Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zirvədəkilərin sonu
Tarix: 22.11.2017 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

Tanınmışların maddi durumları ilə bağlı şikayətləri çoxalıb

Neçə gündür ki, Xalq Artisti Rasim Balayevin maddi sıxıntılarından bəhs edərkən, dərman almaqda çətinlik çəkdiyini bildirməsi müzakirə olunur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı açıqlama yayaraq, onun 1 300 manat Prezident təqaüdü, 1 000 manat şəxsi pensiya, Xalq Artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər aldığını deyib.
Xalq Artisti isə cavab olaraq, həmin fikirlərin yalan olduğunu deyib: “Mənim şəxsi pensiyam çox azdır, yəni 150-160 manat alıram. Mən heç Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü də deyiləm və azad bir adamam. Mənim 2 400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır”.
Ümumiyyətlə isə fakt faktlığında qalır və heç kəsə sirr deyil ki, son vaxtlar məşhurların maddi durumları ilə bağlı şikayətləri çoxalıb.
Və ortaya belə bir sual çıxır: nəyə görə xaricdə yaşlı tanınmışlar özlərini həmişə sənətin zirvəsində hiss edir, bizimkilər isə tənhalığa çəkilir, yoxsulluqdan, baxımsızlıqdan şikayətlənir?

Çıxış yolu - sığorta

Vəziyyəti şərh edən filosof Niyazi Mehdi deyir ki, bu məsələdə əsas səbəb maddiyyatdır. Avropada oxşar problemə əsrləröncə rast gəlinsə də, indi yoxdur: “Çünki orada pensiya-sığorta sistemi daha təkmildir və kimsəsiz, köməksiz qocaların özləri üçün xidmətçi tutacaq qədər imkanları olur. Ona görə də məşhurlar özlərini həmişə baxımlı və sənətin zirvəsində hiss edirlər”.
Filosof istər məşhurların, istərsə də adi adamların ömrünün acınacaqlı sonluqla bitməsinin səbəbinin, konkret bu sahə ilə bağlı hər hansı qayda ilə tənzimlənmədiyindən baş verdiyini deyir: “Kimsəsiz və tənhaların çoxusu ahıl yaşda olanlar, yaşı 90-ı, 100-ü haqlayanlardır. Yaşı bir qədər aşağı olanların övladı bir qədər cavan olur və valideyninin kimsəsiz, köməksiz qalmasını qüruruna sığışdırmadığı üçün onların qayğısına qalır. Amma övladların yaşı artdıqca, artıq bu psixoloji vəziyyət də problemi aradan qaldırmağa kömək etmir və toxunduğunuz məsələ gündəmə gəlir. Bunu aradan qaldırmaq üçün əsas çıxış yolu sığorta sisteminə diqqət ayırmaqdır”.

“Dövlətin işi insanları xoşbəxt etmək deyil”

Müsahibimiz dünyaca məşhur sənət adamlarının bədənini sığorta etdirməsinin də bir səbəbini onların məhz gələcəyini düşünərək etdiklərini deyir: “Çox düzgün qərar verərək məşhurlar onlara qazanc gətirən bədən üzvlərini sığorta etdirirlər. Məsələn, gitaraçısı Ket Ricards ona şöhrət qazandıran əllərini 1,6 milyona sığortaladıb”.
Xatırladaq ki, sonuncu dəfə aktrisa-müğənni Cennifer Lopes budlarını 27 milyon dollara sığortalatmaqla rekorda imza atıb. Futbolçu Devid Bekhem isə ayaqlarını 70 milyon dollara sığortalayıb.
Məşhurların bu addımına haqq qazandıran filosof deyir ki, kimin çörəyi nədən çıxırsa, onun qayğısına qalmalıdır. Bu işdə atılan addımlardan ən vacibinin isə sığorta olduğunu deyir: “Çoxları bütün təminatının dövlət tərəfindən ödənilməsinə öyrəşib. Filosof Karl Popperin məşhur bir fikri var: dövlətin işi insanları xoşbəxt etmək deyil, onları yaranacaq təhlükədən qurtarmaqdır. Ömrünün sonunda dövlətdən şikayət edən, giley-güzar edənlər üçün bu deyim yerinə düşür”.

Qanun qəbul olunarsa...

Bildirək ki, sovet dönəmində sənət adamlarının, eləcə də digər tanınmışların sonrakı təqaüd həyatının müqəddəratı ilə Həmkarlar İttifaqları Konfederasiyası məşğul olub. Qurum onların istirahətini təşkil edib, güzəranını diqqətdə saxlayıb. Hazırda isə mədəniyyət ocaqları müəyyən vaxtdan sonra, işçilərin fəaliyyətinə son verir və yaxud da onlar özləri müəyyən səbəblərdən iş yerlərini tərk etməli olurlar. Beləliklə də tənha məşhur həyatı başlayır.
İnsan hüquqlarının sosioloji tərəflərini araşdıran hüquqşünas Səfa Məmmədova deyir ki, illərdir, qəbulu gözlənilən qanun layihəsi qəbul olunarsa, tənha və yaşlı insanların ömrü də acı sonluqla bitməz. Həmin qanun layihəsi palliativ yardımla bağlıdır.
Ekspert deyir ki, Avropa və digər xarici ölkələrdə yaşlı, sağalmaz xəstəliyə tutulan, eləcə də kimsəsiz insanların ömrünün sonunda tənhalıqların və ağır vəziyyətdə olduqlarını hiss etdirməmək üçün xüsusi proqramlar işlənib hazırlanıb: “Palliativ hüquqi yardım proqramı adlanan sənəddə göstərilir ki, bütün insanların ömrünün sonuna kimi qayğısız yaşamaq haqqı var və bunun üçün dövlət təminatı göstərilir. Hətta sağalmaz xəstəlik diaqnozu qoyulan adamlar da layiqincə yaşamaq hüququna malikdirlər. Bunun üçün maarifləndirmə işinin aparılması vacibdir və palliativ yardım proqramlarının qəbul edilməsi zəruridir”.
Ekspertin sözlərinə görə, artıq MDB ölkələrində insanlara belə yardımlar göstərilir. Bu xidmətin Azərbaycanda təşkil olunma vaxtı isə cəmiyyətin buna hazırlığından və qanunvericiliyin olmasından asılıdır.

Dəstək üçün xüsusi büdcə yoxdur

Qeyd edək ki, Azərbaycanda hələ də sovet dönəmindən qalma ittifaqlar, birliklər var ki, əksər sənət adamları o qurumların üzvüdür.
Kinematoqrafçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı kimi. Baxmayaraq ki, həmin qurumlar ora üzv olan sənətçilərə hər hansı maddi dəstək göstərmir. Çünki buna görə onlara maliyyə ayrılmadığını deyirlər.
Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlu deyir ki, ölkədə, təxminən, 170 nəfər bəstəkar var və ittifaqın işi həmin bəstəkarların maddi vəziyyətinin yaxşılaşdırılması yönündə apardığı işlərdən biri də onların Prezident təqaüdü almaları üçün tədqimatını etməkdir: “Ümumiyyətlə, tanınmışların pul söhbəti ilə gündəmə gəlməsini qəbul etmirəm. Təqdirəlayiq hal deyil. Çünki bütün dövrlərdə sənət adamları dövlətin diqqəti, qayğısı ilə əhatə olunub. Yaradıcı insanların unudulmaması, tədqimatı, yaradıclığı üçün hər zaman bütün işlər görülüb.
Düzdür, bizim ittifaqın bəstəkarların sağlıq durumu ilə bağlı dəstək göstərməsi üçün xüsusi büdcəsi yoxdur. Amma bəstəkarlardan hər hansı müraciət daxil olarsa, biz dövlət orqanları qarşısında məsələ qaldırırıq və problemin həllinə çalışırıq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi