Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
Tarix: 24.11.2017 | Saat: 17:59:00
Bölmə:Müsahibə Polit-10 | çapa göndər

Budəfəki həmsöhbətimi siz də çox yaxşı tanıyırsınız. Yardımlının Telavar kəndində doğulub. Üç dəfə millət vəkili seçilib. Azərbaycanın milli azadlıq hərəkatı tarixinin əsas simalarındandır. Məktəbdə dərs deyərkən millət vəkili seçilən, parlamentdən çıxıb şagirdlərinə dərs deməyə tələsən bir şəxsdir – Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) lideri Mirmahmud Mirəlioğlu.

Mirmahmud bəylə hafta.az-ın “Polit-10” layihəsində söhbətləşdik. Keçmişinə qayıtdıq. Daha doğrusu, xatirələrinin bir əlindən Mirmahmud bəy tutdu, digərindən mən. Müsahibə vaxtı söylədiyi bir cümlə isə məni əməllicə silkələdi. KXCP sədri dedi ki, 1991-ci ilin 18 oktyabr günü Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərkən, səsverməyə hazırlaşarkən mənim oğlumu öldürdülər...

Hələ çox nüanslara toxunulub.

Daha ətraflı, müsahibəmizdən oxuyun:

- Mirmahmud bəy, uşaqlığınıza qayıdaq, necə bir ailədə doğulmusunuz?

- Ölənlərinizə rəhmət, atam yaxşı usta idi. Anam evdar qadındır. Çoxuşaqlı ailədə doğulmuşam. Ailənin birinci övladıyam. Atam sovet hökumətinə qulluq etməmək üçün çox əziyyətlər çəkib. Başqa yerlərdə başqa adlarla olub. Sovet hökumətinə qulluq etməmək üçün əllərindən gələni ediblər. Bu, həm ata, həm də ana xəttim üçün də keçərlidir. Atam, çox yaxşı sənətkar kimi tanınıb. Mildə, Muğanda, Şirvanda onun əl işləri qalır. Dünyasını dəyişəndən sonra, biz onun əl işləri ilə ayrı-ayrı regionlarda tanış olmuşuq. Kəndimizdə də işinin öhdəsindən layiqincə gələn usta kimi tanınıb. Çox yaxşı dülgər idi. Qapı-pəncərə düzəldirdi. 1966-cı ildə tikdiyi evimiz indi də qalır. Evin bünövrə daşından tutmuş, kirəmitinə qədər onun əl işləridir. Pəncərələri, şüşəbəndi belə özü ərsəyə gətirib. Halal, dürüst bir ailədə doğulmuşam.

- Ailədə neçə uşaq olmusunuz?

- Yaşayanı doqquz nəfər, amma ümumilikdə 10-12-15 uşaq olmuşuq. Hal-hazırda onlardan doqquzu yaşayır – 5 qardaşıq, 4 bacı...

- Allah saxlasın…

- Allah bütün balaları saxlasın…

- İlk müəlliminiz kim olub? Xatirinizdə qalıbmı? Orta məktəblə bağlı hansı xatirələri bu yaşınıza daşıya bilmisiniz?

- Mən hələ lap balacalıqdan məktəbə getmək həsrəti ilə böyümüşəm. Bizim nəslin qarşısında sovet dövrünün “yaşıl işığı” yanmırdı. Sovet qanunlarına görə, “qırmızı xətt”ə salınan bir soydanam. Nəslimizin nümayəndələri repressiyaya məruz qalıblar. Onlardan bəziləri vaxtilə Qazaxıstana, Qırğızıstana sürgün olunub. İndi həmin sürgün olunan doğmalarımın törəmələri o yerlərdə yaşayırlar. Onlardan güllələni olub, çoxlarının yeri bilinmir. Bizim həyətimizin, nəslimizin qızları məktəbə getmədiyi üçün oğlan uşaqlarını da təhsil ocağına çox çətinliklə qəbul edirdilər. Mən vaxtından ilyarım gec məktəbə getmişəm. Bəhanə gətirdilər ki, doğum tarixi sənəddə 15 sentyabr yazılıb. Guya, on beş günə görə götürmək istəmirdilər. Əslində isə sentyabrın 1-də dünyaya gəlmişəm. Sənəddə on beşi tarixinə yazıblar. Buna baxmayaraq, noyabrda, hətta dekabrda doğulanları belə birinci sinfə götürürdülər. Növbəti il isə dekabrın 22-də birinci sinfə getmişəm. İlyarım sonra... Özü də imtahanla götürüblər. Hesabdan və ana dilindən imtahan vermişəm. Həmin gün mənə həsr olunub. Mən gələnə qədər bizim sinifdə müəllimlər dəyişilmişdi. Sentyabr, oktyabr və noyabr aylarını bütövlükdə xəstəxanalarda olduğuma görə, ilk müəllimim feldşer Turab olub. O, mənə xəstəxanada həm hesabı, həm də əlifbanı öyrədib. İndi də xatırlayıram, 1964-cü ilin 22 dekabrında əlifbanı bütöv şəkildə oxuyaraq, hesabdan sualları cavablandıraraq, şərtlə birinci sinfə qəbul edilmişəm. Birinci sinifdə 32 nəfər oxumuşuq. Bunlardan 18-i oğlan, 14-ü qız idi. Normal oxumuşam.

- Müəllimlərlə aranız necə olub?

- Oxumaqdan ötrü başqa kəndin məktəbinə getmişəm. Məktəbimi dəyişmişəm. Müəllimlərlə yola getməmişəm. Məktəbi dəyişməyimə səbəb, müəllimlərin dərs deməyə həvəslərinin olmaması idi.

- Hər kəsin ilk sevgisi olur. İlk məhəbbətinizlə orta məktəbdə tanış olmusunuz, yoxsa tələbəlik illərində?

Haşiyə: 
Mirmahmud bəy, deyəsən, bu sualımdan utandı. Qəfil olaraq başını aşağı dikdi. Nədənsə, sualdan yayınacağını hiss etdim.

– Vallah, nə məktəbdə, nə də tələbəlik illərində... Məktəbimiz çox qeyri-adi idi. Yeddinci sinfə qədər müəllimlərimiz də elə bu cür olub. Canlarını, gözlərinin işığını şagirdlərə sərf edirdilər. Sonra məktəbdə xoşagəlməz hallar baş verdi. Müəllimlər qruplara bölündülər. O zaman mən yeddinci sinifdə oxuyurdum. Bunlar da məktəbdən bir neçə şagirdi başqa təhsil ocağına üz tutmağa sövq etdi.

- Tələbəlik illəriniz necə keçib?

- Birinci il universitetə qəbul oluna bilmədim. Müsabiqəyə düşdüm. Yüksək müsabiqə oldu. Axırıncı imtahanı Ali və Orta İxtisas Təhsil Nazirliyinin, nazirin özünün təşkil etdiyi komissiya ilə verdim. Qiymətimi kəsmişdilər. Komissiya tələb etdim. İmtahanda “3” yazdılar. Yenə müsabiqəyə düşdüm. Sonra da əsgər getməli oldum. Dekabr ayında – qeyri-adi vaxtda əsgərliyə getdim. O vaxt bu cür şeylər nadir hallarda olurdu. Türküstan Hərbi Dairəsində qulluq etmişəm. Əsgərlikdən qayıtdıqdan sonra, bir neçə il qəbul imtahanı verdim. İstehsalatdan ayrılmadan təhsilimi davam etdirdim. Həm işləyirdim, həm də oxuyurdum. Beləliklə, oxumaqla bərabər, həm də istehsalat təcrübəm oldu.

- İstesalatdan ayrılmadan təhsil almısınız. Sonralar millət vəkili ola-ola həm də Sumqayıtdakı 35 saylı məktəbdə dərs demisiniz...

- Yox, 35 saylı məktəbdə dərs deyərkən millət vəkili seçilmişəm.

-Çox maraqlıdır, bu cür hadisə ilə nadir hallarda qarşılaşır insan. Parlamentdən çıxıb orta məktəbdə dərs deməyə gedirsən və ya əksinə. İndi belə millət vəkili və ya müəllim çətin tapılar...

-Əsgərlikdən sonra qarşıma məqsəd qoymuşdum ki, ailəmizdən və nəslimizdən heç bir oğlan əsgərliyə getməməlidir. Yəni, sovet ordusuna xidmət etməməlidir. Allah qismət etdi ki, biz həmin orduda xidmət etməmək üçün müstəqilliyimizi qazandıq. Mənim arzum gerçəkləşdi. Bir nəsil üçün olan devizim, arzum bütün millətimizə şamil olundu. Bakıya qeydiyyata düşmək və təhsilimi davam etdirmək üçün bir işlə məşğul olmalı idim. Həmin vaxt bizimlə 25 illik müqavilə bağladılar. Biz 25 il həmin zavoddan çıxa bilməzdik. Sonra təhsilimi də davam etdirdim. Kirayədə qalırdım. Nəhayət, mən ixtisasım üzrə iş tapdım. Amma istehsalatda çalışdığım müddətdə çox yaxşı hörmət qazanmışdım. 35 nömrəli məktəbdən əvvəl 4 saylı axşam məktəbində dərs deməyə başladım. İstehsalatdan ayrılmaq, hesab-kitabı bağlamaq üçün bir həftə, on gün vaxt lazım olur. Mən onu 52 dəqiqəyə həll etdim. Bunun əvəzində 4 ay işsiz qaldım. Sonra özümə iş tapdım. Həmin dövrlərdə artıq milli azadlıq hərəkatı başlamışdı. Parlament seçkiləri ərəfəsində Sumqayıt hadisələri, 20 Yanvar faciəsi baş vermişdi. O vaxt gənc idik, enerjimiz çox idi. Görüşlər, yığıncaqlar təşkil edirdik. Milli azadlıq hərəkatının fəallarını tanıyırdıq. Çünki tez-tez təşkil olunan görüşlərdə bir yerə yığışırdıq. Sonra parlament seçkiləri oldu. Millət vəkili seçildim. Məktəbdən ayrılmadan parlamentdə də işlərimizi görürdük. Beş-altıncı siniflərə, sonra 9-10-cu siniflərə dərs deyirdim. İşimə o qədər bağlı idim ki, hər yerə vaxt tapırdım. Dərs  dediyim siniflərdə şagirdlərimizlə bir-birimizə çox bağlı olmuşuq, vallah. Şagirdlərimin həm müəllimi, həm də dostu olmuşam. Valideyn məhəbbəti ilə sevmişəm hər birini. Hətta uşaqlar direktorun və ya başqa aparıcı adamların dərslərinə girmirdilərsə, mən deyəndən sonra şagirdlərim gedib dərsdə otururdular. Demək olar ki, Azərbaycanın elə bir dövlət strukturu yoxdur ki, mənim dərs dediyim uşaqlardan orada işləyən olmasın.

-1991-ci ilin 18 oktyabrında siz də Milli Məclisdə idiniz. Həmin vaxtın Ali Soveti dövlət müstəqilliyi haqqında aktı qəbul edirdi. Necə xatırlayırsınız o günü?

-1991-ci ilin 18 oktyabr günü Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərkən, səsverməyə hazırlaşarkən mənim oğlumu öldürdülər. Bir kapitan səkinin üzərində oğlumu avtomobillə vurdu və öldürdü. Ailəm, biz müstəqillik uğrunda ilk şəhidimizi həmin səsvermə dəqiqələrində verdik. O, da həmin günün qurbanı idi.

-Parlamentdə dərs dediyiniz şagirdlərin, onların valideynlərinin sizdən xahiş etdiyi bir məsələni müzakirəyə çıxarmısınızmı?

- O qədər olub ki...Təkcə şəxsi problemlər olmayıb. Biz bu məsələlərə ümumi baxırdıq. Təhsil, səhiyyə, sığorta haqqında qanunlar, qaçqınlar və xaricdə yaşayan soydaşlarımızla bağlı olan məsələləri birgə müzakirə etmişik və bu məsələləri Milli Məclisdə qaldırımışıq. Həmişə şagirdlərimlə, onların valideynləri, seçicilərimlə, müəllim yoldaşlarımla daimi təmasda olmuşam. Onların fikirlərini dinləmişəm. Çünki hər şey bir adamın beyninə gələ bilməz. Müzakirələr fonunda qəbul edilən qərarlar kifayət qədər uğurlu olur.

-Dərs dediyiniz təhsil ocağında sizin sözünüz keçirdi, yoxsa məkəb direktorunun?

-Təbii ki, bütün məqamlarda direktorun. Elə məqamlar da olub ki, həmin vaxt heç kəsin sözü keçmirdi. Bizim sözümüz keçirdi. 1990-cı ilin 22-də yanvar şəhidlərinin dəfnindən iki gün sonra mənim təklifim və rəhbərliyimlə müəllimlər partiyadan çıxmaqla bağlı istefa ərizəsi yazdılar. Biletlərini təhvil verdilər. Üç ay sonra vəziyyət bir qədər dəyişdi. Bəziləri biletlərini geri götürdü. Bəziləri ərizlərini geri götürdü. O arxiv sənədləri indi də qalır. Saxlayıram. 

-Əbülfəz Elçibəyi tanıyanda o, Əbülfəz bəy idi, yoxsa Əbülfəz Əliyev?

- Mən onu tanıyanda bəy idi. Müəllim idi. Bəyin çevrəsində olanlar bilirlər ki, hələ universitet həyatından ona iki cür müraciət edirdilər – müəllim və bəy formasında.

-Təxminən neçənci illər idi?

- Təxmini niyə, lap dəqiqini deyirəm, 1979-cu ilin sonları idi. Onun haqqında hələ əsgərlikdə olarkən eşitmişdim. Əsgərlikdən qayıdıb gəldikdən sonra universitetə qəbul oldum. Elçibəyin qohumlarının biri ilə tələbə yoldaşı olduq, dostlaşdıq. Bəylə şəxsi tanışlığımız da məhz bundan sonra başladı. Ona qədər Əbülfəz Əliyev haqqında qiyabi məlumatım vardı. Bilirdim ki, siyasi fikirlərinə görə həbsdə olub. İlk görüşümüz Əlyazmalar Fondunda baş tutmuşdu. O söhbətimiz qısa çəkdi. Sonra Ordubadda bir məclisdə görüşdük. Uzun söhbətimiz oldu. Mütəmadi görüşlərimiz 1980-81-ci illərdən başladı.

-1989-cu ildə sovet –İran sərhədində dirəklər söküldü. Bu ideyanın müəllifi kim idi? Həmin vaxt birləşmə ehtimalı var idimi?

- Həmin məsələlərin müzakirəsində mən də olmuşam. Bu işin cənub bölgəsi üzrə təşkilatçılarını da şəxsən tanıyırdım. Əvvala, onu deyim ki, bu məsələ vətənini sevənlər üçün həmişə gündəmdə olub. Həmin vaxt birləşmək ehtimalı yox idi. Sadəcə sərhədləri yandırmaq məsələsi olub. Azərbaycan – İran, sovet-İran sərhədləri 1953-cü ildə çəkilib. Əsasən təbii sərhədlər idi. Çaylarla, dağlarla müəyyənləşdirilirdi. Bəzi yerlərdə konkret sərhəd dirəkləri vardı. “Gülüstan” və “Türkmənçay” müqaviləsi ilə müəyyənləşdirilən sərhədlər idi. 1989-cu ildə tarixi fürsətdən istifadə edərək, tarixin, şəraitin bizim üçün uğurlu olduğunu nəzərə alaraq, belə bir addım atıldı. Bu işin başında duran da, onun ideya müəllifi də Elçibəy olub. Bu iş kifayət qədər uğurlu alındı. Dünya gördü ki, Azərbaycan bölünmüş bir yerdir. İctimai –siyasi əhəmiyyətinə görə, çox mühüm addım idi. Birləşmək ehtimalı onda da olmayıb. Bu addım gələcəkdə Azərbaycanın, ikiyə bölünmüş xalqın birliyini və bütövlüyünü təmin etmək üçün ilk addımlardandır.

-Bəy, gənc yazarlardan kimləri oxuyursunuz?

- Kitab oxumağa demək olar ki, vaxt ayırmıram. Əsasən gündəlik məlumatları izləyirəm. Gənc yazarların bir çoxlarını tanıyıram. Əksəriyyəti ilə "salam-əleyküm"üm də var. Sıralayıb sadalamağım bəlkə də onların xoşlarına gəlməz. Ona görə də sadalamaq istəmirəm.

-Əbülfəz Elçibəyin son günündə də yanında olmusunuz. Son sözü nə oldu?

- Həm yanında, həm də yolunda olmuşam. İndi də yolundayam. Son sözü “Azərbaycan” oldu. Azərbaycan – dedi son dəfə... (sükut).

-Hədiyyə alıb verməyə münasibətiniz necədir?

-Hədiyyə alarkən məsləhətləşirəm. Hədiyyə veriləndə də etiraz etmirəm. Amma hədiyyə məsələsinə xüsusi meylim yoxdur. Bu cür şeylərə vaxt sərf etməyə də həvəsli deyiləm. Hesab edirəm ki, həddiyyələr içərisində ən önəmlisi kitabdır.

- Üzümüzə gələn 2018-ci il prezident seçkiləri ilidir. Partiyanız seçkilərdə iştirak edəcəkmi?

-Gələn il həm də Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyidir. Eyni zamanda 2018-ci il Elçibəyin 80 illik yubleyidir. KXCP üçün də gələn il çox önəmlidir. Çünki gələn il bizim növbəti qurultayımız olacaq. Qurultayda bu və ya digər məsələlərə aydınlıq gətirəcəyik. Ona qədər vaxt var. Əvvəlki prezident seçkilərində-  2003-2008-ci illərdə məsələlər ciddiliyi və kəskinliyi ilə müzakirə olunub. Gələn il qurultayımızın qəbul edəcəyi qərar önəmlidir. Seçkilərdə kimin iştirak etməsindən daha çox, onun demokratik keçirilməsidir. Demokratik seçki mühitinin yaradılmasıdır.

- Gələn il partiyanın qurultayıdır. Partiya sədrliyinə öz yerinizə kimi əsas namizəd görürsünüz?

- Burada bir məsələ var. Sonuncu qurultayda – 2015-ci ilin avqust ayında cəmiyyətə ismarış, xüsusi olaraq dedim ki, gələn dəfə mənim də öz namizədim olacaq. Qurultay nümayəndələri də, qonaqlarımız da bundan bir az başqa cür nəticə çıxardılar. “Özü namizəd olmayacaq?”, “Yəqin ki, özü namizədliyini irəli sürməyəcək” kimi fikirlər irəli sürdülər. Hal-hazırda da sosial şəbəkələrdə KXCP-yə sədr seçirlər. Sosial şəbəkədəki sədr seçkisi başa çatdıqdan sonra mövqeyimi bildirəcəyəm (gülür).  Hələ ki, səsvermə gedir.

-Cümhuriyyətin 100 illiyi ilə bağlı KXCP nə kimi tədbirlər hazırlayır?

-2018-ci ili KXCP olaraq AXC ili elan etdik. Tədbirlər planı hazırlayırıq. 1 yanvardan 31 dekabra qədər bir çox görüşlər keçirəcəyik. 6 martda Ankarada Rəsulzadənin qəbrini ziyarət etməyi düşünürük. 28 Mayda həm Novxanıda, həm Gəncədə, həm də Tiflisdə tədbir keçirməyi planlayırıq. 15 sentyabrda Bakının işğaldan azad olunması ilə bağlı ayrı tədbirimiz var. Gələn il üçün keçirəcəyimiz tədbirlərin siyahısı çoxdur. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi