Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanda miqrantların bütün hüquqları qorunur” – Elmira Süleymanova
Tarix: 18.12.2017 | Saat: 14:25:00
Bölmə:Siyasət | çapa göndər

“Son dövrlərdə Azərbaycanda isqtisadi sabitliyin davamlılığı ölkəmizə miqrant axınına səbəb olur. Çünki ölkəmiz miqrantlar üçün cəlbedici ölkəyə çevrilib. Onlar öz xoşbəxt yaşayışını təmin etmək üçün ölkəmizi seçirlər. Azərbaycan dövləti tərəfindən miqrantların bütün hüquqları qorunur. Dövlət Miqrasiya Xidmətinin bu istiqamətdə apardığı işlər təqdirəlayiqdir”.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə  görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, ombdsman Elmira Süleymanova deyib. Müvəkkilin sözlərinə görə, Beynəlxalq Miqrasiya Günü ilə bağlı BMT-nin çağırışı var və hər kəs həmin çağırışa əməl etməlidir:

“Çağırışda birldirilir ki, hər kəs – burada dövlət nəzərdə tutulmur, şəxslər, vətəndaşlar- hər kəs miqrantların hüquq və azadlığının qorunması üçün əllərindən gələni etməlidir. Azərbaycanda hər kəsin hüquqları qorunur, eləcə də miqrantların. Həm Bakıda, həm də Yevlaxda miqrantların yerləşməsi üçün şərait yaradılıb. Dörd ailəyə BMT-dən yardımlar alması üçün bizim Dövlət Miqrasiya Xidməti öz üzərinə düşən vəzifəni yerinə yetirib. Həmin ailələr yardımları alıblar. Həm Bakıda, həm də Yevlaxda miqrantlar dövlət vəsaiti hesabına gündə üç dəfə yeməklə təmin olunurlar”.

Elmira Süleymanova həmçinin qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqları çox kobud şəkildə pozulur. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı miqrantların hüquqlarının qorunması istiqamətində Rusiya Federasiyası Ombudsmanı ilə sıx əməkdaşlıq edilir və bu sahədə bir sıra uğurlar əldə olunub:

“Rusiyadakı səfirliyimizlə birgə oradakı soydaşlarımızın pozulmuş hüquqlarını bərpa etmək üçün var qüvvəmizi ortaya qoymuşuq. Bir sıra nəaliyyətlərimiz də var. Hüquqları pozulan hər bir vətəndaşımızın yanında olmağa çalışırıq”.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018