Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müstəqil media ombudsmanı institutunun yaradılması vacibdirmi? - MÜZAKİRƏ
Tarix: 23.11.2017 | Saat: 17:30:00
Bölmə:Gündəm | çapa göndər

Noyabrın 22-də  Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə müzakirələr zamanı bir neçə məsələyə toxundu ki, bunlardan biri də təmsil etydiyi qurum və bir vaxtlar çalışdığı peşə ilə sıx əlaqəli idi. Ə.Amaşov qabartdığı məsələ informasiya ombudsmanı ilə bağlı idi. Mətbuat Şurasının sədri parlamentdə bildirdi ki, o, əvvəldən də həmin institutun ayrıca müstəqil qurum kimi fəaliyyət göstərməsinin tərəfdarı olub.  Mətbuat Şurasının sədri onu da vurğulayıb ki, bütün dünyada bu, belədir. Yəni, media ombudsman aparatları ayrıca qurum kimi fəaliyyət göstərirlər.  Millət vəkili ombudsman müvəkkilliyi ilə bağlı müəyyən təfərrüatlara da varıb:

“...Bizdə isə bu qurum İnsan Hüquqları üzrə Müvəkkilliyə birləşdirilib. Fəaliyyəti isə göz qabağındadır. Səbəb göstərilir ki, hökumət ştat ayırmır. Bu, izah deyil, daha çox bəhanəyə bənzəyir. Amma ümumən informasiya ombudsmanı ölkənin informasiya təhlükəsizliyi baxımından çox vacibdir. Madam ki, institut var, hökumət buradadır, söruşuram, niyə ona ştat ayrılmasın? Görək ki, işi nədən ibarətdir”.

Hüquqşünas Ələsgər Məmmədli hafta.az-a açıqlamasında bildirib ki, informasiya haqqında qanunvericilikdə informasiya məsələləri üzrə müvəkkillik institutu nəzərdə tutulmuşdu. Təəssüf ki, bu qurum yaradılmadı. Sonradan qanundan da çıxarıldı:

“Əslində Əflatun Amaşovun qaldırdığı məsələ yeni deyil. Qanunvericiliyin tələbi kimi 2005-ci ildən bəri mövcud idi. İndiki halda bu təkrar olaraq qanunvericiliyə gətirilərsə və tətbiq olunarsa, düşünürəm ki, bütün ictimaiyyətin açıq informasiyalara çıxış imkanları artar. Eləcə də, medianın bilavasitə birinci mənbədən – dövlət qurumlarından, bu və ya digər formada bələdiyyələrdən, parlamentdəki mənbələrdən, ayrı-ayrı təşkilatlardan birbaşa məlumat almaq imkanı əldə edər. Həm də daha geniş formada informasiyalaşma imkanı təmin edilmiş olar. Çünki ictimaiyyətə açıq informasiyalar indi bir çox hallarda gizlədilir. Həmin qurumlara ünvanlanan sorğular cavablandırılmır. Buna nəzarət edən dövlət qurumu da mövcud deyil. Daha doğrusu, ombudsmana qismən bu səlahiyyət verilsə də, bu məsələ qanunvericilikdə açıq şəkildə öz əksini tapmalıdır”.

Əməkdar jurnalist Qulu Məhərrəmli də deyib ki, informasiya almaq haqqında qanunda İnformasiya ombudsmanının yaradılması haqqında ayrıca bölmə vardı. Sonra qərara alındı ki, media ombudsmanı müstəqil fəaliyyət göstərməməlidir. Çünki ölkədə ombudsman institutu olduğu üçün bu fəaliyyət də həmin quruma həvalə edilməlidir:

“Yəni, bu cür əsaslandırıldı.  Bunun nə dərəcədə effektiv olduğunu deyə bilmərəm. Amma bu gün mətbuatın vəziyyəti elədir ki, informasiya ombudsmanına indiki halda ehtiyac görülmür. Çünki adıçəkilən quruma o zaman ehtiyac yaranır ki, jurnalist bir mənbədən məlumat almağa çalışır, onun üz tutduğu struktur məlumat vermir, bu halda həmin təşkilat prosesə müdaxilə edir. İndiki halda ombudsman aparatında bu mexanizm işləyir. Şahidi olmuşam ki, məlumatların əldə edilməsi ilə bağlı ombudsmana müraciət edirlər. Media ombudsmanına müraciət edən şəxs həmin institut tərəfindən bu və ya başqa yolla informasiya ilə məlumatla təmin olunur. Azərbaycan mətbuatının indiki durumunda ayrıca informasiya ombudsmanının yaranmasına xüsusi zərurət görmürəm. Mətbuatın vəziyyəti,  jurnalistlərin peşə bacarıqları o səviyyədədir ki, belə bir qurumun yaranmasına ehtiyac qalmır. Mənə elə gəlir ki, Ombudsman Aparatı indiki halda bu funksiyanı yerinə yetirə bilir”.

Professor Qulu Məhərrəmlinin sözlərinə görə, çox təəssüf ki, Azərbaycanda bəzi qurumların mətbuat xidmətləri özləri üçün “birinci və ikinci dərəcəli media resursu” anlayışı formalaşdırıblar. Bəzi onlayn media orqanlarına məlumat ötürsələr də, digər mətbuat nümayəndələrini informasiya ilə təmin etməkdən imtina edirlər. Bu acı reallıqdır. Yəni, informasiya verilməsi ilə bağlı kateqoriyalar qəbul olunmur:

“Bütün media qurumlarına eyni dərəcədə münasibət bəslənilməlidir. Onlar da məlumatı çap etməlidir. Bəzi mətbuat xidmətlərinin bu cür addım atmalarının iki səbəbi var. Birincisi, onların məlumat ötürdüyü saytlar müəyyən dairələrə yaxınlığı ilə seçilir. Ona görə də, bəzi qurumların mətbuat xidmətləri həmin media resursları ilə işləməyə üstünlük verir. İkincisi, bəzi mətbuat xidmətləri hesab edir ki, onların verdiyi məlumatları media qurumları lazım olan səviyyədə çatdıra bilmir. İkinci nüans bir qədər peşəkarlıq məsələsidir. Hesab edirəm ki, bizdə birinci variant daha keçərlidir, yəni informasiyanın paylanılması resurslar üzrə çeşidlənib, bölünüb. Rəsmilər məlumatları kimlərə verirsə, mətbuat xidmətləri də informasiyaları həmin media orqanlarına ötürür”.

Əməkdar jurnalistin sözlərinə görə, bunun ən yaxşı yolu odur ki, qurumlar həmin məlumatları öz rəsmi informasiya resurslarında çap etsin. Digər mətuat qurumları da həmin məlumatları oradan götürüb yaysın:

“İndiki halda bizdə mətbuat cəmiyyətin etibarını doğrultmur. Lazım olan mənbələrlə işləyə bilmir. Digər tərəfdən, bu məsələdə jurnalistləri çox qınamaq olmur. Çünki onların informasiya almaq imkanları məhdudlaşdırılır. Əvvəl bu məlumatları əldə etmək jurnalistlər üçün rahat idi. Son altı-yeddi ildə jurnalistlər informasiya almaqda çox ciddi çətinlik çəkirlər. Hətta adi qurumlar, özəl təşkilatlar belə mediaya məlumat vermək istəmirlər. Halbuki, onların işinin bir istiqaməti də gördükləri işlər barəsində mediaya məlumat verməli, cəmiyyəti məlumatlandırmalıdırlar”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi