Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xarici banklar Azərbaycana gələrsə...
Tarix: 23.11.2017 | Saat: 19:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Xarici banklar Azərbaycan bazarına maraq göstərməkdədir. Türkiyənin "İş Bankası", Almaniyanın "Commerzbank"ı və ABŞ-ın "Citibank"ı kimi nəhəng banklar belə bir planlarının olduğunu artıq səsləndirib. Hazırda xarici banklar və ya xarici kapital payı olan banklar Azərbaycan bank sektorunun 50%-ni təşkil edir. 

Ekspertlər hesab edir ki, xarici kapitalın Azərbaycana axını bir neçə müsbət tərəflərə sahibdir. Bu, beynəlxalq standartlara uyğun güclü oyunçuların gəlməsi sayəsində bank sektorunun möhkəmlənməsi, bu sahədə idarəetmə səviyyəsinin yeni mərhələyə qalxması və nəticədə Azərbaycan banklarının xarici maliyyə mənbələrinə çıxışını təmin edir. Əhali üçün xarici banklarla işləməyin əsas üstünlüyü bu bankların daha böyük maliyyə imkanlarına sahib olmasıdır. Belə banklar maliyyə resurslarını yüksək faiz dərəcəsi ilə əhalidən əmanət cəlb etmək vasitəsilə əldə etmədiyi üçün nisbətən aşağı faizlə kredit məhsulları təklif edə bilir. Bununla da xarici banklar yerli banklar üçün ciddi rəqibə çevrilir ki, bu da sürətli inkişaf və böyümək üçün təkan rolu oynayır.
Artıq bir neçə ildir Rusiyanın "Bank VTB" və Türkiyənin "ZiraatBankı"nın törəmə bankları, xarici kapitalın iştirak etdiyi "UniBank", "Nikoil Bank", "Accessbank", "Bank Respublika" kimi banklar Azərbaycanda müvəffəqiyyətlə fəaliyyət göstərir. Bu bankların hamısı hələlik “böhran sınağı"nı uğurla keçir və qazandıqları müştəri etibarını qorumağa çalışırlar.
Bu bankların fəaliyyəti həm də dövlətlərarası biznesin dəstəklənməsinə, hər iki ölkədən olan biznesmenlər üçün bank əməliyyatlarının asanlaşdırılmasına istiqamətlənib.
Xarici bankların fəaliyyət göstərməsi bank bazarında yeni məhsulların inkişaf etdirilməsi baxımından da vacibdir. Misal üçün, aktivlərin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi və ya sərmayələrlə bağlı bir sıra xidmətlərin inkişafı baxımından.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, ölkədə xarici bankların fəaliyyət göstərməsi iqtisadiyyata yeni resursların cəlb olunmasına şərait yaradan faktorlardan biridir. Bu, eyni zamanda, ölkənin bank sistemində sağlam rəqabət mühitinin yaradılması, kreditlər üzrə faiz dərəcələrinin endirilməsi, bank sistemində müştərilərə göstərilən xidmətlərin yeni texnologiyalar əsasında aparılması hesabına xidmət haqlarının aşağı salınması və bu xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması deməkdir: “Burada mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ondan ibarətdir ki, xarici bank öz ölkəsindən investorların real sektora gəlməsinə də stimul yarada bilir. Bir sözlə, xarici banklar fəaliyyətə başladıqları ölkələrə beynəlxalq investitsiyaların axıdılmasında mühüm rol oynayırlar. Belə banklar ölkə ərazisində fəaliyyət göstərməklə eyni zamanda xarici investorlar üçün bir növ elan edilməmiş təminatçı rolunu da oynamış olurlar. Beynəlxalq aləmdə xüsusi reputasiyaya malik bir bankın ölkəyə gəlməsi xarici invostorlar üçün "risklərin azalmasına” xidmət edir. İnvestorlar yaxşı başa düşürlər ki, ölkə iqtisadiyyatı və onun maliyyə sistemi tam dayanaqlı olmasa nüfuzlu banklar həmin ölkənin ərazisində fəaliyyət göstərməyə qərarlı olmazlar”.
F.Yusifovun sözlərinə görə, xarici kapitalın bank sistemində iştirakı ölkənin və eyni zamanda yerli bankların beynəlxalq reytinqinin yüksəlməsinə ciddi təsir edir, yerli bankların beynəlxalq maliyyə bazarlarında daha ucuz resurslar cəlb etməsinə şərait yaradır və bu da son nəticədə ölkə daxilində kreditlərin faizlərinin aşağı salınmasına imkan verir: "Ümumilikdə isə xarici bankların gəlişı ilə ölkə iqtisadiyyatına kapital qoyluşu təklifi artır, bank sistemi özünün rəqabət əsaslı inkişafına nail olur, müştərilərə göstərilən xidmətlərin keyfiyyəti yüksəlir, xidmət haqları aşağı düşür və bank kreditlərinin faizləri tam optimallaşdırılır”.
F.Yusifov hesab edir ki, xarici bankların ölkəyə gəlməsinin yalnız bir mənfi tərəfi var: "Bunun yeganə mənfi tərəfi ondan ibarət ola bilər ki, bu bahkların səhmdarlarının korporativ maraqları Azərbaycan hökumətinin iqtisadi maraqları ilə bir o qədər uzlaşmasın. Bu məsələnin həlli isə Mərkəzi Bankın xarici banklarla apardığı işin düzgün təşkilindən bilavasitə asılıdır”.
Azərbaycanın dünyada özəl sektorun inkişafına dövlət səviyyəsində yüksək diqqət ayıran az ölkələrdən biri olduğunu qeyd edən BİAB sədrinin fikrincə son 10 ildən bir qədər artıq dövr ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən əsas şərtlərdən biri də sahibkarlığın inkişafına dövlət səviyyəsində verilən dəstəkdir: "Hazırkı durumda özəl sektora daha geniş şəkildə vəsait cəlb edilməsi və bu səbəbdən də həmin vəsaitlərin cəlbedilmə mənbələrinin şaxəaləndirilməsi, eləcə də yeni resurs bazalarının formalaşdırılması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir”.
İqtisadçı Vüqar Bayramov isə deyir ki, hələlik Azərbaycana gələn bankların sayı çox deyil, çox olması müsbətə doğru dəyişiklik gətirə bilər: “Bu rəqabətin gücləndirilməsi baxımından vacibdir. Bank sektorunda daha çox və daha güclü bankların olması rəqabətqabiliyyətliliyi artırmaqla yanaşı, müştərilərin daha aşağı faizli kredit götürməsi üçün əlverişlidir. Rəqabətin güclənməsi imkan verir ki, banklar daha ucuz kredit təklif etsinlər.
Xarici bankların, xüsusilə qərb ölkələrini təmsil edən bankların Azərbaycan bank sektoruna cəlb edilməsi daha məqsədə müvafiq olardı, amma hələ ki, bu sektorda konservativ siyasət həyata keçirilir və Rusiya və Türkiyəni təmsil edən bankların fəaliyyətini müşahidə edirik. Avropa və Amerika banklarının gəlişi zəifdir”. Bəs görəsən, xarici bankların gəlişi ilə əhalinin onlar qarşısında öhdəliyi təhlükəli deyil ki?
Ekspert deyir ki, əgər vətəndaş istehlak krediti götürürsə, onu qaytarmaq öhdəliyi də var: “Bu təhlükəli deyil. Vətəndaş üçün vacib olan daha aşağı faizli kredit götürməkdir. Bu zaman öhdəlik də az, olur risk də. Ona görə də xarici bankların gəlməsi ödənişlərlə bağlı risklərin azalması deməkdir”.
Daha bir diqqətçəkən məqama diqqət edək: nüfuzlu xarici bankların Azərbaycana gəlmək imkanı olsa da, Azərbaycanın xaricə çıxacaq bankı yoxdur. Regional səviyyədə olsa da, qlobal səviyyədə yoxdur... Ekspertlər belə deyir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi