Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Husilər Yəməndə siyasi partiyanın onlarla üzvünü qətlə yetiriblər
Tarix: 06.12.2017 | Saat: 15:55:00
Bölmə:Dünya | çapa göndər

Yəməndə “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Ümumxalq Konqresi Partiyasının onlarla üzvünü qətlə yetiriblər.

Qətlə yetirilənlər arasında hərbçilər, təhlükəsizlik orqanlarının nümayəndələri və sıravi partiya üzvləri də var.

Xatırladaq ki, Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları və keçmiş prezident Əli Abdullah Salehə sadiq ordu hissələri, digər tərəfdə isə hökumət qüvvələri və Prezident Abd Rabbu Mənsur Hadiyə sadiq könüllülər iştirak edir.

Paytaxt Səna şəhəri üsyançıların nəzarəti altındadır. 2015-ci ildən etibarən onların mövqeləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri tərəfindən bombardmana məruz qalır.

2017-ci il noyabrın 29-dan başlayaraq ölkədə vəziyyət bir qədər də gərginləşib. Husilər öz müttəfiqləri - sabiq prezident Əli Abdullah Salehə sadiq ordu hissələrinin nəzarətində olan bəzi müəssisələrə hücum ediblər. Ardından paytaxt Səna şəhərində gedən ağır döyüşlər hər iki tərəfdən 250 nəfərə qədər insanın ölümünə səbəb olub. Dekabrın 4-də isə husilərlə ittifaqı pozduğunu deyən Saleh Sanhan rayonunda üsyançılar tərəfindən qətlə yetirilib. Respublikanın sabiq başçısının önün kəsən “Ənsar Allah” qruplaşmasının silahlıları onu avtomobilindən çıxararaq güllələyiblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
20.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin