Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Beşiktaş”ın izi ilə gedəcəyik” - Qurban Qurbanov
Tarix: 24.11.2017 | Saat: 13:10:00
Bölmə:İdman | çapa göndər

“Müsəlmən və qardaş komandanın Çempionlar Liqasında əla çıxış etməsi bütün Azərbaycan xalqını sevindirir”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

Ağdam klubunun Çempionlar Liqasının V turunda “Çelsi” ilə matçını (0:4) izləməyə gələn “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş qarşılaşmadan əvvəl Qurbanovla görüş keçirmişdi. Cütlük arasında olan söhbət Türkiyə mətbuatında yayımlanıb. Görüş zamanı Azərbaycan çempionunun çalışdırıcısı həmkarına və onun komandasına tərif yağdırıb:

“Azərbaycanda hər kəs sizin haqqınızda danışır. Həm klub, həm də baş məşqçi kimi sizi örnək götürürük və belə də davam edəcəyik. Türk məşqçinin uğuru qürurumuzu oxşadı. Sizə təşəkkür edirik. “Beşiktaş”ı qardaş klub seçib, onun izi ilə gedəcəyik. İnşallah, gələcəkdə biz də sizin kimi uğur qazanacağıq”.

Günəş həmkarına cavabında “Qarabağ”ın doğru yolda olduğunu deyib:

“İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.

Görüş zamanı “Qarabağ” rəhbərliyinin qısa müddətdə İstanbula gedərək, “Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.

Qeyd edək ki, “Beşiktaş” Çempionlar Liqasının G qrupunda son tur öncəsi növbəti mərhələyə vəsiqəni lider kimi əldə edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi