Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Jurnalist Baş naziri “Putinin nökəri” adlandırdı – GÜNÜN TƏZADLARI
Tarix: 23.11.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

İspaniyanın populyar “El Pais” qəzetinin analitik yazarı Ruben Aden öz məqaləsində ölkənin baş nazirini Rusiya liderinə baş əyməkdə suçladı. Hafta.az İnosmi.ru-ya istinadla verdiyi xəbərə görə jurnalist yazıb: “Rusiyanın Avropa Birliyini zəiflətmək üçün Kataloniyada çıxardığı oyunlar İspaniya hökumətindən qəti cavab tələb edir. Ölkənin xarici siyasəti bütünlükdə Kataloniya məsələsi üzərinə köklənib. Lakin hələ də bizim dişsiz və əfəl diplomatiyamızın Putini İspaniyanın ərazi bütünlüyünə qəsd etməkdə günahlandırmağa hünəri çatmır. Putin Rahoyu nökərə döndərib. Rahoy sonradan başını ağrıdacaq işlərə girişmək istəmir. Onun xarici işlər və müdafiə nazirləri də çar Vladimirin adını çəkməmək üçün öz çıxışlarında mümkün qədər ehtiyatlı olmağa çalışırlar. Onların cəsarəti, ancaq sosial şəbəkələrdə Kataloniyanın ayrılması üçün aparılan təbliğatın Rusiya ərazisindən həyata keçirildiyini söyləməyə çatıb. Lakin heç birinin bütün bunların arxasında Putinin dayandığını deməyə cürəti yetməyib”.


Türkiyə xarici işlər naziri rusca danışdı


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Soçi görüşü ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin birgə bəyanatı zamanı rus folklorundan nümunə işlətməklə diqqət cəlb etdi. Hafta.az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin baş diplomatı “RİA Novosti” agentliyinin Mariya adlı xanım müxbirinin sualını özünəməxsus şəkildə cavablandıraraq məşhur bir rus məsəli işlədib: “Xoroşa Maşa, da ne naşa”(“Maşa yaxşıdır, amma heyf, bizimki deyil”). Qeyd edək ki, nazirin işlətdiyi rus folkor nümunəsi hər hansı bir əşya, yaxud iş yaxşı göründükdə, olduqda, lakin ona əl çatmadığı, sahiblənmək imkanı olmadığı hallarda işlədilir.


Bakıda səfirlik əməkdaşı qəza törədib qaçdı


Paytaxtın Nizami küçəsində qəza baş verdi. Hafta.az-ın BAKU.WS-a istinadla verdiyi xəbərdə deyilir ki, Mərakeş səfirliyinin işçisi Barakeh Halil gecə vaxtı 10- PP- 117 markalı “Hyundai” maşınını vurub və qəza yerindən qaçıb. Məlumata görə, 10-PP-117 markalı maşının sürücüsü yüksək vəzifəli şəxsdir.


Azərbaycanın tanınmış müğənnisi tanınmaz hala düşdü


Azərbaycanlı müğənni Ruhəngiz Allahverdiyeva tanınmaz hala düşdü. Hafta.az Metbuat.az-a istinadla bildirir ki, müğənninin sosial şəbəkədə yayılan fotosu istifadəçilərin marağına səbəb olub. Belə ki, onlar şərhlərdə tanınmış müğənninin çox dəyişildiyini qeyd ediblər. Sözügedən foto sosial şəbəkələrdə təəccüblə qarşılanıb.


Paytaxtda “təcili yardım” avtomobilinin sürücüsü döyüldü


Bakıda “təcili yardım” xidmətinə məxsus avtomobilin sürücüsü hücuma məruz qaldı. Hafta.az “Report”a istinadla xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. Belə ki, Yüzbəy Mürsəlov küçəsi, 92 ünvanında 1984-cü il təvəllüdlü İmamverdiyev Şamil İmamverdi oğlu qəfil naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə o, döyülüb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.


Bakıda orta məktəbin damı uçdu


Paytaxtda çərşənbə günü müşahidə olunan güclü külək fəsadsız ötüşmədi. Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 saylı orta məktəbin dam örtüyü uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi