Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dolların daha da möhkəmlənməsi qaçılmazdır” – Fikrət Yusifov
Tarix: 15.12.2017 | Saat: 15:38:00
Bölmə:Siyasət | çapa göndər

“ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1% - 1,25% səviyyəsindən 1,25% - 1,50 faizədək artırıb. Bunun əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir. Bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdirdir. Əmək bazarı isə çox yaxşı göstəricilər nümayiş etdirir. Bu fonda bahalı dollar siyasətinin gələn ildə və ondan sonrakı illərdə də davam etdiriləcəyi gözlənilir”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Ekspert bildirib ki, ilkin proqnozlara görə 2018-ci ildə uçot dərəcəsinin 2,100%-ə, 2019-cu ilin sonuna 2,700%-ə, 2020-ci ilin sonuna isə 3,100%-ə yüksəldilməsi nəzərdə tutulur:

“Uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi. Məhz bundan sonra mərhəllələr üzrə dolların bahalanması siyasəti yürüdülməyə başlandı. Bu çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən uğurlu bir siyasətdir. Bu siyasətin başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır. Prezident Donald Trampın siyasi müstəvidə nümayiş etdirdiyi bütün çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun prezidentliyinin biri ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı”.

Fikrət Yusifovun sözlərinə görə, uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcək və bu qaçılmazdır:

“Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi həmən ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacaqdır. İqtisadiyyatı neftlə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018