Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tbilisidə GUAM PA-nın büro və komitə iclasları keçirilib
Tarix: 17.12.2017 | Saat: 23:06:00
Bölmə:Siyasət | çapa göndər

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Parlament Assambleyasının 10-cu sessiyası çərçivəsində dekabrın 17-də Tbilisidə qurumun büro və komitə iclasları keçirilib.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclaslarda GUAM-ın digər beynəlxalq təşkilatlar və onların parlament qurumları arasında əlaqələrinin və əməkdaşlığın inkişaf perspektivləri, qurum daxilində təhlükəsizlik və s. məsələlər müzakirə olunub.

Tədbirlər zamanı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat veriblər. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bir milyondan çox insanın doğma yurd yuvalarına qayıda bilməməsi bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu münaqişənin həllinin uzanması regionda və dünyada sülhə təhdiddir.

İclaslarda GUAM PA-nın 10-cu sessiyasının gündəliyi də diqqət mərkəzində olub.

Plenar sessiyada GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu və s. məsələlər müzakirə olunacaq.

Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli və digər rəsmi şəxslər təmsil edirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.07.2018
16.07.2018
15.07.2018