Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Rusiyadakı səfirliyimiz separatçılara səssiz qalmamalıdır” – Vahid Əhmədov
Tarix: 15.12.2017 | Saat: 12:48:00
Bölmə:Siyasət | çapa göndər

Müstəqilliyin ilk illərindən Ermənistan xüsusi xidmət orqanları Azərbaycana müharibədə “ikinci cəbhə”nin “imkanlarından” yararlanmağa çalışıb. Fəxrəddin Abbaszadə və Zabil Mədoj kimi düşmən dəyirmanına su tökən və özlərini “talış təssübkeşi” adlandıran bu iki şəxs 2016-cı ilin aprel ayında İrəvandan bəyanat yaydılar. Onlar Azərbaycan Ordusunun əsgərlərini ermənilərə qarşı döyüşməməyə səslədilər.

Bu cür çağırışlara Azərbaycanın cənub bölgəsindən sərt təpki alan Abbaszadə və Mədoj kimiləri bu dəfə istiqaməti dəyişdilər. Onlar Moskvaya sığınaraq Azərbaycan dövlətçiliyi əleyhinə təxribatların açıq formasına keçdilər. Telekanal açaraq Azərbaycan əleyhinə separatçı verilişlər təqdim etdilər. Bəyanatlar yaydılar.

Hətta özünü ”ziyalı” adlandıran bir qism şəxs isə sosial şəbəkələr üzərindən Azərbaycan bayrağını təhqir etməyə, dövlətçiliyimiz əleyhinə hədyan fikirlər səsləndirməyə başlayıb. Bəs bunların cəzasını kim verərəcək? Bunları kimlər maliyyələşdirir. Dövlətimiz həmin şəxslərlə hansı şəkildə davranmalıdır?

Millət vəkili Vahid Əhmədov hafta.az-a açıqlamasında deyib ki, birincisi, bu məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi səssiz qalmamalıdır. Öz bəyanatını verməlidir. İkincisi, burada talış millətindən yox, bir qrup şəxsdən söhbət gedir. Onlar da şovinist işlərlə məşğuldurlar:

“Elə müstəqilliymizin ilk illərində də bu şovinist məsələləri qabardan bəzi insanlar idi. Yadınıza gəlirsə, o vaxt “Talış-Muğan Respublikası” adı altında çirkin oyunlara qurşanmışdılar. İndi də Moskvada toplaşıblar və belə bir fəaliyyət göstərirlər. Azərbaycanla Ruisya arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Azərbaycanın Rusiyadakı Səfirliyi xüsusi bəyanatla çıxış etməlidir ki, ölkəmizin əleyhinə olan bu cür əməllərin, dövlətimizin bütövlüyünə qarşı atılan bu cür addımların hamısının qarşısı alınmalıdır. Bu cür təşkilatların fəaliyyətinin yolverilməz olduğunu bəyan etməlidir. O cümlədən, bizim müvafiq Dövlət Komitəsi də bu məsələnin üzərində işləməlidir. Ümumiyyətlə, bu məsələnin qarşısı alınmalıdır”.

Millət vəkilinin sözlərinə görə, mütəmadi olaraq bu məsələlər ortaya atılır. Azərbaycana qarşı bu cür təxribatlar irəli sürülür:

“Bilirsiniz, ölkəmiz daha 1990-cı illərin Azərbaycanı deyil. Ölkəmiz 26 ildir ki, müstəqil dövlətdir. Azərbaycan möhkəmlənib və öz yerində möhkəm dayanıb. Hesab edirəm ki, təxribat törətmək istəyənlər yalnız öz başlarını ağrıdırlar. Başqa heç nəyə nail ola bilməyəcəklər”.

Vahid Əhmədov sosial şəbəkələr vasitəsi ilə ölkəmizdə otutub bu dövlətin əleyhinə hədyan fikirlər səsləndirən şəxslər barəsində də danışıb. Millət vəkili deyib ki, istər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, istərsə də Dövlət Təhlükəsizlik Komitəsi mütəmadi olaraq sosial şəbəkələri nəzarətdən keçirirlər:

“Ona görə də, sosial şəbəkələrdə təxribatçı əməllərlə məşğul olan şəxslərlə bağlı tədbir görməlidirlər. Yəni, Azərbaycanda oturaraq bu ölkənin müstəqilliyinə, atributuna hörmət etmirsənsə, burada hansı separatçılıqdan danışa bilərsən?! Bu yolverilməzdir. Hansı etnik qrupa daxil olmağından asılı olmayaraq, həmin şəxslərlə bağlı dövlət və hökumət səviyyəsində tədbir görülməlidir. Birmənalı olaraq bu cür addımların qarşısı alınmalıdır”. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018