Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ticarət mərkəzlərində təhlükəsizlik hansı səviyyədə təşkil edilir?
Tarix: 27.11.2017 | Saat: 15:56:00
Bölmə:Reportaj | çapa göndər

Statistikaya əsasən son bir il ərzində dünyanın 30-dan çox ölkəsinin ticarət mərkəzlərində partlayışlar, terror aktları törədilib. Bu ilin may ayında İndoneziyanın Cakarta şəhərində “Gandaria City Mall” ticarət mərkəzindəki partlayışda 13 nəfər dünyasını dəyişmişdi. Kolumbiyada – Baqotada baş verən partlayışda isə ölənlərin sayı 10, yaralananlar isə bundan təxminən iki dəfə çox idi. Bu ilin yayında İrandakı “Şiraz kabusu” adı ilə ölkənin tarixinə qara hərflərlə düşmüş ticarət mərkəzindəki partlayışda isə 18 nəfər turist dünyasını dəyişmiş, ümumilikdə 32 şəxs bu partlayışdan zərər görmüşdü.

Yenə də statistikaya nəzər salanda görərik ki, təkcə son bir il ərzində ticarət mərkəzlərində baş verən partlayışlarda yüzə yaxın adam ölüb. 200-dən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onu da qeyd edək ki, bir müddət əvvələ qədər ticarət mərkəzlərinə olan basqınları, baş verən terror aktlarını əsasən İŞİD və "Əl-Qaidə" qruplaşmalarının adı ilə bağlayırdılar. Bəzi hallarda adları çəkilən qruplaşmalar həmin olayları onların təşkil etdiyini bəyan edirdi. İndi isə İŞİD-in başı demək olar ki, özünə qarışıb. İraq və Suriyada ard-arda məğlubiyyətlər, koalisiya qüvvələrinin onları qurudan və havadan dalana sıxışdırması adıçəkilən terror qruplaşmasının xarici ölkələrə “uzanan əllərini” gödəldib.

Doğrudur, silsilə məğlubiyyətlərdən sonra İŞİD sıralarını tərk edən xarici dövlətlərin vətəndaşları öz ölkələrinə qayıtmağa çalışır. Özü də müxtəlif yollarla. Vaxtilə Azərbaycandan da İraq və Suriyaya İŞİD sıralalarında döyüşmək üçün xeyli sayda qadın və kişilərin getdiyini nəzərə alsaq, analoji partlayışların törədilmə ehtimalı nəzəri cəhətdən bizdə də mümkündür. Hətta xarici ölkələrdəki müvafiq partlayışları nəzərə alsaq, Azərbaycanda da ticarət mərkəzlərində terror aktlarının törədilməsi ehtimalının üstündən xətt çəkmək olmaz.

Bu dəfə hafta.az-ın obyektivini paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərinə çevirdik. Ticarət və istirahət mərkəzlərində təhlükəsizliyin hansı səviyyədə qorunmasını müşahidə etmək qərarına gəldik.

İlk yolumuzu saldığımız məkan “28 Mall” ticarət mərkəzi oldu. Buradakı giriş qapısında bir xanım və bir bəy içəriyə daxil olan hər iki cinsin nümayəndələrinin çantalarını, bağlamalarını cidd-cəhdlə yoxlayırdı.

Elə bizi də yoxladılar. Bu azmış kimi “ağıllı qapı”lardan keçərkən üzərinizdən elektron səs gəlməməsi üçün telefonları mütləq kənardakı taxçalara qoymalıdırlar. Bundan başqa, giriş hissədə təhlükəsizlik kamerası və monitorlar diqqəti cəlb edir. Yuxarı mərtəbələrdəki brend malların satıldığı köşklərin özlərinin də təhlükəsizlik işçiləri – mühafizəçiləri var. Əldə etdiyimiz məlumata görə, həmin mühafizəçilərə görə, şirkətlər ticarət mərkəzinə əlavə pul da ödəyir. Bundan başqa, ticarət mərkəzinin qarajında, eləcə də iki arxa çıxışında da təhlükəsizliyə baxan şəxslərin olduğunu gördük.

Bir sözlə, “28 Mall” ticarət mərkəzindəki gördüklərimiz təhlükəzliyin yüksək səviyyədə olduğunu deməyimizə əsas verir.

“Gənclik Mall” ticarət mərkəzinin metro istiqamətindən girişində də biri qadın olmaqla, iki nəzarətçi ticarət mərkəzinə girənlərin çantalarını yoxlayırdı.

Üstəlik onların arxasında dörd istiqamətdə 180 və 360 dərəcə hərəkət edə bilən təhlükəsizlik kameraları və monitorların olduğunu gördük. Mağazalarda, eləcə də insanların istirahət üçün əyləşdikləri zalların foyesində belə təhlükəsizlik əməkdaşlarının gəzişdiyini müşahıdə etdik. Hətta bir xanım mağazadan çıxarkən onun çantalarına baxmaq üçün bir təhlükəsizlik əməkdaşı – nəzarətçi yaxınlaşdı. Məlum oldu ki, “Gənclik Mall”da hər mağazanın ən azından müştərilərinə nəzarət edən “sekyuriti” əməkdaşı var.

Adıçəkilən ticarət mərkəzinin üç istiqamətdə - giriş və iki arxa hissədə təhlükəzlik kamerasının olduğunu gördük.

 “Baku Mall” ticarət mərkəzinin giriş hissəsində mağazalara giriş qapısında iki nəzarətçinin dayandığını gördük. Onlardan biri içəri daxil olan müştəriləri, istirahət etmək istəyənləri təlimatlandırır ki, mağazaya çanta ilə daxil olmaq qadağandır. Çantalar isə girişin sağ istiqamətindəki ağzı qıfıllı şkaflara qoyulur. Şkafların bəzilərinin üzərində açar olsa da, digərində yox idi. Üstündə açar olmayan şkaflar çanta qoymağa ehtiyat edən müştərilərə verilən cavab isə bir cümlə olur: “Narahat olmayın, özümüz nəzarət edirik, kameralarımız da çəkir, rahat işinizi görün”.

Eyni zamanda, ticarət mərkəzindəki mağazada da bir neçə təhlükəsizlik işçisinin gəzişdiyini müşahidə etdik. İnsanların istirahət etdiyi yerlərdə, eləcə də arxa çıxışlarda nəzarətin zəif olduğunu gördük. Bir sözlə, “Baku Mall” ticarət mərkəzindən başqa digər iki “mall”da təhlükəsizliyin normal şəkildə təşkil edildiyinin şahidi olduq.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi