Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Tarix: 28.11.2017 | Saat: 12:14:00
Bölmə:Müsahibə | çapa göndər

Deyəsən, Suriyada müharibə başa çatır. Amma bu dəfə onu ssenari müəllifi olan Amerika yox, Türkiyə, İran və Rusiyanın birgə səyi səngidir. Soçidə danışdılar, razılaşdılar və görək nələr olacaq qarşıdakı aylarda. İranın ölkəmizdəki keçmiş səfiri Əfşar Süleymanidən bu məsələlərə münasibət bildirməyi xahiş edəndə düşündüm ki, Soçi görüşünün subyektlərindən Türkiyə və Rusiyan politoloqlarının fikirlərini almışıq, Əfşar bəy də İranın mövqeyindən münasibət bildirsin. Belə də oldu. Hətta müharibənin dayandırılmasında və sonrakı quruculuq prosesində Azərbaycanın oynaya biləcəyi rola da toxundu. Gəlin Əfşar Süleymaninin dediklərini sətirlərdən birlikdə oxuyaq. 

- Soçi görüşü orada iştirak edən üç ölkə fərqli mövqedə olsa da, Suriya müharibəsinin həlli istiqamətində müştərək çalışmaq əzmi nümayiş etdirir və bu görüş daha bir addım irəli getmək deməkdir. Müsbət nəticə verəcəkmi sualının cavabını isə Suriya münaqişəsinin bütün tərəflərinin ortaq fikirdə olduğu vaxt vermək mümkündür. Yəni ABŞ, Səudiyyə Ərəbistanı və Bəşər Əsəd müxalifətlə bir araya gəlməli, razılaşmalıdır. Amma bunun əksi olan həmləyə şahidik. Soçidə üçtərəfli görüş keçirilən vaxt Ər-Riyadda da Əsədin əleyhinə çıxan tərəflər toplaşaraq gələcəkdə nə edəcəjklərini aydınlaşdırırdılar. 

- Yeri gəlmişkən, Soçi görüşü də daxil olmaqla, Suriyaya dair Türkiyə, Rusiya və İranın mövqelərində hansı ziddiyyətlər ortaq anlaşmaya mane olur və bu əngəli aradan qaldırmaq üçün hansı güzəştlərə getmək mümkündür?

- Türkiyə PYD/YPG və Bəşər əsəd məsələsində olduqca həssasdır. Amma bu görüş müsbət irəliləyişin olduğunu göstərdi. Belə ki, İran və Rusiya PYD/YPG məsələsində Türkiyənin maraqlarını anlayışla qəbul etməyə, Türkiyə də öz növbəsində İranla Rusiyanın Əsədlə bağlı mövqeyi ilə razılaşmağa başlayıb. Əslində Türkiyə Suriya kürdləri məsələsində ABŞ-ın tutduğu mövqedən narahatdır. Çünki onları məhz ABŞ silahlandırır. Amma dünən Ərdoğanla telefon danışığı zamanı Tramp söz verib ki, artıq Amerika kürdlərə silah verməyəcək. Hesab edirəm ki, əgər Tramp sözünü tutarsa, bu , Türkiyə ilə ABŞ arasında son vaxtlar yaranmış narazılıqları azaldar. Bu da öz növbəsində Suriya böhranının həllinə müsbət təsir göstərər.

- Soçi görüşündən əvvəlki gün Bəşər Əsədin Moskvaya gətirildiyi bildirilir. Bu nə ilə bağlı ola bilər: Əsədin hakimiyyətinin sonudur, yoxsa ona üç dövlətin müştərək qərarlarına əməl etmək tapşırılır?

- Düşünürəm ki, Putin əsas rolu öz üzərinə almağa çalışır. Yəni öncə şərtlərini Əsədlə müzakirə edir, sonra İran və Türkiyə ilə. Daha sonra isə telefonla zəng vurub ABŞ, Səudiyyə Ərəbistanı, İsrail və Suriya müxalifətinin rəhbərləri ilə razılaşdırmağa çalışır. Əlbəttə ki, Türkiyə YPG-nin danışıqlara tərəf olmasını istəmir. BMT də bu prosesdə öz addımlarını atır və noyabrın 28-də Cenevrədə iclas keçiriləcək.

- Ərdoğan bir sıra tələblər irəli sürüb ki, demək olar hamısı YPG ilə bağlıdır. Yəni Ankara istəyir YPG silahsızlaşdırılsın və terror təşkilatı kimi tanınaraq, siyasi fəaliyyəti yasaqlansın. Eləcə də Suriyanın gələcəyinə dair müzakirələrdə iştirak etməsin. Əlbəttə, Əerdoğan kürdlərin danışıqlarda iştirakına qarşı deyil, amma məhz YPG olmasın. Sizcə İran və Rusiyanın bu məsələdə Türkiyəyə güzəştə getməsi çox çətindir və ya mümkünsüzdür?

- Məncə Türkiyənin bu istəklərinin qəbul olunması mümkün görünür. Konkret desək, ABŞ qarşı çıxmasa İran və Rusiya bu tələblərlə razılaşa bilər.

- Tutaq ki, müharibə dayandırıldı, İŞİD-i də məhv etdilər, yeni hakimiyyət də quruldu və ölkənin iqtisadi-sosial baxımdan tikilib-qurulmasına başlanıldı. Bilmək istərdim, ABŞ-ın burada maraqları necə olacaq, onlar öz hərbçilərini çəkib aparacaqmı və ümumiyyətlə, bu ölkədən əliboş getmək istəyəcəklərmi?

- Deyərdim ki, ABŞ hərbi qüvvələrini Suriyadan çəkəcək sonuncu dövlət olacaq. Çünki Suriyada yeddi ildir davam edən silahlı münaqişə başa çatan kimi iqtisadi rəqabət başlayacaq.

- Yeri gelmişkən, bəzi türk mənbələri yazır ki, İŞİD oyunu bitsə də, ABŞ Suriya kürdlərinə – YPG-yə ən müasir silah-sursat vermədə davam edir. Hətta bölgədə 7 minlik ordu da yerləşdirib. Kürdlərin timsalında yeni İsrailmi yaradılır Suriya və İraq torpaqlarında?

- Hələlik, Tramp Ərdoğana söz verib ki, YPG-yə silah-sursat verilməyəcək. Proseslər belə davam edərsə, vəziyyət dəyişə bilər. Bütün hallarda ABŞ Türkiyəni itirmək istəməz.

- Müharibədən sonrakı Suriyanın yenidən qurulmasından söz düşmüşkən, bunu Soçidə bir araya gələn Türkiyə, İran və Rusiya edəcək, yoxsa bütün ölkələrin üzünə açıq olacaq qapılar?

- Bu Suriya böhranının necə həll olmasından, ölkələrin bu münaqişənin həllinə təsirindən, eləcə də yeni hakimiyyətin tərkibindən asılıdır. Hər halda yeni konstitusiya, parlament və prezident seçkiləri keçirilməlidir. Əsədin yenidən prezidentlyə namzəd olub-olmaması və seçilib-seçilməməsi hələlik sual altındadır.

- Hər zaman münaqişələrin həlli məsələsində böyük ölkələrin rolu öndə olur və bu başa düşüləndir. Bəs bir mütəxəssis olaraq, Suriyada sabitliyin yaradılması məsələsində, məsələn, Azərbaycanın mümkün rolunu necə görürsünüz?

- Beynəlxalq əlaqələrdə hər bir ölkənin imkanları daxilində və yürütdüyü xarici siyasətə görə rol oynamaq şansı var. Əlbəttə ki, hansısa ölkə bu cür proseslərə qoşulur və sonda öz payını götürür. Azərbaycan da bir müsəlman dövləti olaraq öz strategiyasına uyğun şəkildə, beynəlxalq təşkilatlarda üzv olaraq bu istiqamətdə müəyyən mənada rol oynayır və gələcəkdə də oynaya bilər.

- Bu gün Azərbaycan torpaqlarının bir qismi Ermənistan tərəfindən işğal olunsa da, hər halda sabit və varlı ölkədir. Sizcə Azərbaycan Suriyanın sosial-iqtisadi baxımdan yenidən qurulmasına cəlb oluna bilərmi?

- Təbii ki, Azərbaycan, bayaq dediyim kimi, müsəlman dünyasının bir parçasıdır. Neftlə zəngin və strateji ölkə olaraq Azərbaycan bu istiqamətdə birbaşa və ya hansısa birliyin tərkibində rəqabət prosesinə qatılaraq öz rolunun oynaya bilər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi