Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aİ tərəfindən maliyyələşdirilən tvinninq layihəsinin yekun iclası keçirilib
Tarix: 08.12.2017 | Saat: 14:25:00
Bölmə:Sosial | çapa göndər

“Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına Dəstək” adlı tvinninq layihəsinin yekun iclası keçirilib. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, 116393340 Avro büdcəsi olan bu layihə Azərbaycan Dövlət Dəniz Administrasiyası və İspaniyanın İçtimai İşlər və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilib.


Aİ-nin Bakıdakı nümayəndəliyindən hafta.az-a verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olub.


Yekun iclasda Dövlət Dəniz Administrasiyası rəisinin müavini, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Benefisiar ölkənin və üzv dövlətin nümayəndələri, digər rəsmilər iştirak ediblər. Tədbirdə layihə çərçivəsində dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə, o cümlədən milli qanunvericiliyə edilən dəyişikliklər və qəbul olunan qanunlar barədə məlumat verilib.


Beynəlxalq Dəniz Təşkilatının üzv dövlətlərinin Audit Sxeminə (İMSAS) əsasən keçirilən audit yoxlamasına hazırlıq prosesində tvinninq layihəsinin əhəmiyyətli rolu vurğulanaraq, baş tutmuş yoxlamanın nəticələri yüksək qiymətləndirilib. İclas zamanı Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nümayiş etdirilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018
14.01.2018