Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölülər günü”ndən ilham alan “Koko”
Tarix: 23.11.2017 | Saat: 17:17:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakı şəhərinin müxtəlif kino zallarında “Pixar”ın Meksikaya dair çəkdiyi “Koko” filminin ilk nümayişi keçirilir.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, bu axşam “Park Cinema”nda keçiriləcək nümayişdə Meksikanın Azərbaycandakı Səfirliyi də iştirak edəcək. Filmdə ailəsi ilə Meksikanın kənd yerində yaşayan, musiqi və gitarada ifa etmək arzusu olan 12 yaşlı Migel adlı oğlan uşağından bəhs olunur. Migel yüzillik sirri ilə əlaqədar bir sıra qeyri-adi hadisələrin üstünü açacaq. Baş qəhramanın haradan gəldiyini, ailədə hansı yeri tutduğunu və zaman boyu ailə münasibətlərinin necə qurulduğunu soruşması üçün arxa fonda “Ölülər günü” qeyd edilir. Bu, həyatın, ailənin, xatirələrin və müxtəlif nəsillərin bağlılığının qeyd olunmasıdır.

Film Meksika ənənəsi olan “Ölülər günü”ndən ilham alır. “Koko”da biz Meksikanın tarixi və mədəniyyətinin müxtəlif rəmzi şəxsiyyətlərini - Frida Kalo, Pedro İnfante, Xorxe Neqrete, El Santo, Maria Feliks, Kantinflas və hətta inqilabçı Emiliano Zapatanı görə bilirik.

 

Film nümayişə çıxarıldığı il həftədə 8,4 milyon dollar gəlir əldə edib. Nümayişin ilk 10 günü ərzində isə filmin 11 milyon izləyici ilə 28 milyon dollar gəlir etməsi Latın Amerikası Disneyi tərəfdinən də təsdiqlənir.

Qeyd etmək vacibdir ki, “Koko” 3 ilə çəkilib. Belə ki, bu müddət ərzində Meksika mədəniyyətini bütövlüklə dərk etmək üçün ölkənin bazarları, meydanları, emalatxanaları, kilsələri, təsərrüfat sahələri və qəbrstanlıqları ziyarət olunub, “Ölülər günü”nün vacibliyi və əsl mənası öyrənilib. Filmin ilham verici məkanlar arasında Mexiko şəhəri, Quanaxuato, San Sesilia və San Andres Miskik panteonu, eyni zamanda Miçoakan ştatında yerləşən Patzkuaro və Xanitsio yer alır.

Səfirlik Azərbaycan tamaşaçlarına da bu filmə baxmağı və Meksikanın vacib ənənəsini daha yaxından tanımağı tövsiyyə edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
06.12.2017 Murad Rzayev - 70

Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi