Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pul qazanmağın ən çirkin üsullarının bilicisi Corc Soros kimdir?
Tarix: 23.11.2017 | Saat: 14:38:00
Bölmə:Siyasət | çapa göndər

“Corc Soros dünyanın ən zəngin adamlarından biridir. Lakin başqa zənginlərdən onu fərqləndirən bir çox cəhətləri var. Bu adam pul qazanmağın ən çirkin üsullarından istifadə etməkdən heç vaxt çəkinmir. O, müxtəlif maliyyə fırıldaqlarını çox böyük məharətlə həyata keçirə bilir”.

Hafta.az-ın xəbərinə görə, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. O, Corc Soros haqqında danışarkən bildirib ki, xərclədiyi milyardlarla vəsaitlərin isə xeyriyyəçiliklə heç bir əlaqəsi olmur. Bu xərclər bir qayda olaraq ona yaxın və uzaq perspektivdə daha çox qazanc gətirmək üçün edilir:

“Corc Soros məmuniyyətlə başqa ölkələrin daxili işlərinə müdaxilə edib, orada öz istəklərini reallaşdırmağa çalışır. O, narıncı inqilablar təşkil edərək, onları maliyyələşdirməklə ilk baxışda inqilab edilən ölkədə demokratik dəyərlərin bərqərar olunması məqsədlərini reallaşdırır. Əslində isə onu heç bir demokratik dəyər maraqlandırmır. O, sadəcə bu yolla müxtəlif ölkələr üçün nəzərdə tutduğu proqramları reallaşdıraraq, böyük məbləğdə maliyyə resursları əldə edir. C.Sorosun marixuana istehsalına və narkotik maddələrin satışına yenilik gətirmək təşəbbüsləri də çox maraqlıdır. O, geni dəyişdirilmiş marixuana istehsalını və narkotiklərin satışını leqallaşdırmağı təklif edir ki, bu təkliflərin reallaşdırılması ona milyardlarla dollar əlavə qazanc gətirə bilər”.

Ekspert bildirib ki, ingilislər Corc Sorosu heç sevmirlər və on nifrət edirlər. Çünki 1992-ci ilin 16 sentyabr qara çərşənbə günü onların yadından heç vaxt çıxmayacaq:

“Həmən gün Corc Sorosun “Kvantum” fondu bir gündə bazara 5 milyard funt-sterlinq çıxararaq, onun müqabilində 15 milyard alman markası aldı. Bu maliyyə əməliyyatı İngilis funt-sterlinqinin kəskin ucuzlaşmasına səbəb oldu. Əvəzində C.Soros bu əməliyyatdan qısa bir vaxtda 1,5 milyrd dollar qazanc əldə edə bildi. Corc Sorosun sərgüzəştləri bunlarla bitmir. O, Macarıstan, İsrail, Avstrya, Ukrayna, Rusiya və bir çox digər ölkələrdə belə çirkin əməllərlə məşğuldur. Bu adam bəşəriyyəti zəhərləməkdən də çəkinmir. Geni dəyişdirilmiş məhsulların istehsalını stimullaşdırmaqla əlavə milyardlarla dollar qazanc əldə edə bilir”.

Fikrət Yusifovun sözlərinə görə, o, hətta bu gün vətəndaşı olduğu Amerika Birləşmiş Ştatlarında da sabitliyin pozulması üçün əlindən gələni edir:

“2014-cü idə ABŞ-n Missuri ştatının Ferqyuson şəhərciyində qara dərili bir gəncin polisin əmrinə tabe olmadıqdan sonra güllələnərək öldürülməsi ilə başlanan etiraz hərəkatı bütün Amerikanı bürüdü. Sonradan bu etiraz hərəkatının məhz Corc Sorosun rəhbərlik etdiyi təşkilatlar tərəfindən maliyyələşdirildiyi bəlli oldu. Belə çıxır ki, bu adam üçün müqəddəs heç nə yoxdur. Onu yalnız öz maraqları düşündürür. Elə bu səbəbdəndir ki, bu ilin əvvəlində 15 mindən çox amerika vətəndaşı prezident Donald Trampın adına ünvanlanmış petisiyanı imzalayaraq, Corc Sorosu vətəndaşlıqdan məhrum etməklə onun ölkəyə gəlməsinə qadağan qoyulmasını xahiş etmişdilər. Həmən müraciətdə amerika vətəndaşları Sorosu ABŞ-dakı etiraz aksiyalarında və qiyamlarda iştirak üçün adamları pulla ələ almaqda, ölkə iqtisadiyyatını qeyri-sabitliyə və müflis olmağa sürükləyən hərəkətlərə yol verməkdə günahlandıraraq prezidentdən onun həbsinə dair order imzalamağı xahiş etmişdilər. Corc Sorosun öz ölkəsində və dünyanın əksər ölkələrində sevilə bilməməsinin qısa səbəbləri bunlardan ibarətdir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi