Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Həmsədrlər Ermənistandan 5 rayonu tələb etməlidir” – Sahib Alıyev
Tarix: 23.11.2017 | Saat: 14:52:00
Bölmə:Siyasət | çapa göndər

"Dağlıq Qarabağ problemini ancaq Rusiya həll edə bilər və mən Rusiya prezidentini növbəti dəfə 5 rayonun qaytarılması məsələsinə diqqətli yanaşmağa çağırdım".

Hafta.az-ın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən keçirilən Soçi görüşünə bir neçə saat qalmış səsləndirmişdi. Qardaş dövlətin başçısının aradan heç bir həftə keçməmiş yenidən bu mövzuya qayıtması, Suriya ilə paralel Dağlıq Qarabağ məsələsini də gündəmə çıxarması bizim üçün çox önəmlidir.

Millət vəkili Sahib Alıyev bildirib ki, əslində İŞİD deyilən şəbəkədəki terrorçuların Suriyada etdikləri vəhşilikləri erməni terrorçuları daha amansızcasına, soyqırım və etnik təmizləmə keçirməklə Dağlıq Qarabağda törədiblər. Sahib Alıyevin sözlərinə görə, İŞİD kimi böyük güclərdən dəstək alaraq bunu ediblər:

“Əgər Rusiya həqiqətən terrora və terrorçulara qarşıdırsa, Suriyada apardığı əməliyyatlar bu məqsədlə edilirsə, onda niyə biz erməni terrorçu və separatçı rejiminə qarşı da eyni yanaşmanı görmürük?! Cənab Ərdoğanın Putinlə görüşdə təkrar-təkrar Dağlıq Qarabağ məsələsini qaldırması da əslində o deməkdir. Yəni, təzyiq məqsədi daşıyır.
5 rayonun qaytarılmasının vurğulanmasına gəldikdə isə Madrid sənədlərində Dağlıq Qarabağ probleminin çözümündə ilkin mərhələ kimi bu məsələ öz əksini tapıb və həmsədr dövlət olaraq Rusiya da buna öz razılığını verib”.

Millət vəkili qeyd edib ki, əgər həmsədrlər bu baxımdan Ermənistanın üzərində dominant təsiri danılmaz olan Rusiya tərəflər arasında gərginliyin azaldılmasını istəyirlərsə, onda Sarkisyan rejimindən ilkin addım olaraq 5 rayonun boşaldılmasını tələb etməlidir:

“Türkiyə prezidentinin Dağlıq Qarabağ prbobleminin "bizim milli məsələsmiz" deyə səsləndirməsinə gəldikdə bu, Ulu Öndərin "Bir millət, iki dövlət" fikrinin əməldə təsdiqidir. Ona görə də Ərdoğanın bu fikrini alqışlayıram”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi