Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Banklardakı əmanətlərin həcmi 725 milyon manat azalıb” – Ekspert
Tarix: 07.12.2017 | Saat: 12:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək aşağı düşüb. Bu isə o deməkdir ki, bu müddətdə banklardakı əmanətlərin həcmi 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır”.

Hafta.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir:

“Əgər əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa indi bu göstərici, milli valyuta üzrə əksər banklarda 10 faizdən aşağı, xarici valyutada isə orta hesabla 1 faizdir. Sual yaranır, əgər depozit məbləğləri azalırsa niyə banklar faizlər aşağı salmaqda davam edirlər? Bankların depozit faizlərini aşağı salması əmanətlərin yerləşdirilməsi ilə bağlı çətinliklərin olması ilə bağlıdır. Yəni, bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər”.

Vüqar Bayramov hesab edir ki, bu kreditlər üzrə şərtlərin sərtləşdirilməsi ilə yanaşı, hələ də kredit bazarında riskin yüksək olması ilə əlaqədardır:

“Rəsmi statistikaya əsasən, bu il bankların kredit portfeli 16 milyard 705 milyon manatdan 12 milyard 437 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, kredit portfelində azalma hətta depozit həcmi ilə müqayisədə daha qabarıq özünü göstərməkdədir. Nəticədə, banklar cəlb etdikləri vəsaiti iqtisadiyyata yönəltməkdə çətinlik çəkdikləri üçün depozit faizlərini aşağı salmaqda davam edirlər. Təəssüf ki, depozit faizlərinin aşağı salınmasına baxmayaraq Azərbaycanda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bununla yanaşı, güman olunur ki, depozit faizlərində azalmalar davam edəcək”.

İqtisadçı ekspert Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinə də toxunub. Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır:

“Müqayisə üçün qeyd edək ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tajikstanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslind, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.12.2017
15.12.2017
14.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi