Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qarabağ”ın qapıçısı cəzalandırıldı - GÜNÜN TƏZADLARI
Tarix: 22.11.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

AFFA İntizam Komitəsinin növbəti iclasında “Qarabağ” klubunun qapıçısı sərt cəza aldı. Hafta.az-ın Axar.az-a istinadla verdiyi xəbərə görə, iclasda Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Belə ki, noyabrın 17-də Premyer Liqanın XII turunun “Qarabağ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ” klubunun 13 №-li futbolçusu İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub özü isə 2 400 manat cərimə olunub.


Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi


Bir vaxtlar milyonları ilə yerə-göyə sığmayan, Madonnanın, C.Lopesin başına dollarlar səpən, Türkiyədəki “Mardanpalas” oteli, Moskvadakı “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi.
Hafta.az bu haqda Life.ru-ya istinadla xəbər verir. Məlumata görə, fransız xüsusi xidmət orqanları ilə danışıqlarda T.İsmayılov bildirib ki, guya onun əlində Rusiyanın bütün güc strukturlarındakı yüksək vəzifəli şəxslərlə bağlı ifşaedici materiallar var. Və Fransanın ona sığınacaq verəcəyi halda o, bütün sözügedən informasiyaları bu dövlət yetkililərinə verəcək. Qeyd edilir ki, iş adamı Provans şəhərində məskən salmağı planlaşdırır.


Miqrant 9-cu mərtəbədən yıxılan qadını ölümdən qurtardı


Çilinin paytaxtı Santyaqo şəhərində Haitidən olan miqrant 9-cu mərtəbədən yıxılan qadını xilas etdi. Hafta.az bu haqda Musavat.com-a istinadla xəbər verir. Qadın yaşayış binasının 9-cu mərtəbəsində eyvandan asılı vəziyyətdə qalıb. Aşağıdakı insanlar isə telefonla baş verənləri çəkməyə başlayıb. Üç il öncə Çiliyə gələn haitili miqrant Riçard Cozef avtobusdan düşəndən sonra qadını görüb:“Əvvəlcə mən də telefonu çıxararaq digərləri kimi çəkməyə başladım. Sonradan başa düşdüm ki, bu, düzgün deyil, ona kömək etmək lazımdır. Mən onun yerə düşməsini yumşaltmaq istədim. Qadını xilas edə biləcəyimi düşünmürdüm, lakin onun yerə çırpılmasını istəmirdim”, - Cozef deyir.
Cozef qadının düşəcəyi yeri təxmin edib və əllərini qabağa uzadaraq dayanıb. Qadın yıxılandan sonra düz, onun əllərinin üstünə düşüb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir. Haitili miqrant isə dizləri və əllərini zədələyib.
Çilili xeyriyyəçi Leonardo Franko Cozefin müalicəsinə iki milyon Çili pesosu (təxminən, 5 500 manat) ayıracağına söz verib.


“Xəzər TV”nin aparıcısı canlı yayımda evlilik təklif etdi


“Xəzər TV"nin efirində yayımlanan "Nuş olsun" verilişinin aparıcısı Ağakərim Əbülfəzoğlu öz sevdiyi xanıma evlilik təklifi etdi. Hafta.az-ın “Baku.WS”a istinadən verdiyi xəbərdə deyilir ki, Gülnar adlı xanımı studiyaya dəvət edən aparıcı canlı efirdə onun gözlərini bağlayaraq, öncədən hazırladığı şəkildə evlilik təklifini edib. O, soyuducuda gizlətdiyi evlilik üzüyünü ona təqdim edib. Sözügedən görüntülər böyük marağa səbəb olub.


Futbol klubu öz 214 milyon dollarlıq stadionunu partlatdı


ABŞ-ın tanınmış futbol klubu 25 ildir ki, istifadə etdiyi stadionu partlatmağa qərar verdi. Hafta.az Ukrayna mediasına istinadən xəbər verir ki, söhbət Atlanta şəhərindəki dəyəri 214 milyon dollar təşkil etmiş “Geordia Dome” stadionundan gedir. Stadion 1992-ci ildə Amerika milli futbol liqasında çıxış edən “Atlanta Felkons” klubu üçün tikilib. Artıq köhnəldiyinə görə klub stadionu ləğv etmək qərarı verib. Stadionun qübbəsi 2 ton partladıcı vasitəsilə partladılıb. 25 illik stadionla vidalaşmaq və partlayışı izləmək üçün yüzlərlə insan toplaşıb.
Qeyd edilir ki, partladılan stadionun cəmi 30 metrliyində yeni “Mersedes-bens Stadium” stadionu tikililir. Artıq onun tkintisinə 1,6 mlrd. dollar xərclənib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi