Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin ”gəzəyən qızı” - HƏFTƏ REYTİNQ
Tarix: 01.12.2017 | Saat: 20:00:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalamasının müzakirəsi zamanı Ermənistan hökuməti gəzəyən qızla müqayisə edildi. Proqrama dəvət olunan ekspertlər Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da, özünə gənc sevgili tapıb.


Həftənin “Ermənistan məddahı”


İran XİN başçısı İrəvanda işğalçı ölkəni mədh edib göylərə qaldırdı. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda iki günlük səfərdə olub. Prezident Serj Sərkisyan tərəfindən qəbul edilən Zərif səfər çərçivəsində öz ölkəsi adından işğalçı ölkəyə bir sıra ilginc reveranslar etməsi ilə yadda qalıb. İranın baş diplomatı səfərinin ikinci günü isə daha absurd açıqlamalar edib. O, Ermənistanı bölgədə “sülhün və əmin-amanlığın carçısı və təminatçısı” adlandırmaqla faktiki şəkildə təcavüzkar ölkəni mədh edib. Paralel surətdə Azərbaycanın, onun xalqının, o sırada yurd yerləri etnik təmizləməyə məruz qalmış 1 milyon azərbaycanlı müsəlman köçkünün qüruruna toxunub, şəhidlərimizin ruhuna hörmətsizlik edib.


Həftənin “Azərbaycan qızı”


Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatıldı və böyük uğura imza atdı. Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. ABŞ Prezidenti D.Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən sözügedən sammitdəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın nailiyyətini təqdir edib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - ”Hər dəfə bir evi işıqlandır". Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm".


Həftənin “iradı”


Milli Məclisin cümə günü keçirilmiş plenar iclasında spiker Oqtay Əsədov deputatlara bir məsələ ilə bağlı ciddi irad tutdu. Belə ki, parlamentin sədri parlament üzvlərindən iclas zamanı mobil telefonlarını söndürmələrini tələb edib: “Mən hər dəfə bu məsələni təkrar deyirəm. Hərənizə iclas zamanı bir zəng gəlir və danışırsınız. Telefonu işlətməyi hamınız bilirsiniz, onu söndürməyi də bacarmalısınız. Belə olmaz axı?!. Xahiş edirəm ki, bir-birimizə hörmət edək...”.


Həftənin “eşqbazı”


Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntüləndi. Bununla bağlı bloger Vsevolod Filimonenko öz “Facebook” səhifəsində müvafiq foto yerləşdirib. Onun sözlərinə görə, foto noyabrın 29-da ”Givi Rubinşteyn” restoranında çəkilib. Başqa bloger, Miroslav Oleşko iddia edib ki, fotoda siyasətçi ilə söhbət edən qadın Ukraynadakı “Ölkə” internet-nəşrinin redaktoru Svetlana Kryukovadır. Bloger həm də əlavə edib ki, “Givi Rubinşteyn” şəhərdə ən bahalı restoranlardan biridir.


Həftənin “jurnalist müdafiəçisi”


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə jurnalist Seymur Verdizadənin Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən təhqir olunmasına sərt reaksiya verdi. Hazırda Ukrayna paytaxtında tədbirdə olan deputat Musavat.com-a açıqlamasında belə hərəkətləri qınayıb: “Jurnalistin yazisina görə onu təhdid etmək, ona və ailə üzvlərinə qarşi nalayiq ifadələr işlətmək yolverilməzdir. Biz hüquqi dövlətdə yaşayırıq və qanunlarimiz belə hərəkətləri qadağan edir. Mən Seymur Verdizadənin məlum yazisini oxumuşam və o yazıda qanunazidd heç bir sözə rast gəlməmişəm. Heç tənqid də belə yox idi. Öz fikirlərini şərh etmişdi. Hətta tənqid olmuş olsa belə, məmur dözümlü olmalıdır...”.


Həftənin “dinşünası”


Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirinin facebook səhifəsində paylaşdığı son dini video geniş müzakirələrə səbəb oldu. “İran şiəliyinin ardındakı gerçək” adlanan videoda bir sıra təzadlı məqamlar var. Sabiq baş prokurorun İran rejiminə münasibəti mənfi olduğu və sünnilərə simpatiyası olduğu üçün bu cür təbliğat xarakteri daşıyan paylaşım etməsi barədə iddialar səslənir. “Yeni Müsavat”a açıqlamasında İ.Şirin bu iddiaları təkzib edib: “Bu məsələ ilə bağlı Azərbaycanda müzakirə aparılmasına ehtiyac var. Fars şiəliyi ilə bağlı müəyyən söz-söhbətlər gəzir. Biz belə müzakirələr aparmaqdan çəkinməməliyik. Keçmiş baş prokuror olmaqdan daha vacibi mən bir azərbaycanlıyam. Bu baxımdan belə bir dini video paylaşdım və düşündüm ki, bu istiqamətdə hər hansı bir müzakirələr aparmağın heç bir zərəri olmaz. Mən şiəyəm. Əhli-Beyt eşqi ilə yaşayan ocağın nümayəndəsiyəm. Atamın evi ocaq olub. Müsəlmanam, çalışıram ki, ibadətlərimə əməl edim. Əslində mən nə şiəyəm, nə də sünniyəm, müsəlmanam. Bu ayrılıqları qurtarmaq lazımdır...”.


Həftənin “mühafizəli toyu”


Müğənni Manaf Ağayevin dekabrın 4-də oğlu Elçinə toy edəcəyi bəlli oldu. İfaçı bu barədə “Hər şey daxil” verilişində deyib. O bildirib ki, oğlunun özəl günü mediaya qapalı olacaq: “Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq. Hamı sənədlə, şəxsiyyət vəsiqəsi ilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm…”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi