Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“21 Azər” hərəkatının 70 illiyi İstanbulda qeyd ediləcək
Tarix: 14.12.2017 | Saat: 17:25:00
Bölmə:Dünya | çapa göndər

Dekabrın 16-da Türkiyənin İstanbul şəhərində “21 Azər” hərəkatının 70 illiyi qeyd ediləcək.

Hafta.az-a daxil olan məlumata görə, tədbirin təşkilatçısı Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilatıdır. İstanbul “Paint Hotel”də baş tutacaq konfransda Orta Şərq məsələləri üzrə ekspert Arif Kəskin, Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin və BAO-nun başqanı Zahir Əlisoyun çıxışları gözlənilir.

Məlumatda bildirilir ki, tədbirdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan və bir illik fəaliyyəti dövründə böyük işlərə imza atmış  Güney Azərbaycandakı milli hökümətin gördüyü işlərdən danışılacaq. “21 Azər” hərəkatının türk dünyasının ortaq tarixi prizmasından əhəmiyyətindən söz açılacaq.

Konfransın Türkiyə saatı ilə 15:00-da başlayacağı qeyd olunub.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018