Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Alıcılar daha çox nə almaq üçün dini mağazaların qapısını döyür?
Tarix: 17.12.2017 | Saat: 20:33:00
Bölmə:Reportaj | çapa göndər

Bu dəfə yolumuzu dini dükanlardan, mağazalardan saldıq. Daha doğrusu, hafta.az-ın obyektivini dini süvenir və əşyalar satılan yerlərə tərəf çevirdik. Satıcılarla, alıcılarla söhbətləşdik. Dini əşyaların qiymətləri ilə maraqlandıq.

Paytaxtın bir neçə mağazasına baş çəkib dini aksessuarların satıldığı dükanların satıcılarına ilk sualımız müştərilərin daha çox hansı əşyalar üçün adıçəkilən məkanlara üz tutması ilə bağlı oldu. Satıcılardan müxtəlif cavablar aldıq. Əksər satıcılar bunu gümüş üzük, üzərində “Allah”, ayət ül kürsü yazılmış tablolar, dini kitablar, ətirlər və bu qəbuldən olan cavablar verməklə kifayətləndilər.

Satıcı Əlövsət Məmmədovun sözlərinə görə, son vaxtlar dini dükanlarda da bazar “ölü” vəziyyətdədir. Satıcı bunu daha çox İran və Səudiyyə Ərəbistanından gətirilən malların qiymətində bahalaşma olması ilə əlaqələndirir:

“Əvvəl 35 manata olan üzük indi 40-45 manatdan aşağı deyil. Xeyli bahalaşıb. Gün ərzində 80 manatlıq alverimiz olanda sevinirik. Elə də olur ki, ümumiyyətlə bir manatlıq mal belə satmırıq. Amma hər ay 650 manat icarə haqqı verirəm. Bir də ki, ətrafda da dini dükanlar çoxdur. Bu da alverimizə təsirsiz ötüşmür. İki-üç il əvvəl hər gün 200-300 manatlıq alver edirdik. İndi onun üçdə biri də yoxdur”.

Digər satıcı Tükəz Babazadə isə deyir ki, dini əşyaların satıldığı dükanlar indi İran və Səudiyyə Ərəbistanından gətirilən ətirlərin sayəsində “ayaqda dura bilir”.

Satıcının sözlərinə görə, bütün dini mağazalar daha çox hicab və ətirlərdən pul qazanır:

“İslamı qəbul etmiş adam ətirli olmalıdır. Həmişə ondan xoş qoxu gəlməlidir. Bu imandandır. Ətirlənmək vara, yoxa baxmır. Gərək təmiz olasan. İmkanı olmayan iki manatlıq ətir alır. Olanlar da daha böyük məbləğdə ətir götürürlər. Ətirlərin qiyməti müxtəlifdir. Bir manatdan on beş manata qədər olan ətirlər də var, ən aşağı qiyməti beş manatdan başlayan ətirlər də. Bütün ətirləri qramla veririk”.

Satıcı onu da deyir ki, İrandan gətirilən ətirlər ucuz, Səudiyyə Ərəbistanından gələn ətirlər isə nisbətən bahadır. Ona görə də alıcılar daha çox cənub qonşumuzun istehsal etdiyi məhsullara üstünlük verir.

Satıcılardan dini dükanlarda satılan kitablar barəsində də soruşuruq. Deyirlər ki, hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş kitablardır. Alıb baxırıq. Hər kitabın titul səhifəsində adıçəkilən qurum tərəfindən icazəli olduğunu oxuyuruq. Satıcılardan biri deyir ki, indiki dövrdə icazəsiz dini kitabları satmaq öz çörəyinlə “oynamaq” kimi bir şeydir:

“Arxasında cinayət məsuliyyəti var. Hər ay yoxlamalar olur. Baxırlar, araşdırırlar. Şükür Allaha ki, indiyədək belə bir qüsurumuz olmayıb. Həm də kitab alan yoxdur deyə, bir o qədər dini kitablara meyl etmirik. Daha çox satılan dini kitab “Çərəkə”dir. Orda da hər kəsin bildiyi dualar yer alıb. Mənim gündəlik gəlirim daha çox təsbeh və ətirlərdəndir. Süvenirlər isə həftədə, ayda bir dəfə alınır. Dini atributları özündə əks etdirən süvenirlərin qiyməti 15-120 manat arasında dəyişir”.

Beləcə satış dükanlarına göz gəzdirə-gəzdirə alıcıların da qiymətlərin baha olub-olmaması ilə bağlı fikirlərini soruşduq. Almaz adlı alıcı xanım deyir ki, bacısının nişanlısına nişan üzüyü almaq istəyir amma qiymətlər bahalaşıb:

“Əvvəl üzüklərin qiymətləri 30 manatdan başlayırdı. İndi 45 manat olub. Mənim bəyəndiyim üzüyün qiyməti 120 manatdır. Rəfiqələrimdən soruşmuşam, əvvəl 85 manat olub. Həmin üzükdür baxın. (telefonda şəklini göstərir) Xeyli bahalaşıb”.

Digər bir müştəri isə dini qolbaqların bahalaşdığını deyir. Əvvəllər 3-4 manata olduğunu deyən alıcı, qiymətlərin ikiqat bahalaşdığını söyləyir. Satıcı da müştərinin dediyini başı ilə təsdiqləyir.

Beləcə bazarı “ölmüş” dini dükanların satıcıları ilə sağollaşıb, paytaxtın insan tıxacına qarışıb gözdən itirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018