Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Diaspor üzrə səlahiyyətli orqanlar formal xarakterli çalışmalara üstünlük verirlər”
Tarix: 08.12.2017 | Saat: 12:15:00
Bölmə:Siyasət | çapa göndər

“Diaspor təmsilçilərinin yaşadıqları ölkələrdə öz xalqına və Azərbaycan dövlətinə faydalı olmaq üçün böyük potensialı var”. Bu fikirləri Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Azərbaycan diaspor təşkilatlarının təşkilatlanma səviyyəsi ilə bağlı sualı cavablandırarkən səsləndirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan diasporunun təşkilatlanması zəifdir, bunun səbəbləri var və onlar aradan qaldırılmalıdır: “Bunun üçün zəruri olan onların təşkilatlanmasına müvafiq səlahiyyətli orqanların yardım etməsidir. Bu proses normal həyata keçirilsəydi çox effektiv nəticələr əldə etmək mümkün olardı. Amma təəssüf ki, diaspor təmsilçilərinin böyük əksəriyyətinin maddi təminatı zəif olduğundan, özlərinin kənar yardım olmadan bir araya gəlməsi demək olar ki, mümkünsüzdür. Maddi imkanları normal olanların çox az hissəsi bu işlə məşğuldur. Bəzilərində isə isə milli duyğular, vətənpərvərlik hissləri təşkilatlanmaya yardım edəcək səviyyədə deyil. Həmçinin etimad mühiti ilə bağlı durum arzuolunmaz vəziyyətdədir”.

Ufuk Kamal həmçinin əlavə etdi ki, diasporla çalışmağa müvəkkil edilmiş, kifayət qədər büdcə dəstəyi görən səlahiyyətli orqanlar isə böyük ölçüdə sadəcə formal xarakterli çalışmalara üstünlük verirlər: “Bunun bir səbəbi xərcləmələrə nəzarətin aşağı səviyyədə olmasıdır. Bundan başqa tələb edilən hesabatın sadəcə xərcləmələrlə məhdudlaşması, bu xərclərin dayanıqlı və davamlı faydalarının olub-olmamasının araşdırılmaması problemlərdən biridir. Həmçinin səbəblərdən biri bu qədər önəmli qurumlarda fəaliyyət göstərənlərin bəzilərində milli düşüncənin, vətənpərvərlik hisslərinin formalaşmamasıdır. Bunlar aradan qaldırılarsa, daha vətənpərvər və peşəkar insanlar diaspor istiqamətində fəaliyyət göstərərlərsə, çox qısa bir zaman içində diaspor fəliyyətində ciddi dəyişikliklərin, uğurların şahidi ola bilərik”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.07.2018
16.07.2018
15.07.2018