Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"500 miqrant vətəndaşlıq alıb" - Pərviz Musayev
Tarix: 18.12.2017 | Saat: 12:02:00
Bölmə:Gündəm | çapa göndər

"Bu gün Azərbaycan höküməti miqrantların hüquqlarının qorunması üçün nə lazımdırsa, edir. Təsadüfi deyildir ki, MDB-də yalnız iki dövlətdə dövlət miqrasiya xidmətləri yaradılıb ki, bunun da biri Azərbaycandadır".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib. Pərviz Musayev həmçinin qeyd edib ki, bu gün bütün dünyada Beynəlxalq Miqrasiya günüdür. Dünyada hər yeddi nəfərdən biri miqrantdır.
Dövlət Miqrasiya Xidmətinin rəis müavininin sözlərinə görə, bu ilin on bir ayı ərzində Azərbaycana gələn 38 min insana müvəqqəti sığınacaq verilib:

"Onlardan 3 mininə daimi yaşamaq hüququ verilib. 500 miqrant Azərbaycanda vətəndaşlıq alıb. 10 min miqranta öz ölkəsinə qayıtması üçün şərait yaradılıb. 8 min nəfərə qaçqın statusu verilib. Bunlar bizə müraciət etmiş üçüncü ölkə vətəndaşlarıdır".

Dövlət Miqrasiya Xidmətinin rəis müavini həmçinin qeyd edib ki, Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi də ölkəmizdə miqrant problemini yaradan əsas səbəblərdəndir:

"Tarixi Azərbaycan torpaqlarında məskunlaşmış və ötən əsrin səksəninci illərinin sonunda Ermənistandan Azərbaycana deportasiya edilən miqrant soydaşlarımızın sayı 200 min nəfərdən çoxdur. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində də 700 mindən artıq soydaşımız öz vətənlərində yerdəyişməyə məruz qalıblar. Onlar məcburi köçkün statusu alıb. Buna baxmayaraq, bütün bunlar ölkəmiz üçün əlavə problemlər yaratmışdı. Azərbaycan Respublikası demək olar ki, heç kimdən yardım almadan, təkbaşına bu problemin öhdəsindən gəldi. Onların yerləşdirilməsini, işlə təmin olunmasını həyata keçirdi. Bizdən fərqli olaraq Avropa bu gün 3 milyon miqrantın əlində aciz qalıb. Onların yerləşdirilməsini həyata keçirə bilmir".

Pərviz Musayevin sözlərinə görə, bu gün dünyada 700 milyon insan ölkəsində məcburi köçkün statusundadır. Eyni zamanda, dünyada 800 milyondan artıq qaçqın statusu almış şəxslər var ki, bu da kifayət qədər böyük rəqəmdir.

Pərviz Musayev onu da qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin yaradılması o vaxt yerində verilmiş və düşünülmüş qərar idi:

"Yarandığı dövrdən bu günə qədər Dövlət Miqrasiya Xidməti çox böyük işlər görüb. Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq, ikitərəfli əlaqələr bu gün yüksək səviyyədədir. Ölkəmizdə miqrantların hüquqlarının qorunması üçün bütün lazımi tədbirlər görülür. Təsadüfi deyil ki, miqrantlara qarşı ölkəmizdə etnik, milli zəmində hüquqi pozuntu hallarına rast gəlinməyib. Müraciət edən üçüncü ölkə vətəndaşlarından 8 mindən artıq insana qaçqın statusu verilib. İndi qanunvericilikdə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə ölkəmiz tərəfindən qaçqın statusu verilmiş şəxslərin - xarici vətəndaşlara burada vətəndaşlıq verilməsi məsələsi nəzərdə tutulub".

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev regionda ilk miqrasiya məcəlləsinin Azərbaycanda qəbul olunmasını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət rəsmisi onu da vurğulayıb ki, indi ölkə rəhbəri İlham Əliyevin tapşırığına əsasən yaradılmış "Bir pəncərə sistemi" əsasında əcnəbilər dövlət qurumuna müraciət edirlər və öz işlərini qısa bir zamanda qaydasına salırlar. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.07.2018
16.07.2018
15.07.2018