Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
500-ə yaxın tələbə zəhərləndi - GÜNÜN TƏZADLARI
Tarix: 13.12.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verdi. Hafta.az-ın “Trend”ə istinadla məlumatına görə, Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib. Onların zəhərləndiyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, daha öncə 190 tələbənin xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılmışdı. Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Deputatlar arasında əlbəyaxa dava düşdü


Türkiyə Böyük Millət Məclisində 2018-ci ilin büdcə müzakirələri zamanı gərginlik yaşandı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, gərginlik AKP-dən olan millət vəkili Alim Tunçla CHP-li deputat Özgür Özelin əlbəyaxa olması ilə nəticələnib. Baş verənlər Məclisin televiziyası vasitəsilə yayımlanıb.


Bakıda Ali Məhkəmənin qarşısında avtobus yandı


Paytaxtın Xətai rayonunda, Ali Məhkəmə binasının qarşısında avtomobil yandı. Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğın səbəbindən yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir. Olay şahidlərinin verdiyi məlumata görə, yanan avtomobil mikroavtobus olub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.


Bir velosipedin yandı -5 nəfər öldü


Çinin paytaxtı Pekində çərşənbə günü yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər öldü, daha 8-i yaralandı. Hafta.az yazır ki, “Report”-un “TASS”-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli yanğın xidməti məlumat yayıb. Hazırda yanğın söndürülüb, yaralılar yaxınlıqdakı xəstəxanalara göndərilib. Polisin ilkin fərziyyəsinə görə, yanğına elektrik ötürücülü velosiped səbəb olub. Qurğu enerji yığımı zamanı alovlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018