Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
4500 ağac əkilib
Tarix: 14.12.2017 | Saat: 13:10:00
Bölmə:Sosial | çapa göndər

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

 Nazirlikdən APA-ya verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, nazirliyin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib. Qala-Türkan yolunun ətrafındakı 7 hektar ərazidə 4500 ədəd badam ağacı əkilib. 

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan prezidenti tərəfindən Sərəncam imzalanıb. Sözügedən Sərəncamın 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədbirlər Planı”na əsasən qurum tərəfindən silsilə tədbirlər keçirilir. 

Nazirlikdən əlavə olunub ki, ictimai-siyasi xadim, professor, Azərbaycan SSRİ Elmlər Akademiyasının akademiki Həsən Əliyevin Azərbaycan təbiətinin və ətraf mühitin mühafizəsi sahəsində xidmətləri əvəzsizdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018