Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası necə fəaliyyət göstərəcək?
Tarix: 06.12.2017 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Nazirlər Kabineti tərəfindən sözügedən qurumun yeni əsasnaməsi təsdiq olunub

Azərbaycanda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yenidən formalaşdırılacaq. Qeyd edək ki, Nazirlər Kabineti bununla bağlı müvafiq əsasnaməni təsdiqləyib. “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə görə, şura Nazirlər Kabineti tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir. Sözügedən qurum öz fəaliyyətində Azərbaycanın Konstitusiyasını, qanunlarını, Azərbaycan Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Şuranın əsas vəzifələri isə ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmitexniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin və səmərəliliyinin yüksəldilməsini təmin etmək, elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq, elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etməkdir. Eyni zamanda, elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək, “elmi kadrlar”, “elmi problemlər”, “elmi müəssisə və təşkilatlar”, “dissertasiyalar”, “elmi hesabatlar” və digər müxtəliftəyinatlı informasiya sistemlərini yaratmaq və onların başqa elektron sistemlərə inteqrasiyasını təmin etmək, şuranın və elmi problemlər üzrə elmi şuraların vebsaytlarını yaratmaq və onların idarə olunmasını təmin etmək, elmin cari vəziyyəti haqqında bülletenlər, məlumatlar hazırlamaq, onları ictimaiyyətə və aidiyyəti qurumlara təqdim etmək, Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakını təşviq və təmin etmək də sözügedən qurumun vəzifələrinə daxildir. Bundan başqa, şuranın vəzifələrinə ölkə və beynəlxalq səviyyəli elmmetrik təhlillər aparmaq və onların nəticələri əsasında müvafiq təkliflər hazırlamaq, müxtəlif səviyyələrdə elmi fəaliyyətin qiymətləndirilməsi üçün müasir üsullar işləyib hazırlamaq və təsdiq etmək, tədqiqatların maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi, elmi fəaliyyətin stimullaşdırılması üçün təkliflər hazırlamaq da aiddir.
Şuranın fəaliyyət istiqamətlərinə gəlincə, bunlara ölkədə təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi, elmi müəssisə və təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari və uzunmüddətli planlarının hazırlanmasının təşkil edilməsi, mühüm elmi-texniki problemlərin həlli, elm və texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının və kompleks tədbirlərin hazırlanması və onların təsdiq edilməsi, elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili və tədqiqatların elm sahələri və problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi, əsas istiqamətlər və problemlər üzrə elmi tədqiqatların yerinə yetirilməsi və onların inkişafı ilə bağlı məsələlərin müzakirəsi daxildir. Digər tərəfdən, elmi işlərin planlaşdırılması və əlaqələndirilməsi sahəsində dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, elmi istiqamətlərə və həmin istiqamətlərə aid elmi problemlər üzrə elmi şuraların fəaliyyətinə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi, elmi tədqiqatların maliyyə və maddi-texniki təminatının mənbələrinin və vasitələrinin müəyyən edilməsi də şuranın fəaliyyət istiqamətlərinə daxil edilib.
Əsasnamədə o da göstərilib ki, şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, ayrı-ayrı elmi problemlərə, həmçinin elmi tədqiqat işlərinin yerinə yetirilməsinin yekun nəticələrinə və onların tətbiqinə həsr olunmuş simpoziumların, konfransların, seminarların və sessiyaların keçirilməsini təşkil edir. Şuranın qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün elmi problemlər üzrə elmi şuralar yaradılır. Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır və qərarlar qəbul olunur.
Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılır və şura tərəfindən təsdiq edilir. Əsasnaməyə görə, şuranın 15 nəfərdən ibarət tərkibi Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Şuranın sədri Şuranın işini təşkil edəcək. Şuranın cari fəaliyyətinə rəhbərliyi məsul katib həyata keçirəcək.
Xatırladaq ki, hazırda Azərbaycanda 140 elmi müəssisə var. Respublikada tədqiqat və işləmələrlə məşğul olanların sayı 2000-ci ildə 15809-dan 2014-cü ildə 23329-a çatıb. 2017-ci ilin əvvəlinə olan statistik məlumatlara görə, bu müəssisələrdə elmi-tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Ümumiyyətlə, hazırda ölkəmizin müxtəlif universitet və elmi təşkilatlarında 33 min nəfər elmi tədqiqatla məşğul olur. Onlardan 11 min 874-ü fəlsəfə doktoru, 2 min 495-i isə elmlər doktorudur.
Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanda “Elm haqqında” qanun qəbul olunub. Həmin sənədin təsdiq edilməsindən sonra Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılmasının yeni proseduru məlum olub. Belə ki, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi tədqiqat işlərinin əlaqələndirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılmalıdır. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiq edilən Əsasnaməyə uyğun həyata keçirilməlidir. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin əsas istiqamətləri əsasında elmi problemlər üzrə elmi şuraları yaradacaq. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılacaq.
Qeyd edək ki, bundan əvvəl Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanına uyğun olaraq AMEA Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli 7/10 nömrəli qərarı ilə yaradılıb və onun nəzdində fəaliyyət göstərir. Əlaqələndirmə Şurası Azərbaycan Respublikasının bütün elmi tədqiqat və ali təhsil müəssisələrində təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların əlaqələndirilməsinə və onların həyata keçirilməsinə nəzarət edən səlahiyyətli orqan statusundadır. İndiyədək bu quruma Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə sədrlik edib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2017
12.12.2017
11.12.2017
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
“Tramp güclü deyil, haqq olan güclüdür”- Ərdoğandan Qüds açıqlaması
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
AMEA-nın fəaliyyəti niyə tənqid olunur? - Fərqli baxış
Neft Daşlarında bıçaqlanma - Ölən var
Ana və 4 qızının meyiti yaxınlarına verildi
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Qrup şəklində gələn azərbaycanlı turistlərdən viza alınmır" - Xalid Fuda
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi