Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəbhəyanı şəhərlərdə mülki müdafiə sığınacaqlarının durumu – SOS
Tarix: 23.11.2017 | Saat: 15:37:00
Bölmə:Siyasət | çapa göndər

1994-cü ilin mayından Dağlıq Qarabağla ön xəttə və Ermənistanla sərhəd bölgələrdə düşmənlə atəşkəs rejimi bərqərar olsa da, müharibə şəraiti davam edir. Atəşkəs rejiminə baxmayaraq, zaman-zaman tərəflər arasında kiçik və ortamiqyaslı qarşıdurmalar, lokal döyüşlər baş verib. Qarşıdurmalar, düşmən təxribatı nəticəsində başlayan döyüşlər təkcə ordumuzda müdafiə işinin təşkilini ön plana çəkmir.

Eləcə də cəbhəyanı bölgələrdə, şəhərlərdə yaşayan mülki vətəndaşların da müdafiəsinin, təhlükəsizliyinin hansı səviyyədə olmasını ön plana çəkir. Vətəndaşların təhlükəsizliyi isə sığınacaqlarla, mülki müdafiə qərargahları hesabına təmin edilir.

Bəs görəsən bizdə adlarını çəkdiyim mülki müdafiə istehkamlarının hazırkı durumu hansı səviyyədədir? Ön xəttə və “qırmızı təhlükə xətti”nə yaxın ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyini hansı qurumlar təmin edir? Yetərincə müdafiə və qorunma xüsusiyyətlərini özündə cəmləşdirmiş istehkamlarımız varmı?

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ehtiyatda olan zabiti İlham İsmayıl hafta.az-a açıqlamasında bildirib ki, bu məsələ müəyyən dərəcədə məxfi nüanslara malik olduğu üçün mediada ətraflı işıqlandırılmasının tərəfdarı deyil. İlham İsmayıl həmçinin vurğulayıb ki, cəbhə bölgələrindəki mülki müdafiə qərargahlarının durumu qənaətbəxş deyil və hazırkı vəziyyətindən də yaxşı olmalıdır:

“Hesab edirəm ki, bu istiqamətdə mühüm işlər görülməlidir. Əhalinin təhlükəsiz yerə aparılmasına, onların müdafiəsinin təşkilinə konkret qurum rəhbərlik etməlidir. Bu baxımdan müəyyən problemlərin olduğunu görürük. Görünür, indiyə qədər bununla bağlı əməli addımlar yetərli səviyyədə atılmayıb. Əhalinin mülki müdafiə sığınacaqları deyilən yerlər atəş nöqtəsindən 15 kilometr aralıda olmalıdır”.

Ekspertin sözlərinə görə, əhalinin sürətli şəkildə evakuasiyasının təşkilində müəyyən çatışmazlıqlar hiss olunur. Bunun üçün cəbhə bölgəsində yaşayan insanlar mütəmadi olaraq aidiyyəti qurumlar tərəfindən təlimlərə cəlb olunmalıdır:

“Demək olar ki, bu cür təlimlər çox az təşkil edilir. Bunun sayını artırmaq lazımdır. Çünki müharibə bitməyib. Sivil insanların təhlükəsizliyinin təmin edilməsi ön planda olmalıdır. Atəşkəs olmasına baxmayaraq, zaman-zaman cəbhə bölgəsinə yaxın ərazidə yaşayan insanlar artilleriya zərbələrinə məruz qalıblar. Ölkə üzrə müdafiə sığınacaqları kompleksləşdirilməlidir. Sığınacaqların davamlılığı və ekstremal vəziyyətlərə hazırlığı ciddi nəzarətdə saxlanılmalıdır. Hələ böyük şəhərləri demirəm, böyük əyalət mərkəzlərində, eləcə də paytaxtda da sığınacaqların sayı kifayət qədər olmalıdır. Çünki ermənilərin “İsgəndər” raketləri var. Onlar bu silahla hətta Bakını da vura bilərlər. Ona görə də bu məsələni ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır”.

Ekspert onu da vurğulayıb ki, mülki müdafiə sığınacaqlarına birbaşa nəzarəti Müdafiə Nazirliyi həyata keçirməli və müharibə vəziyyətində əhalinin təhlükəsiz yerə sürətli evakuasiyası üçün bütün imkanlarını səfərbər etməlidir:

“Əvvəllər mülki müdafiə işinin təşkilini könüllü cəmiyyətlər təşkil edərdi. Daha doğrusu, onlar da bu işin təşkilində çox böyük rol oynayırdı. Sovet dövründə bunu məxfilik, hərbi sirr baxımından könüllü cəmiyyət adlandırırdılar. Əslində isə onların işi hərbi təyinatlı idi. Həmin cəmiyyətlər insanların evakuasiyası, eləcə də bu yöndə maarifləndirmə işləri aparmaqla, təlimlər təşkil etməklə məşğul idilər. Hətta ilkin tibbi yardımlar öyrədirdilər”.

İlham İsmayıl onu da vurğulayıb ki, Nazirlər Kabineti Azərbaycandakı mülki müdafiə təyinatlı sığınacaqlarının təşkili, kompleks işlərin həyata keçirilməsi üçün vəsait ayırmalıdır. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi