Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mehriban Əliyeva Maştağa Mədəniyyət Mərkəzinin açılışında iştirak edib - FOTO
Tarix: 06.12.2017 | Saat: 17:37:00
Bölmə:Gündəm | çapa göndər

Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib.

Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev birinci vitse-prezidentə məlumat verib ki, uzun müddətdir istismarda olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və proqramların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alınıb.


Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzində hazırda kino zalı, heykəltəraşlıq, tətbiqi incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada “Azərbaycan filmləri” həftələrinin də keçirilməsi planlaşdırılır.

Əvvəllər Maştağa Mədəniyyət Evi adlanan bu Mərkəzin əsası 1921-ci ildə qoyulub.

Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan birinci vitse-prezidenti Mehriban Əliyeva burada mütəmadi olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018