Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib” – Nazim Səmədov
Tarix: 18.12.2017 | Saat: 15:33:00
Bölmə:Siyasət | çapa göndər

"2017-ci ilin 11 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayında 20% artım müşahidə edilib”.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə  görə, bunu mədəniyyət  və turizm nazirinin müavini Nazim Səmədov deyib.Nazir müavini qeyd edib ki, cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub:

“Ölkəmizə əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları səfər ediblər.  Dövlət başçısının turizm sahəsinə verdiyi dəstək, göstərdiyi diqqət və qayğı öz nəticəsini verib. ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 20 faiz artaraq 2 milyon 477 mindən artıq olub. Qeyd etmək yerinə düşər ki, on illər ərzində turizm qeyri-neft sektoru arasında Azərbaycan iqtisadiyyatının şaxələndiriməsi istiqamətində aparıcı sahələrdən biridir”.

Nazim Səmədov bildirib ki, ölkəmizə gələn xarici turistlər 1.3 milyard dollar xərcləyib, Azərbaycandan xaricə gedən turstlər isə 1.2 milyard dollar məsrəf edib:

"Nəticədə 100 milyon dollar müsbət saldo yaranıb ki, bu da çox yaxşı haldır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.07.2018
16.07.2018
15.07.2018