Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Araz Ağalarov komik klip çəkdirdi – GÜNÜN TƏZADLARI
Tarix: 15.12.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Müğənni-bəstəkar Emin Ağalarov ad günündə gözlənilməz hədiyyə aldı. Hafta.az-ın Axşam.az-a istinadla məlumatına görə, müğənninin iş adamı olan atası Araz Ağalarov oğlu üçün komik obrazda klipə çəkilib. Klipi Eminin dostu Timur Cəfərov hazırlayıb. “Still” adlı mahnıya çəkilən klipi ifaçı möhtəşəm adlandırıb və atasından belə bir sürprizi gözləmədiyini deyib:“Ad günümə ən gözlənilməz və qeyri-adi hədiyyə oldu. Heç gözləmirdim. Gözlərimdən yaş çıxanadək güldüm. Baş rolda Araz Ağalarov. Hələ də başa düşmürəm, ata, sən çəkilməyə necə razılıq verdin?”. Qeyd edək ki, Eminin 38 yaşı tamam olub.


Bakıda avtobus oturacaqlarında itlər əyləşdi


Paytaxt ərazisində fəaliyyət göstərən marşrutların birində maraqlı, həm də biabırçı hadisə baş verdi. Hafta.az-ın yazdığına görə, Yeniavaz.com-un hadisənin şahidi olan əməkdaşı bildirib ki, avtobus “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı dayanacaqda durduğu zaman avtobusa daxil olan sərnişinlər özləri ilə bərabər yanlarındakı itləri də salona keçiriblər. Avtobus sürücüsü isə buna heç bir etiraz bildirməyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturdulub. İtlərdən qorxan bir neçə sərnişin isə avtobusu tərk edib. İtlərin heç birinin ağzında qoruyucu vasitə olmayıb. Əməkdaşımız həmin anı telefon vasitəsilə çəkib və həmin görüntüdə maraqlı anlar qeydə alınıb: sərnişinlərin ayaqüstə durması, itlərin isə oturacaqlarda oturması insanların təəccübünə səbəb olub.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nörmərli qərarına əsasən ictimai nəqliyyatda ev heyvanlarının daşınmasına yol verilmir.


Keçmiş iqtisadi inkişaf nazirinə hökm oxundu


Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxundu. Hafta.az APA-ya istinadla xəbər verir ki, paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib. Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Aleksey Ulyukayev “Rosneft”in rəhbəri İqor Seçindən 2 milyon avro dəyərində rüşvət almaqda günahlandırılıb. İstintaqın versiyasına görə, Ulyukayev bu məbləği İqisadi inkişaf Nazirliyinin “Rosneft”in “Başneft”in aksiyalarını almasına müsbət rəy vermək üçün alıb. Ulyukayev məhkəmə istintaqı vaxtı ona qarşı irəli sürülən bu iddianı rədd edib. Dövlət ittihamçısı keçmiş nazirin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Türkiyədə maşinistsiz metro qatarları xəttə buraxıldı


İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də xəttə buraxıldı. Hafta.az bu haqda Türkiyənin “Haberturk” portalına istinadla yazır. Məlumata görə, bu qatarlar Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək. Metro xəttinin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak edib. Türkiyə lideri açılış tədbirində geniş nitq söyləyib. Qeyd edək ki, maşinistsiz qatarların hərəkət etdiyi metro xətti ötən ay uğurla sınaqdan keçirilib.


Bakıda 750 manata “Opel”, 3700-ə “Jeep” satıldığı bilindi


Milli Elmlər Akademiyası balansında olan mərkəzə məxsus avtomobili 750 manata satışa çıxardı. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 9 yanvarda növbəti avtomobil hərracı təşkil edəcək. Hərracda özəlləşdirməyə təqdim edilən ən ucuz avtomobil AMEA-nın “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin təqdim etdiyi “Opel Omeqa” markalı avtomobildir. Nəqliyyat vasitəsi üçün ilkin satış qiyməti 750 manatdır.
Bu hərracda Baş Prokurorluq da 2 775 manata “Nissan Maksima” markalı avtomobili satışa təqdim edib. Dövlət Neft Fondu isə hərraca 1997-ci ilin “Jeep Grand Cherokee” markalı avtomobili çıxarıb. İlkin qiymət isə 3 716 manatdır.


Ronaldinyo senator olmaq istədiyini bildirdi


Braziliya millisinin sabiq hücumçusu Ronaldinyonun siyasətə qoşulmaq niyyətində olması haqda xəbərlər yayıldı. Hafta.az yazır ki, Qol.az-ın “Football Italia”ya istinadla yaydığı xəbərə görə, veteran futbolçu 2018-ci ildə keçiriləcək Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır. O, Mias-Jerays vilayətindən Sosial-Xristian Partiyasından senata seçilmək istəyir. Ronaldinyo namizədliyini hələ rəsmən açıqlamasa da, Braziliyanın növbəti prezident seçkilərində iştirak edəcək Sosial-Xristian partiyasının rəhbəri Jair Bolsonaronun komandasında sabiq futbolçunun da adı var.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018