Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
Tarix: 01.12.2017 | Saat: 14:12:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün müstəqil Qazaxlstan dövlətində ilk prezidentin seçildiyi gündür və xalq bu günü təntənəli şəkildə qeyd etməkdədir. Təbii ki, qardaş ölkədə bu posta ilk layiq görülən məhz indiki prezident Nursultan Nazarbayevdir. Maraqlıdır, Qazaxıstanın müstıqilliyinin ilk günündən dövlətə rəhbərlik edən bu insan xalqına nə verdi, ümidləri doğrultdumu? 

Gördüyü işlərə və yürütdüyü daxili-xarici siyasətə nəzər yetirəndə açıq şəkildə görünür ki, bəli, elə xalqının adamıdır. Nursultan Nazarbayev dünya siyasi arenasında nadir liderlərdəndir ki, uzunmüddətli iqtidarı dövründə birmənalı şəkildə xalqına xidmət edib. Buna ən bariz nümunə kimi bu böyük və fərqli xalqların yaşadığı ölkədə müstəqilliyin ilk günündən sabitlik, rifah və bərabərliyin mövcud olmasını göstərə bilərik. Çünki SSRİ dağılarkən kommunist rus hakimiyyəti müstəqilliyə can atan əksər respublikalarda qanlı milli-etnik problemlər yaratdı. Hansı ki, həmin münaqişələr bu gün də həllini gözləməkdədir. Amma o dövrdə az qala əhalisinin yarısı ruslar olan Qazaxıstanda firavan daxili atmosferin dəyişməz qalması məhz ona rəhbərlik edən N.Nazarbayevin müdrük siyasətinin nəticəsidir. 

Bu gün Qazaxıstan dünyanın sayılıb-seçilən ölkələrindəndir. Həm iqtisadi qüvvəsi, həm insanlarının yaşam tərzi, həm də dünya siyasətində təsirli mövqeyi ilə seçilən bu qardaş ölkə mehriban qonşuluq, heç vaxt başqa bir ölkənin iç işlərinə qarışmamaq siyasəti yürüdür, Asiyadan Avropaya, Avstraliyadan Afrikaya, Amerikayadək bütün ölkələrlə sıx iqtisadi və siyasi əlaqələr saxlayır. Nəticədə isə, bu gün Qazaxıstanda qazaxlarla yanaşı ruslar, tatarlar, almanlar, özbəklər, hətta sayı bir neçə yüz min nəfər olan azərbaycanlı soydaşlarımız xoşbəxt ailə olaraq yaşamaqdadır.

Qazaxıstanda fəaliyyət göstərən Türk Xalqları Mədəniyyət Vəqfinin sədri, professor Ahməd Dağduran da fikirlərimizlə tam şərikdir. Bildirir ki, Nursultan Nazarbayev dövlət başçısı postunu öz müdrüklüyü, dərin düşüncəsi və xalqa bağlılığı ilə qazanıb. “Nazarbayev hələ tələbəlik illərində ölkəsinin müstəqilliyi barəsində düşünüb, özünü ona görə hazırlayan liderdir. Xüsusilə, Baykanurun Rusiyanın deyil, məhz Qazaxıstanın kosmik mərkəzi olmasını və ölkəsi tərəfindən idarə edilməsini tələbəlik illərində qeyd edirdi. Nazarbayev ən böyük xidmətlərindən biri də qazax xalqının ana dilini özünə qaytarmasıdır. O, çox böyük səbrlə və ağıllı, uzaqgörən siyasəti ilə qazax dilini xalqına və ölkəsinə qaytardı, milli dövlətçilik tarixinin davamı olaraq ölkəsinin, sözün əsl mənasında, varlığını təsbit elədi” deyən professor A.Dağduran N.Nazarbayevin qazax-türk xalqının tarixi məsələsində də böyük addımlar atdığını bildirir. Qeyd edir ki, Nazarbayev millətini sevən bir insan olaraq qazax-türk tarixini gündəmə gətirib. “70-ci illərdə unutdurulan qazax - türk tarixini yenidən orta məktəblərdə, universitetlərdə qazax gənclərinə oxutdurur, ölkə vətəndaşlarının, xüsusilə gənc nəslin milli müstəvidə yetişib-inkişaf etməsinə təkan verir. Nazarbayevin milli tarix müstəvisində bir xidməti də odur ki, tarixi mövzulardan bəhs edən çox sayda filmlərin çəkilməsinə nail olub. Xalq öz tarixini məhz Nazarbayevin səyləri nəticəsində dərindən öyrənməyə başlayıb”, - deyir müsahibimiz.

Bu yerdə bir haşiyəyə çıxım ki, Sovetlər Birliyi dağılanda sonra Türkiyənin də daxil olduğu türk birliyinin yaradılması müstəvisində böyük addımlar atılıb. Müxtəlif sahələrdə əməkdaşlığa qol çəkən türk ölkələrinin ən vacib yaradılmış birlik institutu Türkdilli Ölkələrin Parlament Assambleyasıdır (TürkPA). Maraqlıdır ki, Özbəkistan və Türkmənistanın qatılmadığı bu milli birlikdə hər zaman Qazaxıstanın və onun müdrük rəhbərinin rolu xüsusi görünür. A.Dağduran da bu fikirdə bizimlə həmrəydir. Deyir ki, Nazarbayev türk birliyi məsələsində cəsarətli qərarlar qəbul edib, Türk Akademiyası yaradaraq dünyanın hər yerindən məşhur tarixçiləri ora toplayıb. Bununla da ortaq dil və tarix məsələsində önəmli yol qət edib.

“Nursultan Nazarbayev “Türksoy”un qurulmasında böyük səylər göstərib. Hansı ki, bu gün 16 türk dövlətinin (Rusiyanın muxtar subyektləri də daxil – V.T.) mədəniyyət nazirləri bu quruluşa üzvdürlər və ona növbəli şəkildə sədrlik edərək qədim türk mədəniyyətini dünyanın dörd tərəfində tanıtmaqla məşğuldurlar. Bu gün Nazarbayev türk dünyasının ortaq telekanalının yaradılmasına səy göstərir, Orhon yazı nümunələri toplanaraq Astanadakı tarix muzeyində sərgilənir. O, xüsusilə, Türkiyə və Azərbaycanla ticarətin həcminin artırılması, birgə konfransların keçirilməsi və sairə vasitəçilik edən əsl milli liderdir” deyən müahibimiz əlavə edir ki, bütün gördüyü işlərin yekununda Nursultan Nazarbayev yalnız qazax xalqının deyil, bütün türk millətinin birliyi və inkişafı üçün çalışan, türk millətinin adını qlobal əhəmiyyətli layihələrə yazdıran sevilən və əvəzolunmaz lider, el dili ilə desək, Ağsaqqaldır.

Mədəniyyət Vəqfinin sədri bildirir ki, Qazaxıstanda yaşayan bütün xalqların nümayəndələrinə işləmək və özlərini tanıtmaq, inkişaf etdirmək üçün bərabər şərait yaradılıb. “Elə bu səbəbdəndir ki, dünyanın hər yerində bir-biri ilə toqquşan milli-etnik ünsürlər Qazaxıstanda əsl ailə olaraq birlikdə yaşamaqdadır. Hətta Qazaxıstandakı Azərbaycan və erməni diasporlarının nümayəndələri də bir-biri ilə hörmət-sayğı ilə davranırlar. Eynən türklərlə kürdlər də bu ölkədə beləcə, mehriban, dostluq şəraitində yaşayırlar. Qısası, hər yerində münaqişələr, qanlı müharibələr gedən dünyamızın bir hissəsi olan Qazaxıstan əsl rifah və sevgi yurdudur. Bunun banisi isə prezident, Qazaxıstan Xalqları Assambleyasının rəhbəri Nursultan Nazarbayevdir” – deyir A.Dağduran.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi