu AMEA-nın vitse - prezidenti, akademik Dilqəm Tağıyev "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfransda deyib. Onun sözlərinə görə, Azərbaycanda 140 elmi müəssisə var: "Onların yalnız 40-ı, başqa sözlə, 30 faizi AMEA-nın tabeliyindədir. Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür".
D. Tağıyev qeyd edib ki, dünyada 7,8 milyon insan elmi-tədqiqatla məşğul olur. Onların sayı son 10 ildə 20 faiz artıb.
AMEA-nın Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov isə bildirib ki, yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir: “Təəssüf ki, Azərbaycanda ali təhsilli gənclər iş axtarsa da, özləri yeni iş yerləri yaratmırlar. Onlar təhsillərini başa vurduqdan sonra diplomlarını götürüb müəssisələrin qapılarına gedir və iş axtarırlar. Bəzən onlar deyirlər ki, mən doktoranturanı bitirmişəm. Amma bu yanaşma kökündən dəyişməlidir".
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə öz çıxışında deyib ki, Azərbaycanda yeni nəslin nümayəndələrinin xarici dil biliklərinə böyük ehtiyac var. Onun sözlərinə görə, akademiyada xarici dilə böyük diqqət yetirilir: "Yeni nəsil xarici dil öyrənməlidir. Müxtəlif xarici dilləri bilən gənclər Azərbaycan ədəbi dilində də təmiz danışmalıdır".
Yeri gəlmişkən, son illər Azərbaycanda müşahidə olunan müsbət tendensiyalardan biri gənclərin elm sahəsinə marağının artmasıdır. Müşahidələr göstərir ki, ölkəmizdə gənclərin elm sahəsinə istiqamətlənməsi nəticəsində gənc fəlsəfə doktorlarının sayı getdikcə çoxalmaqdadır. Hazırda alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil edir, elmi yenilikləri ilə dünya elminə öz töhfələrini verirlər. Bütün bu uğurlar ölkədə aparılan islahatlar və elmə, təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir. Eyni zamanda, gənc alimlərin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür. Azərbaycan prezidentinin xüsusi sərəncamı ilə gənc alimlərimiz Avropa ölkələrinin elmi mərkəzlərinə göndərilir və onlar beynəlxalq nüfuza malik mərkəzlərdə elmi tədqiqatlarını davam etdirirlər.
Xatırladaq ki, bir müddət əvvəl ölkə prezidentinin təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında da gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi məsələsi öz əksini tapıb. Sənəddə göstərilib ki, gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən mütəmadi Olaraq həyata keçirilməlidir. Bundan başqa gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-2021-ci illər ərzində reallaşdırılmalıdır.
Eyni zamanda, gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2017-2021-ci illər ərzində diqqət mərkəzində saxlanılmalıdır.
Yaxın gələcəkdə həm də Azərbaycan alimlərinin elmi əsərlərinin beynəlxalq jurnallarda nəşrinə daha tez-tez rast gəlmək mümkün olacaq. Bu məsələ isə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb. Sənəddə göstərilib ki, bununla bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirməlidir. Tədbirlər Planında vurğulanıb ki, “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrinin “Thomson Reuters Web of Science” platforması, “Thomson Reuters İn Cites” məlumat bazası və çap məhsullarına çıxış imkanlarının genişləndirilməsi, Azərbaycan alimlərinin elmi əsərlərinin “Thomson Reuters” bazasına daxil olan impakt faktorlu jurnallarda nəşr aktivliyinin yüksəldilməsini təmin etmək məqsədilə müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməlidir.
Eyni zamanda, Azərbaycan alimlərinin və ölkədə fəaliyyət göstərən elmi təşkilatların və şirkətlərin “Derwent Patents Citation Index”, “Derwent World Patents Index” bazalarına çıxışlarının təmin edilməsi istiqamətində mütəmadi işlər aparılmalıdır.
Məlumat üçün onu da bildirək ki, ilin əvvəlinə ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda fəaliyyət göstərən doktoranturalarda 53,1 faizi qadın olmaqla 2 723 nəfər təhsil alıb. Onların 80 faizi fəlsəfə, 20 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alanlardır. Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən, onların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılan doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların 34,2 faizi 40 yaşadək olan şəxslərdir. Fəlsəfə doktoru proqramı üzrə 2182 doktorantın 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır. Doktorantlardan 118-i biologiya, 80-i aqrar, 53-ü iqtisad, 48-i texnika, 29-u biologiya, 24-ü tarix, 23-ü pedaqogika, 26-sı yer elmləri, 140-ı isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır. Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub ki, onların da 62,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 86-sı qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.
Ümumilikdə isə Azərbaycanda alimlik dərəcəsi alan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur. Trend-in məlumatına görə, ölkədə elmlə ardıcıl şəkildə məşğul olmağa kişilər qadınlardan daha çox maraq göstərirlər. Belə ki, ölkədə həm fəlsəfə doktoru, həm də elmlər doktoru dərəcəsi alanların arasında kişilər çoxluq təşkil edir. Bu fərq elmlər doktoru dərəcəsi üzrə daha çox nəzərə çarpır.
Məlumatlardan aydın olur ki, qadınların çoxu fəlsəfə doktoru olduqdan sonra elmlər doktoru olmaq üçün çalışmır. Belə ki, 2014-cü ildə 5 678 kişi, 3 901 qadın, 2015-ci ildə 6 375 kişi, 5 314 qadın, 2016-cı ildə 6 426 kişi, 5 448 qadın, 2017-ci ildə 6 359 kişi, 5 179 qadın fəlsəfə doktoru dərəcəsi əldə edib.
Elmlər doktoru dərəcəsinə gəlincə isə 2014-cü ildə 1920 kişi, 331 qadın, 2015-ci ildə 2072 kişi, 438 qadın, 2016-cı ildə 2079 kişi, 416 qadın, 2017-ci ildə 2067, 453 qadın elmlər doktoru dərəcəsi alıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi