Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Banklararası pul bazarının yaradılması müzakirə olunub
Tarix: 13.12.2017 | Saat: 16:57:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Banklararası pul bazarının yaradılması və fəaliyyət mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

Hafta.az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən bildirir ki, fikir mübadiləsi ABA və Dünya Bankının nümayəndələri arasında keçirilən görüşdə aparılıb.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə ekspert qrupunun sədri Zakir Kazımov, həmçinin Dünya Bankının nümayəndələri Cigdem Aslan, Zsolt Bango və Filip Anderson iştirak edib.

Görüş zamanı qiymətli kağızlar bazarındakı vəziyyət, bankların qiymətli kağızlar bazarındakı iştirakı və gələcək perspektivlər müzakirə olunub.

Həmçinin dövlət qiymətli kağızlar bazarının inkişafı ilə bağlı məsələlərə toxunulub, banklararası pul bazarının yaradılması və fəaliyyət mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018