Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Seysmoloji Mərkəz Ağdamdakı zəlzələyə dair açıqlama yayıb - FOTO
Tarix: 24.11.2017 | Saat: 10:21:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi noyabrın 15-də Ağdamda baş vermiş zəlzələnin nəticələrinə dair açıqlama yayıb.

Mərkəzdən hafta.az-a verilən məlumatda bildirilir ki, 15.11.2017-ci il tarixində, yerli vaxtla saat 23:48:02-də, Ağdam ərazisində baş vermiş zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.

Tədqiqat işləri zamanı müəyyən olunub ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss edilib (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).

Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24 x 28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.

Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Ketəlparaq, Qaravəlli və Xanaqala kəndləridir.

Qeyd olunmuş ərazilərdə əhali tərəfindən yanlış məlumatlar vermələrinə baxmayaraq, RSXM əməkdaşları tərəfindən onların evlərində əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ildə “Aprel döyüşləri” nəticəsində əmələ gəlməsi - zərər çəkməsi, yəni evlərində zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub.

RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdam və Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev