Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Diplomatik qələbələrimiz siyasətimizin haqqa söykənməsindən irəli gəlir” – Azər Badamov
Tarix: 14.12.2017 | Saat: 16:58:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycanın son illərdə apardığı uğurlu beynəlxalq siyasət ölkəmizin Qərbdə, eləcə də dünya miqyasında mövqelərini xeyli möhkəmləndirib. İndi Azərbaycanın sözü beynəlxalq müstəvidə eşidilir. Ona haqq verilir. Əvvəllər erməni lobbiləri öz fikirlərini yürüdə bilirdilərsə, indi vəziyyət tamam fərqli müstəvidə inkişaf edir. Dövlətimizin düzgün şəkildə apardığı beynəlxalq siyasət, ölkəmizin reallığa söykənən mövqeyi Azərbaycanı qələbələrə aparır. Əgər biz yanlış siyasət yürütsəydik, bizim uğurlarımız olmayacaqdı. Azərbaycan dövləti həqiqətə söykənən faktlarla öz siyasətini qurub. Haqqın, ədalətin tərəfdarı olduğumuz üçün ölkəmizin xarici siyasətdəki mövqeləri günü-gündən möhkəmlənir. Diplomatik uğurlarımız daha genişmiqyaslı masştabı əhatə edir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkilinin sözlərinə görə, Avropada son vaxtlar cərəyan edən hadisələr onları ölkələrin ərazi bütövlüyü məsələsində düzgün mövqedə dayanmalarına təhrik edir. Bu düzgün mövqe də ölkələrin ərazi bütövlüyünün dəstəklənməsidir:

“Ölkələrin beynəlxalq təşkilatların tanıdığı ərazi bütövlüyünün hər hansı separatçı bir qurum tərəfindən pozulması yolverilməzdir. Artıq Avropa İttifaqına daxil olan ölkələr, Şərq Tərəfdaşlığı Sammitinə qatılmış dövlətlər eyni mövqedən çıxış etməyə başlayıblar. Bütün dünya təşkilatları indi bəyan edirlər ki, ölkələrin ərazi bütövlüyü müəyyən olunmuş sərhədlər çərçivəsində tanınmalıdır. Yəni, bundan sonra hər hansı bir separatçı qurumun digər dövlətin beynəlxalq müstəvidə tanınan sərhədlərini pozması heç kim tərəfindən dəstəklənməyəcək. Bu Azərbaycanın qələbəsidir”.

Millət vəkili Azər Badamov onu da deyib ki, bir müddət əvvəl ermənilər, onların havadarları “xalqların öz müqəddəratını təyinetmə” prinsipini əsas gətirərək status-kvonun saxlanmasını, separatçılığa dəstəyi öz qələbələri hesab edirdilər. İndi vəziyyət dəyişib:

“Hazırda Qərb təşkilatları, eləcə də beynəlxalq qurumlar ölkələrin ərazi bütövlüyünə həssaslıqla yanaşılmasının labüdlüyünü qeyd edirlər. Bu Azərbaycanın qələbəsidir. Yəni, proses işğal altında olan ərazilərimizin azad edilməli olduğunu ortaya çıxardı. Bizi ən çox düşündürən məsələlərdən biri də torpaqlarımızın uzun illər işğal altında qalmasıdır. Cəryan edən hadisələr onu göstərir ki, bizim haqq səsimiz dünya tərəfindən eşidilməyə başlanılıb. Mövqeyimiz düzgün olduğu üçün biz bir sıra Qərb təşkilatları önünə qalib ölkə kimi çıxırıq”.

Millət vəkilinin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərarı Azərbaycanın diplomatik uğurudur. Yəni Avropa Məhkəməsinə müraciət etmiş Azərbaycan vətəndaşları Ermənistandan maddi təzminat davasında uğur qazanması bizim haqq yolda olmağımızın göstəricisidir:

“Burada təzminat məbləğinin nə qədər olması əsas şərt deyil. Əsas şərt bu cür məhkəmədə qazanılan uğurun siyasi əhəmiyyət daşımasındadır. Azərbaycanın vətəndaşları beş min avro qazanması əslində ədalətin siyasi müstəvidə təntənəsidir. Bu ölkəmizin uzun müddətdir ki, apardığı düzgün siyasətin göstəricisidir. Həmişə bəyan etmişik ki, biz beynəlxalq hüquq normalarına, insan haqqlarına hörmətlə yanaşırıq. Qərbdən də Azərbaycanın ərazi bütövlüyünə münasibətinin də hüququn aliliyi prizmasından yanaşmasını tələb edirdik. Bundan irəli gələrək, Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının pozulmuş hüququnu qismən bərpa edib. Beş min avro dəyərində təzminatın ödənilməsi də məhz bunun göstəricisidir”. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018