Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamda kənd təsərrüfatı üzrə rayon müşavirəsi keçirildi
Tarix: 13.12.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Quzanlı Mədəniyyət Evində 2017-ci ildə Ağdam rayonunda Kənd Təsərrüfatı sahəsi ilə bağlı rayon müşavirəsi keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, rayon icra hakimiyyətinin işçiləri, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Rayon İcra Hakimiyyəti Başçısının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmassı şöbəsinin müdir müavini Baxşeyiş Əliyev geniş məruzə ilə çıxış etdi. 

Bildirdi ki, rayonun əsas iqtisadiyyatını təşkil edən kənd təsərrüfatı sahəsində 2017-ci ildə bir sıra işlər görülüb, xeyli irəliləyişə nail olunub: “Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına dövlət dəstəyinin olması, istehsalçıların istifadə etdikləri motor yağları və yanacağa görə güzəştlərin artırılması, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına kənd təsərrüfatı inkişafı üçün əsaslı zəmin yaranmış və respublikada olduğu kimi, rayonumuzda da bu sahəyə diqqət artırılmışdır. Hal-hazırda rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 6 kəndli fermer təsərrüfatı, 200 nəfərə yaxın hüquqi və fiziki şəxs, 8 150 ailə təsərrüfatı vardır. 2017-ci ildə rayonda bütün sahələrlə yanaşı, aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün rayonun daxili imkanları hesabına köməkliklər olunmuş, “Aqroservis” müəssisəsinin vasitəsilə güzəştli qiymətlərlə gübrələrin alınıb, torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir. Əvvəlki illərdən fərqli olaraq, “Aqroservis” müəssisəsi tərəfindən torpaq istifadəçilərinə göstərilən texniki xidmətlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılıb. Müəssisə il ərzində kənd təsərrüfatı məhsullarının becərilməsi və yığılması işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün tabeliyində olan texnikaların gücündən səmərəli istifadə etmişdir”.
B.Əliyev vurğuladı ki,cari ilin iyun ayında 2 ədəd pambıqyığan kombayn, 5 ədəd “80-XA Belarus” markalı traktor, 12 ədəd qoşqu (lafet) gətirilib. Onun sözlərinə görə, servisin istifadəsində 23 adda müxtəlif markalı traktor vardır ki, hal-hazırda həmin traktorlardan 11 ədədi işlək vəziyyətdə saxlanılır: “Qalan 9 ədəd müxtəlif markalı traktorlar uzun müddətdir ki, istismara yararsız olduğu üçün servisin həyətində saxlanılır. 2017-ci ildə aqroservis tərəfindən 789 ton mineral gübrə alınaraq gətirilmiş 622 ton güzəştli qiymətlə torpaq mülkiyyətçilərinə verilmişdir. Aqroservis filialının balansında olan texnikalarla 750 hektar sahədə şum aparılmış, 600 hektar sahədə səpin aparılmış, 550 hektar sahəyə gübrə səpilmişdir. 1 500 hektar sahədə dərmanlama işləri görülmüş 600 hektar sahədə arx çəkilmiş, 1 600 hektar sahədə kultivasiya aparılmışdır. Pambıqyığan maşınla 400 hektar sahənin pambığı yığılmışdır. “Aqrolizinq” ASC tərəfindən dövlət büdcəsinə 450 min manat vəsait köçürülmüşdür. Bu vəsaitin 120 min manatı texnikaların gördüyü işlərdən, 330 mini isə gübrə satışından olmuşdur. Plana 100% əməl olunmuşdur.
Rayonda Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən mövcud kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmış və bu məqsədlə kənd təsərrüfatı istehsalçıları lazım olan dərman preparatları ilə təmin edilmişdir.
Rayonda il ərzində 14 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlüksizlik qanunu tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə 51 akt, 14 pratokol tərtib edilmişdir. 12 məcburi göstəriş verilmişdir. Ətraf mühitə atılan tullantılara və təbiətdən istifadəyə görə, şöbə tərəfindən 52 nəfər fiziki şəxsə 7 770 manat ödəniş tətbiq edilmişdir.
Rayonda taxılçılığın inkişaf etdirilməsi, yüksək repoduksiyalı toxumla təmin olunması sahəsində xeyli iş görülmüşdür. Rayon üzrə 7 465 hektar buğda sahəsindən 28 856 ton məhsul əldə olunmuşdur ki, hər hektardan məhsuldarlıq 38.6 sentner, arpa sahəsinin məhsuldarlığı isə 36.3 sentner olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.1 sentner çoxdur. Cari ildə 348 hektar sahədən 5 860 ton kartof istehsal olunmuşdur. 2017-ci ildə 1 002 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Hər hektardan məhsuldarlıq 387 sentner olmuşdur. 38 837 ton şəkər çuğunduru yığılaraq, İmişli Şəkər Zavoduna təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2016-cı il tarixli 2350 nömrəli Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncamı bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edib. Rayonda 2016-cı ildə 390 hektar sahədə pambıq əkilmiş və 833.4 ton pambıq istehsal olunmuşdur. 2017-ci ildə bu sahəyə diqqət ayrılmış və şirkətlərlə müqavilə bağlanılaraq 3005 hektar sahədə pambıq əkilmişdir. Rayonda əkilmiş 3 005 hektar pambıq sahəsinin becərilməsinə və yığılmasına 3 550 nəfər işçi qüvvəsi cəlb edilmişdir ki, bu da nəticə etibarilə rayonda işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini göstərmişdir.


Pambıqçılıq sahəsində bir sıra nöqsan və çatışmazlıqların olmasına baxmayaraq, rayon rəhbərliyinin yaxından köməkliyi nəticəsində 6 000 ton pambıq tapşırığı, planına 6061.4 ton və ya 101 faiz əməl olunmuşdur. Pambıq yığımı davam edir.
Rayonda baramaçılığın inkişaf etdirilməsi sayəsində xeyli işlər görülmüşdür. Belə ki, 2016-cı ildə Çin Xalq Respublikasından 30 min tut tingi, 10 min ədəd isə yerli tut tingi gətirilərək tələb olunan yerlərə əkilmişdir.
Bu il də ting gətirilməsi davam etdirilir. Belə ki, 30 noyabr 2017-ci il tarixdə Çin Xalq Respublikasından əlavə olaraq 35 min tut tingi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə 10 min ədəd tut tingi gətirilərək əkilmişdir.
Ağdam rayonunda son illər heyvandarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. Belə ki, iribuynuzlu mal-qaranın baş sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə, 223 baş artaraq 40 741 başa, ana malın baş sayı 378 baş artaraq, 19 069 başa çatdırılmışdır. Qoyunların baş sayı 1 302 baş azalaraq, 104 422 baş olmuşdur. Quşların baş sayı da 4 000 baş artaraq, 250 min başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti 7 dekabr 2016-cı il tarixli, 2490 nömrəli sərəncamı ilə Ağdam rayonunda 30-ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş, hal-hazırda quyularda son tamamlanma işləri aparılır.
Ümumillikdə, il ərzində 452 ədəd nasos təmir edilmiş, quyulara 5070 p/metr kabel quraşdırılmış, 350 ədəd subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəz edilmiş və 42 ədəd subartezian quyusunun kalon hissəsindəki nasazlığı aradan qaldırmaq üçün xüsusi qurğular vasitəsilə döymə işləri və yuma işləri aparılmışdır. Nəticədə 30 ədəd subartezian quyusunda istənilən nəticə alınmışdır.
2018-ci ildə pambıq əkini ilə əlaqədar şirkətlər tərəfindən fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılmasına başlanılmışdır. 2018-ci ildə 3 500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur.
Artıq MKT İK MMC-280 hektar sahədə pambıq əkilməsi ilə əlaqədar 34 nəfərlə müqavilə bağlanmış, 70 hektar sahədə şumun aparılmasına nail olunmuşdur.
Sonra Rayon İcra Hakimiyyəti başçısı müşavirəyə yekun vuraraq bildirdi ki, gələn ildə kənd təsərrüfatında daha yüksək səviyyədə işlər aparilacaq böyük uğurlar və naliyyətlər əldə edəcəyik. Bildirmək istəyirəm ki, 2018-ci təsərrüfat ilində tərəfinizdən qarşımıza qoyulmuş bütün vəzifələrin öhdəsindən gəlməyə çalışacağıq.
Tədbirin sonunda bir qrup fiziki şəxs kənd təsərrüfatı sahəsində gördüyü uğurlu işlərə görə mükafatlandırıldı.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018
14.01.2018