Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xarici universitetlərin diplomları yeni qaydalarla tanınacaq
Tarix: 05.12.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda bununla bağlı sənəd aidiyyəti qurumlarda müzakirə mərhələsindədir

Təhsil Nazirliyi (TN) sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə araşdırdığı müraciətlərin sayını açıqlayıb. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə 2834 müraciəti icraata qəbul edib.
Nazirlikdən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.
Məlumat üçün bildirək ki, yeni qaydalara əsasən dünya üzrə 500 ali təhsil müəssisənin siyahısı dərc olunacaq. Dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq. Siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək.
Xatırladaq ki, hazırda xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması (nostrifikasiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müddəaları” (http://e-qanun.az/framework/1313) əsasında aparılır. Xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi isə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası” və təhsil nazirinin 14 fevral 2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a (http://edu.gov.az/az/page/299/7979 ) uyğun həyata keçirilir. Qaydaların 1.7 bəndinə əsasən, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
Eyni zamanda, xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri, TQDK-nın keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır. Diplomlar tanınarkən, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərindəki yeri də nəzərə alınır. Yəni, burada birinci növbədə təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyadan keçməsi, lisenziyasının olub-olmaması yoxlanılır. Sonradan həmin şəxsin təhsil aldığı müddətdə ölkədə olub-olması, aldığı ixtisasın ölkədə olan ixtisas təsnifatında nəzərdə tutulan ixtisaslara uyğunluğu yoxlanılır (ekvivalentliyini təyin etmək məqsədilə) və nəhayət təhsil müəssisəsinin reytinqindən asılı olaraq onun məzunun müsahibəyə dəvət olunub-olunmaması ilə bağlı qərar verilir. İndiyədək isə aidiyyəti qurumlara diplomların tanınması ilə bağlı daha çox müraciət MDB ölkələrindən, Ukrayna və Rusiyadan alınan sənədlərlə bağlı olub. Ən çox imtina alanlar da məhz həmin ölkələrdən diplom alanlardır. Ukrayna və Rusiya vətəndaşların daha çox müraciət etdikləri ölkələrdir. Aidiyyəti qurumlar bunun əsas səbəbini orada qəbul qaydalarının çox asan olması ilə əlaqələndirirlər. Ümumilikdə isə 2007-2016-cı illər ərzində diplomların tanınması ilə bağlı Təhsil Nazirliyinə 20 min 520 müraciət daxil olub. Bu müraciətlərin təqribən 55 faizi müsbət cavablandırılıb.
Onu da qeyd edək ki, bu prosesi şəffaflaşdırmaq və yarana biləcək mövcud neqativ halları aradan qaldırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər də həyata keçirilir. Belə ki, Azərbaycan ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası da yaradılıb. Həmin bazaya Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası”(http://edu.gov.az/az/nostrification/search) keçidindən daxil olmaq olar.
Bazanın yaradılması prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Məlumat bazasında ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunmuş şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənir. Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov da deyib ki, bu istiqamətdə prosedurlar mövcud qanunvericiliyə uyğun aparılır: “Diplomların qarşılıqlı tanınması haqqında Azərbaycanın qanunu var. Əlavə olaraq Təhsil Nazirliyinin nəzdində xarici diplomların tanınması üçün nostrifikasiya şöbəsi yaradılıb. Tutaq ki, bir vətəndaş xaricdə təhsil alması ilə bağlı sənədi hərbi komissarlığa təqdim edir. Komissarlıq həmin sənəd əsasında bu şəxsi 4 il müddətində hərbi xidmətdən ali təhsilli kimi azad edir. Vətəndaş 4 ildən sonra nostrifikasiya şöbəsinə diplomunu təqdim edəndə bildirilir ki, təhsil aldığın universiteti tanımırıq. Burda artıq vətəndaşın hüququ dövlət daxilində pozulur. Qanunvericiliyə görə nostrifikasiya necə həyata keçirilir? Tələbə 4 ildən sonra sənədlərini Təhsil Nazirliyinə təqdim edir. Nazirlik ali təhsil müəssisəsinə sorğu göndərib tələbənin həmin ali məktəbdə təhsil almasını təsdiqləyir. Oradan müsbət rəy gəldikdən sonra vətəndaş haqqında sərhəd xidmətinə tələbənin təhsil aldığı müddətdə sərhədi nə qədər keçməsi barədə sorğu göndərir. Problem də elə burda yaranır. Hər bir ölkənin təhsil müəssisəsində semestr müxtəlif vaxtlarda müəyyənləşir. Amma nazirlik hər şeyi Azərbaycana uyğun tələb edir. Belə ki, Bolonya sisteminə görə semestri 3 aya yox, 1 aya bitirməlisən”.
Ekspertin sözlərinə görə, bu gün xaricdə təhsil alıb sənədlərini Təhsil Nazirliyinə təqdim edən tələbələrin təxminən 30 faizi müsbət rəy ala bilir: “Ukrayna, Rusiya, Gürcüstandan diplom təqdim edənlərin 50 faizdən çoxu diplomlarını Azərbaycanda tanıda bilməyiblər. Bu cür problemlər qiyabi təhsildə daha çox ortaya çıxır. Əslində ölkə başçısı hər hansı ölkəyə səfər etdikdə dövlətlərarsı müqavilələr imzalanır. Müqavilələrin hamısında belə bir bənd var. Həmin ölkənin təhsil müəssisələri ilə Azərbaycan arasında hər hansı nostrifikasiyaya ehtiyac yoxdur. Düzdür, mən də o fikirdəyəm ki, məsələn, Ukraynada, Rusiyada və Gürcüstanda təhsil Azərbaycandan da pis vəziyyətdədir. Amma burda təhsil alanların hüquqları kobud şəkildə pozulur. Lazımsız sənəd oyunu ilə insanlara süni maneə yaratmaq olmaz. Bu, təhsilə xidmət yox, əksinə, təhsilli insanlara qarşı isə hörmətsizlikdir. Ona görə də bu istiqamətdəki müəyyən boşluqlar aradan qaldırılmalıdır. Yəni, məsələ tam konkretləşdirilməlidir ki, vətəndaş da sonradan aldığı diplomum tanınmaması kimi problemlərlə üzləşməsin”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi