Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Uşaqlar arasında təhsilalma səviyyəsi 95 faizdən yüksəkdir
Tarix: 23.11.2017 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Ölkəmizin əldə etdiyi bu göstərici təhsil sistemində həyata keçirilən islahatların nəticəsidir

Azərbaycan qanunvericiliyinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var. Ölkəmizdə bu hüququn tam təmin olunması və vətəndaşlara keyfiyyətli təhsilin verilməsi təhsil sisteminin üzərinə düşən əsas öhdəliklərdən biridir. Müşahidələr göstərir ki, bu gün ölkə əhalisinin təhsilə cəlb olunma səviyyəsi xeyli yüksəkdir. Bu tendensiyanı beynəlxalq qurumların nümayəndələri də müsbət qiymətləndirilər. Məsələn, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, xanım Əfşan Xan Azərbaycanda uşaqların təhsil imkanları ilə təminatı baxımından ciddi problemlər olmadığını bəyan edib.
O bildirib ki, Azərbaycanda uşaqlar arasında təhsilalma səviyyəsi hətta 95 faizdən yuxarıdır: "Bu mənada görülən işlər təqdirəlayiqdir. Bununla yanaşı, əlilliyi olan uşaqların təhsil imkanlarından istifadə etməsi, onların məhdudlaşdırılmaması, cəmiyyətə inteqrasiya olunması kimi məsələlər daha da əhəmiyyət təşkil edir, sadaladığım bu sahələrdə görülməli işlər var. Azərbaycan digər sahələrdə də - istər uşaqların təhsili, istərsə də onlara dair səhiyyə işlərində kifayət qədər nailiyyət əldə edib".
Ə. Xan qeyd edib ki, Mərkəzi Asiya və Avropa regionunda Azərbaycanın nailiyyətlərini əlamətdar hal kimi qeyd etmək lazımdır, amma gələcək nəsil üçün bu işləri davam etdirmək vacibdir.
Qeyd edək ki, Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə 67081 uşaq sağlamlıq imkanları məhdud olması səbəbindən dövlətdən müavinət alıb. Bu rəqəm ölkə üzrə uşaqların 2.3 faizidir. Belə ki, Azərbaycanda 2016-cı ildə uşaqların (0-18 yaş) ümumi sayı 2879900 təşkil edib. Düzdür, uşaqların ümumi sayı ilə müqayisədə xüsusi təhsilə ehtiyacı olan uşaqların sayı çox da nəzərəçarpan olmasa belə, onların sosial inteqrasiyası və təhsili ilə bağlı bir sıra çətinliklər mövcuddur. Belə ki, 2016-cı ildə qeydiyyata alınmış 67081 xüsusi təhsilə ehtiyacı olan uşaqlardan yalnız 12469 nəfər (18 faiz) formal təhsilə cəlb edilib. Eyni zamanda, 12469 nəfər formal təhsilə cəlb olunmuş əlilliyi olan uşaqdan 8807 nəfər (71 faiz) evdə təhsildən yararlanıb. Evdə təhsilə cəlb olunmuş uşaq cəmiyyətdən və həmyaşıdlarından təcrid olunmuş şəraitdə təhsil alır. 2820 nəfər (23 faiz) əlilliyi olan uşaq xüsusi təhsil internat-məktəblərində cəmiyyətdən və ailələrindən təcrid olunmuş şəraitdə, 818 nəfər (10 faiz) isə günərzi məktəblərdə təhsil alır. Yalnız 24 nəfər sağlamlıq imkanları məhdud olan şəxs 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tətbiqinə başladığı “İbtidai təhsil səviyyəndə İnklüziv Təhsilin tətbiqi” layihəsi çərçivəsində pilot məktəblərinə cəlb olunub. Nəticə etibarı ilə 54612 nəfər (82 faiz) xüsusi təhsilə ehtiyacı olan uşaq təhsilə cəlb olunmayıb.
Lakin buna baxmayaraq Azərbaycanda təhsilə dövlət qayğısının nəticəsidir ki, ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Bu isə o deməkdir ki, Azərbaycanda savadlılıq dərəcəsi, bir çox Avropa ölkələri ilə müqayisədə, daha yüksəkdir. Yəni, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi demək olar yüz faizə çatıb.Təhsil Nazirliyinin məlumatına görə, respublikamızda qeyd olunan istiqamətdə nəzərdə tutulan hədəflərə artıq nail olunub. Belə ki, son illərdə müsbət demoqrafik vəziyyət nəticəsində Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayında ciddi artım müşahidə olunur. Əgər 2013-cü ildə belə şagirdlərin sayı 138 min nəfər idisə, hazırda onların sayı 165 min nəfərdir. Ümumlikdə şagirdlərin sayında da artım müşahidə olunur. Əgər 2013-cü ildə orta məktəblərdə 1 milyon 280 mindən artıq şagird təhsil alırdısa, bu gün onların sayı 1 milyon 470 mini ötüb. Bundan başqa, hər il Azərbaycanın ali məktəblərinə 20 mindən artıq tələbə qəbul olur, yüzlərlə gənc xaricdə təhsil almağa göndərilir. Təkcə 2017/2018-ci tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I siniflərinə 164 945 şagird gedib. Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird birinci sinifə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 945 təşkil edib.
Yeri gəlmişkən, son 10 ildə 2 minədək yeni məktəbin tikintisi, dərsliklərlə pulsuz təminat, təhsilin bütün pillələrində uğurla həyata keçirilən Dövlət Proqramları, azərbaycanlı gənclərin xaricdə təhsil almaq imkanlarının artırılması, elm adamlarına, təhsil işçilərinə diqqət və qayğı, Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri, son illərdə Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evinin tikilib istifadəyə verilməsi, əsaslı təmir və bərpa olunması, müasir avadanlıqlarla təchiz edilməsi, eyni zamanda ölkəmizin təhsil sahəsində bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bu sahədə də dünyanın lider ölkələri sırasında olduğunu göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında (14 may 2008) Bakıda Avropanın 31 ölkəsini əhatə edən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans da bunu bir daha təsdiq edir.
Məlumat üçün onu da bildirək ki, bir müddət əvvəl Dünya İqtisadi Forumunun yaydığı hesabatda da Azərbaycanda təhsil sisteminin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulanıb. Həmin sənədin “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib. Belə ki, “Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.
Bir sıra alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Məsələn, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib. Gələcəkdə də Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə əmin olmaq olar.
Sözsüz ki, Azərbaycanda uşaqların təhsilə cəlb olunma səviyyəsinin yüksək olması və ölkə əhalisi arasında savadlılıq göstəricisinin 100 faizə çatdırılması bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərin nəticəsidir. Artıq ölkəmizdə uzun müddət təhsildən kənarda qalmış şəxslərin də təhsilə cəlb olunmasında da problem yoxdur. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə fərdi təhsil üzrə nümunəvi tədris planı mövcuddur.
Belə ki, "Təhsil haqqında" qanununun 13.2-ci maddəsi və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 3.8-ci bəndinə görə, uzun müddət təhsildən kənar qalmış uşaqların yenidən təhsilə cəlb olunması ilə bağlı müəyyən qaydalar hazırlanıb. Onlardan biri də fərdi təhsilin təşkili haqqında qaydadır. Bu qaydalara görə, belə təhsil 2015-ci ildən tətbiq olunmağa başlayıb və hazırda da davam edir. Yeni təhsil ilində də eyni qaydada təhsildən geri qalan uşaqların təhsil alması davam etdirilir. Burda əsasən ümumi təhsilin iki səviyyəsi nəzərdə tutulub. Birinci səviyyə ibtidai fərdi təhsildir, ikinci səviyyə isə 5-9-cu siniflər üzrə orta təhsildir. İbtidai fərdi təhsilə 15 yaşına kimi təhsili yarımçıq qalan uşaqlar cəlb olunur. Ümumi orta təhsilə isə 5-ci sinifdən 9-ci sinfə kimi təhsilini yarımçıq qoymuş 15-25 yaşında şəxslər cəlb edilir. Onlar 8-ci sinfə kimi təhsil alırlar. 8-ci sinfi bitirəndən sonra müstəqil şəkildə imtahan verərək ümumi təhsil haqqında attestat ala bilirlər.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi