Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İki ölkə prezidenti arasında çox yaxşı münasibətlər var” – İranın Bakıdakı elçisi
Tarix: 12.12.2017 | Saat: 15:58:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anım günü ziyarəti sırasında İranın Azərbaycandakı elçisi Cavad Cahangirzadə ilə söhbətləşdik. Səfir ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdə mərhum prezident Heydər Əliyevin izlərindən danışdı. Eyni zamanda iki dövlət arasında yaxın aylarda reallaşdırılması nəzərdə tutulan layihələrin qrafiki ilə bağlı bizi məlumatlandırdı.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin hafta.az-a müsahibəsini təqdim edirik.

- Cənab səfir, bu gün Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin anım günüdür. İranda Azərbaycan xalqının ümummili liderini necə xatırlayırlar?

- Bu gün Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatının ildönümüdür. Cənab Heydər Əliyev Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsində töhvələri olan siyasi xadimdir. Onun işıqlı xatirəsini əziz tuturuq. Allah rəhmət etsin. Ruhu şad olsun. Onun vəfatının ildönümü ilə əlaqədar Azərbaycan xalqına öz təziyələrimi çatdırıram. Heydər Əliyevin regionun və dünyanın siyasətində işıqlı mövqeyi var idi.

- Azərbaycanla İran arasındakı hazırkı əlaqələri necə qiymətləndirirsiniz? Qarşıda bizi nə kimi görüşlər, müzakirələr gözləyir? İki ölkənin müştərək komissiyasının gündəliyində nələr var?

- Hazırda Azərbaycan –İran əlaqələri həm siyasi, həm də iqtisadi sahədə günbəgün artır. Cənab prezident İlham Əliyev və Cənab Həsən Ruhani arasında çox yaxşı münasibətlər var. Əlli ayın içərisində iki prezident arasında on görüş keçirilib. İqtisadi sahədə çox yaxşı münasibətlərimiz formalaşıb. Gələn həftə xarici işlər nazirlərinin görüşü gözlənilir. Üçtərəfli görüş olacaq. Azərbaycan-Türkiyə və İran xarici işlər nazirləri bir araya gələcəklər. Bir-iki həftə sonra müştərək komitəmiz İranda səfərdə olacaq. Eyni zamanda, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian və onun azərbaycanlı həmkarı Şahin Mustafayev arasında görüş nəzərdə tutulur. İki nazir arasında bir neçə önəmli məsələ müzakirə ediləcək. Rəşt-Astara dəmir yolu xətti layihəsinin imzalanma mərasimi olacaq. Bildiyimiz kimi bu müştərək layihədir. İran Astarasında müştərək investor layihəmizin məhsulu olan terminalın açılışı da gözlənilir. Bütün bunlar bir həftə, on gün müddətində reallaşacaq.

- Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda baş tutan üçtərəfli görüşündə  müzakirə olunan məsələlərin aqibəti nə yerdədir?

- Onu deməliyəm ki, cənab Putin, cənab Əliyev və cənab Ruhani Tehrandakı üçtərəfli görüşdə bizlərə göstəriş verdilər. Hindistandan məlum yükdaşımalar başlansın. Göstərişdə həmin yüklərin mənzil başına hansı müddətə çatdırılması, yüklərin maya dəyəri və çatdırılma xərcinin nə qədər vəsaitə başa gəlməsi də əsas yer tuturdu. Xarici işlər nazirlərinin görüşündə, eləcə də müştərək komissiyaların iclasında bu barədə danışılacaq.

- Bəs Azərbaycanla İran arasında müştərək avtomobil zavodunun açılışı nə vaxta planlaşdırılır?

- Bir neçə aydan sonra İran prezidenti cənab Həsən Ruhaninin Bakıya səfəri gözlənilir. Çalışırıq  ki, həmin zamana kimi müştərək avtomobil zavodunun açılışını edək. Hər iki prezidentin həmin zavodun açılışında iştirakını arzulayırıq. Bunun üçün də var qüvvəmizi ortaya qoyacağıq. Ruhaninin Azərbaycana konkret nə zaman səfər edəcəyi haqda bizdə məlumat yoxdur. Gərək bu barədə İran prezidentinin aparatı Azərbaycan tərəfinə məlumat versin. Ondan sonra biz də bilək ki, bu səfər nə zaman reallaşacaq.

- Son vaxtlar Bakı-Tiflis-Qars dəmir yolu xəttinin İran ərazisindən keçməsi ilə bağlı xəbərlər də gündəmdədir. Bununla bağlı nə yeniliklər var?

- İranın yol naziri bu haqda fikirlərini bildirib. İran tərəfi maraqlıdır ki, adıçəkilən Təbriz, Urmiya və yaxud Maku Bəzirgan tərəfdən bu xəttə qoşulsun. Bu vaxt aparan məsələdir. Bu layihə üzərində də baş sındırılır. Ən uyğun istiqamətin hansı olması düşünülür. Hesab edirik ki, İranın Bakı-Tiflis-Qars dərmir yolu xəttinə qoşulması bu xətti regionun çox əzəmətli bir layihəsinə çevirəcək.

- İranın “Şərq” qəzetində Dağlıq Qarabğdakı separatçı rejimin nümayəndəsi Masis Mailyanın müsahibəsi dərc olunmuşdu. Bu müsahibə Azərbaycanda ciddi narazılığa səbəb oldu.  İran hökuməti bu məqalə ilə bağlı adıçəkilən qəzetlə bağlı hansı tədbir gördü?

- Siz də bildiniz, İran tərəfi bəyanat yaydı ki, bu rəsmi qəzet deyil. Bizim deputatlarımız da bu haqda danışdılar. “Şərq” qəzetinin belə bir addım atmasını qınadılar. Səhv iş olduğunu bəyan etdilər. Münaqişə ilə bağlı biz rəsmi mövqeyimiz açıqlamışıq. Həmin qəzetin baş redaktoruna töhmət verilib. İran Azərbaycan və Ermənistan prezidentlərinin, iki ölkə xarici işlər nazirlərinin görüşünü, məsələnin sülh yolu ilə nizamlanmasını arzulayır. Tehran bölgədə sülhün tərəfdarıdır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018