Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
Tarix: 06.12.2017 | Saat: 15:10:00
Bölmə:Gündəm | çapa göndər

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun odlu silahla başına atəş açaraq özünü öldürən oğlu Aqşin Kərimovun cənazəsi dəfn edilmək üçün Bakıya yola salınıb.

Cənazə bu gün Bakı vaxtı ilə saat 17:00-da Heydər Əliyev Hava limanında olacaq.

Bu barədə hafta.az-a mərhumun xalası Aidə Həsənova məlumat verib.

O, bacısı oğlunun ölümündə “Mavi balina” oyunun izi olması barədə deyilənlərə də etiraz edərək Aqşin Kərimovun intihar deyil, odlu silahla ehtiyatsız davranması nəticəsində öldüyünü deyib: “Saytlarda kimin ağlına nə gəldi yazırlar. Mən onun xalasıyam, anasını görməyincə ölüm səbəbini bilmirdik. Bunlar hardan aldı belə xəbərləri bəs? Məsələ ilə Rusiyanın hüquq-mühafizə orqanları məşğuldur, onların media orqanları müsahibə götürüblər. Ən dorğurusunu onlar yazır, amma bizimkilər özlərindən uydurub yalan yazırlar. Uşağın üstünə şər atrılar, oyun oynadığını deyirlər. “Mavi balina” söhbəti ancaq bizim mediada hallanır. Bunu Rusiya mətbuatı niyə yazmır?”

Müsahibimiz mərhumun telefonunda “Mavi balina” oynayıb oynamadığı barədə hər hansı işarənin olmadığını deyir: “Telefonu koddadır, ona görə sonuncu dəfə kiminlə əlaqə saxladığı barədə hələ məlumat yoxdur. Amma sinif yoldaşları deyir ki, hadisədən bir-iki dəqiqə əvvəl onlara deyib ki, indi sizə silahı necə sürətlə söküb yığmağımın videosunu göndərəcəm. Ondan az sonra da bu hadisə baş verib”.

A.Həsənova deyir ki, silahı söküb-yığmağı məktəbdə hərbi-hazırlıq dərsində öyrənmişdi: “Onun ümumiyyətlə, oyuna marağı olmayıb. Yəni, kompüter oyunlarına, internetə bağlı uşaq deyildi. Lap olsaydı belə, o, nəzarətsiz deyildi ki, saatlarla hansısa oyuna aludə olsun”.

Qeyd edək ki, Rusiya kütləvi informasiya vasitələrində diaspor rəhbəri Şirvan Kərimovun oğlu Aqşin Kərimovun evdə odlu silahla ehtiyatsız davranma nəticəsində öldüyü vurğulanıb. "Sayqa” markalı silahdan açılan atəş Aqşin Kərimovun çənə və baş hissəsini zədələyib.

Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qan içində yerə uzandığını görüb. Anası həmin vaxt onun nəbzinin hələ vurduğunu, az sonra keçindiyini deyib.

Faktla bağlı araşdırma aparılır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi