Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
FED-in qərarı: dollar bahalaşacaq, bəs manat?
Tarix: 14.12.2017 | Saat: 19:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Məlum olduğu kimi ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb. Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

2018-si ildə isə uçot dərəcəsi daha üç dəfə - 2,25%-dək artırılacaq. Bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır. Komitənin dörd üzvü isə 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib.
Prosesi şərh edən iqtisadçı Vüqar Bayramov Hafta.az-a açıqlamasında deyib ki, son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib: “Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot stavkasının artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da artırıblar. Digər tərəfdən, öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir”.
Ekspert deyib ki, məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq: “Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.
“FED-in uçot dərəcəsini 0,25-1,25 faiz səviyyəsindən 1,50 faizədək artırması gözlənilən idi”. Bunu isə hafta.az-a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, FED öncədən faiz artımının olacağını elan etmişdi: “Bazarlarda və birjalarda sanki bu qərar verilmiş kimi davranılırdı. Çox vacib qərardır. FED verdiyi sözü tutdu və gələn il üçün 3 faiz artım olacağını elan etdi ki, bu da çox ciddi bəyanatdır.
FED-in qərarı dünyada dollar indeksinin artmasına, dollara marağın yenidən güclənməsinə səbəb olacaq. Gələn il dolların əsas dominant valyuta və dəyər qazanan yatırım kimi öndə ola biləcəyi ehtimalı yüksəkdir. Bu, məcburən digər ölkələrin valyutalarına da təsir gösətərəcək ki, dollar indeksinə daxil olan dünyanın əsas valyuta növlərinə qarşı dollar güclənəcək.
Azərbaycana bu qərarın təsiri ətraf ölkələrdə milli valyutaların dəyərdən düşməsi və dolların möhkəmlənməsindən asılı olacaq.
Yəni bu qərar Azərbaycana birbaşa təsir göstərmir, çünki bizim ölkədə qiymətli kağızlar bazarı və hər hansı birja yoxdur. Bizdə məzənnəyə inzibati müdaxilələr daha çoxdur. Mərkəzi Bankla hökumət məzənnəyə inzibati müdaxilələr edir. Bu səbəbdən bizdə vəziyyət bir az fərqli olacaq.
FED-in qərarı o dəqiqə təsir etməsə də, bir müddət sonra qonşu ölkələr vasitəsilə bizə də mütləq təsirləri olacaq. Gələn ilin əvvəlində növbəti faiz artımından sonra dünyada dolların bahalaşması sürətlənən zaman Azərbaycanda da müəyyən dəyişikliklərin olması və dolların güclənməsi ehtimalı yüksəkdir.
Azərbaycanda kəskin devalvasiya olmayacaq. Çünki neft bahalaşır, valyuta ehtiyatları da artıb. Amma cüzi dəyşikliklər mümkündür. Çünki qonşu ölkələrdə milli valyutanın sürətli ucuzlaşması olacaq. Həm rubl, həm türk lirəsi, həm də Qazaxıstan təngəsində ucuzlaşma gözlənilir”.
Xatırladaq ki, FED-in bu qərarının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə əhali arasında narahatlığa səbəb olub. Hətta yeni ilə kimi manatın dollara nisbətdə xeyli ucuzlaşacağını deyənlər də var.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018