Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Tarixi abidlərimizin dağıdılması da Avropa Məhkəməsinə çıxarılmalıdır” – Qabil Hüseynli
Tarix: 14.12.2017 | Saat: 14:59:00
Bölmə:Siyasət | çapa göndər

“Sözsüz ki, Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərarı ədalətli deyil. Çünki onlar – məcburi köçkünlərimiz Laçında daha böyük dəyərdə mal-mülk və maddi təminat vasitələri qoyub gəlib. Üstəlik Çıraqovlar və başqaları işğaldan keçən müddət ərzində bu var-dövləti artırmaq və istifadə etmək hüququndan məhrum ediliblər. Hər halda çıxarılan qərar sinvolik olsa da, çox böyük əhəmiyyətə malikdir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Qabil Hüseynlinin sözlərinə görə, bu onu göstərir ki, Ermənistan 1991-ci ildən bu yana Azərbaycana qarşı işğalçı siyasət aparır. İşğalçı kimi təkcə torpaqları işğal etmir, oradakı insanları da etnik təmizləməyə məruz qoyur:

“Yəni ikiqat cinayət həyata keçirir. Üstəlik, bəzi insanları girov götürərək, onları müxtəlif işlərdə qanunsuz olaraq istismar ediblər. Bununla bağlı kifayət qədər faktlar mövcuddur. Ermənistan hakimiyyətinin bu kimi vəhşilikləri faşizmlə müqayisə edilən bir siyasətdir.  Azərbaycan tərəfi – məcburi köçkünlər bu məsələləri qaldırmaqla, Ermənistanın işğalçı və qeyri-insani siyasətinin iç üzünü açıb göstəriblər. Məncə bu prosesin ardı gəlməlidir. Yeni-yeni insanlar Avropa Məhkəməsinə müraciət edərək kobud sürətdə pozulmuş insan haqlarının bərpası və buna görə kompensasiya ödənilməsi uğrunda hərəkatı genişləndirməlidir”.  

Politoloqun sözlərinə görə, Ermənistanın işğalçı qoşunları tək vətəndaşlarımıza – məcburi köçkünlərə maddi-mənəvi ziyan vurmayıblar. Eyni zamanda işğal edilmiş ərazilərimizdə xeyli sayda maddi-mədəni abidələr də dağıdılıb:

“Məsələn, Şuşada ermənilər tarixi abidlələrə, mədəniyyət nümunələrinə qarşı qeyri-insani rəftar ediblər. Onlar tarixi abidələri qırıb-dağıtmaqla özlərinin vandal təfəkkürdə olduqlarını ortaya qoyublar. Şuşadakı heykəlləri güllələyiblər. Onları sıradan çıxarıblar. Məscidləri dağıdıblar. Məktəbləri, kitabxanaları, mədəniyyət evlərini darmadağın ediblər. Orada Azərbaycan insanına aid olan nə varsa, hamısının izini itirməyə çalışıblar. Ermənilər başqa işğal edilmiş ərazilərdə də eyni cür hərəkət ediblər. Yəni, məscid və mədəniyyət abidələrimizə qarşı vandalizm aktları dinimizə qarşı ədalətsizlik, mədəniyyətimizə qarşı hörmətsizlik kimi dəyərləndirilməlidir. Mərkəzi hakimiyyət orqanlarımız, xüsusən də mədəniyyət nazirliyimiz bu məsələləri Avropa İnsan haqları məhkəməsində qaldırmalıdır. Bu proses başladılmalıdır. Çünki həmin barbar metodlar bu gün də davam edir. Təkrar edirəm, tarixi abidlərimizin dağıdılması da Avropa Məhkəməsinə çıxarılmalıdır”.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da "Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayevvə artıq vəfat etmiş Qara Cəbrayılovdur. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. 2010-cu il martın 9-da isə iş məhkəmənin Böyük Palatasına göndərilib və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirib. 2011-ci il dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab edib və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018