Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ kəşfiyyatı "Rusiyada terrorçu hücumun qarşısını almağa kömək edib"
Tarix: 18.12.2017 | Saat: 11:54:00
Bölmə:Dünya | çapa göndər

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatı Rusiya təhlükəsizlik orqanlarına Sankt-Peterburqun Kazan kilsəsinə planlaşdırılan hücumun qarşısını almaqda kömək edib.
Kreml rəsmilərinin bildirdiyinə görə, hücum şənbə gününə planlaşdırılmışdı.
Prezident Vladimir Putin, MKİ-nin işə qarışmasına görə, ABŞ prezidenti Donald Trump ilə telefon söhbəti zamanı, ona təşəkkürünü bildirib.
Putin, öz növbəsində, Trump-a deyib ki, Rusiya xüsusi xidmət orqanları ABŞ-a qarşı terror təhlükəsi barədə məlumat əldə edərsə, amerikalı həmkarlarını bu barədə xəbərdar edəcək.
Cümə günü verdiyi bəyanatında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB), özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfdarları dəstəsinin 7 üzvünün həbs edildiyini və xeyli sayda partlayıcı maddə, silah və ekstremist ədəbiyyat müsadirə olunduğunu bildirib.
FSB-nin məlumatında deyilib ki, həmin dəstə dini obyektə qarşı intiharçı hücumu keçirmək və vətəndaşları öldürmək planını hazırlayırdı.
Bəyanatda qeyd olunub ki, kilsə və digər ictimai yerlərə hücumun keçirilməsi Rusiyanın ikinci şəhəri olan Sankt-Peterburqda baş tutmalı idi.
Vladimir Putin telefon danışığı zamanı Donald Trump-dan MKİ əməkdaşlarına təşəkkürünü çatdırmağı xahiş edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018