Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Antireklamın reklama çevirdiyi “Mavi balina”
Tarix: 06.12.2017 | Saat: 17:52:00
Bölmə:Sosial | çapa göndər

Gənclər arasında sürətlə yayılan və dünya çapında yüzlərlə intihar hadisələri ilə əlaqələndirilən “Mavi balina” adlı oyunun səbəb olduğu ölümlər hələ də səngimək bilmir.

Oyunun təfərrüatları barədə məlumat verməyəcəyik. Çünki bunun özü də maraq yaradır. Müzakirələrdən belə aydın olur ki, əslində media yazmayana qədər çoxları belə bir oyunun olduğundan xəbərsiz imiş və oyunun zərərlərindən yazmaqla antireklam reklama çevrilib. Və məktəblilərin daha çox aludəçisi olduğu bildirilən oyun indi çoxlarını narahat edir.

Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyir ki, əslində bu oyun sosial şəbəkələrin insanlara təsir imkanlarını yoxlamaq, xüsusilə yeniyetmə və gənclərin "Sosial şəbəkə mesajları"na reaksiyalarını test etmək, hansı "mexanizm"lərin daha effektiv olduğunu müəyyənləşdirmək məqsədilə yayılmışdı: “Təəssüf ki, bəzən hamılıqla küyə gedir, nəyin bizə lazım, nəyin zərərli ola biləcəyini o qədər də incələmirik. Aylardır ara-sıra gündəmə gətirilən "Mavi balina" şeytan oyunu mövzusunda son günlər yenidən yaradılan ajiotaj bunu deməyə əsas verir. Azərbaycanda hansısa bir müxbirin Rusiya mətbuatından tərcümə yazısını "araşdırma materialı" kimi öz imzasıyla dərc etdirməsi, heç kimin xəbəri olmayan mövzunu "Real təhlükə" olaraq qələmə verməsi ilə mövzu gündəmə gətirildi. Ardınca TV-lərdə sujetlər, sosial şəbəkələrdə müzakirələr və beləliklə, antireklam reklama çevrildi, bu haqda bilməyənlər də məlumatlandı. Ən azı maraq xatirinə bu "Oyun" axtarışa verilir və beləliklə, çox axtarılan mənbə kimi önə çıxır, virtual aləmdə hamının əlinə, yağına dolaşır...”.
B.Məmmədov deyir ki, bir neçə gün əvvəl paytaxtda bir gənc və təşəbbüskar məktəb direktoru şagirdlərin ümumi yoxlaması zamanı bir-iki şagirdin qolunda anlaşılmaz sıyrıqlar olduğunu müşahidə edib. Valideynlər məktəbə dəvət olunub, onlara vəziyyət izah olunub, valideyn və ailə nəzarətinin vacibliyi vurğulanıb: “Sonra hüquq-mühafizə orqanları və Bakı Şəhəri üzrə Təhsil İdarəsi nümayəndələrinin, psixoloqların iştirakı ilə valideynlərlə görüş keçirilib. Uşaqlara psixoloq məsləhəti verilib, ümumi profilaktik tədbiirlər görülüb. Belə məktəb rəhbəri cəmiyyətdən "sağ ol!" almaq əvəzinə, "Məktəbdə intihar" manşetləri ilə qarşılaşdı.
Bir məsələni də unutmaq olmaz ki, valideyn və ailə məsuliyyəti, uşaqlara məktəbdən kənar nəzarət də ciddi olmalıdır. O qədər ciddi ki, hər bir valideyn uşağını, onun ətrafını tanısın, maraqlarını bilsin və lazım olan anda övladının davranışına müdaxilə etmək, tənzimləmək imkanında olsun. Yoxsa, övladının neçənci sinifdə oxuduğunu doğru-dürüst bilməyən birinin cəmiyyətdən, məktəbdən və özündən başqa hamıdan nələrsə umması mənəvi ələbaxımlıqdan başqa bir şey deyil.
Məsələ ilə bağlı rəsmi açıqlama verildi və bildirildi ki, 76 nömrəli tam orta məktəbdə noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Dərhal həmin şagirdlərlə məktəb rəhbərliyi, psixoloq və tibb bacısının iştirakı ilə söhbət aparılıb. Şagirdlərin valideynləri də bu haqda məlumatlandırılıb. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, şagird və valideynlərlə müvafiq söhbətlər aparıb, uşaqlara ailə nəzarətinin də gücləndirilməsinin zəruriliyi barədə valideynlərə tövsiyələr verilib. Amma bəzi KİV-lərdə yenə "Mavi balina" başlıqları peyda oldu”.
Sektor müdiri medianı ictimai və milli maraqlar naminə hadisələrə və proseslərə daha soyuqqanlı yanaşmağa çağırır: “Bu, bütün dünyada belədir... İnformasiya təhlükəsizliyinə əməl etmək dünyanın hər yerində "təhlükəli informasiya"nın yayılmasından daha əhəmiyyətli hesab olunur”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2017
13.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi